суббота, 29 декабря 2012 г.

Azerbaycan mugamlari!

Add caption
Azərbaycan muğam ifaçılıq sənətində 7 əsas alət var: Rast,Şur, Seygah, Şüştər,Cahargah, Bayatı-Şiraz,Humayun. 

Muğam sözü iki müxtəlif mənada işlənir.Bir tərəfdən muğam azərbaycan milli musiqisində istifadə olunan lad mənasını bildirirsə,digər tərəfdən,bu termin ərəb 'məqam'ı, özbək 'məqom'u, hind 'raq'ı

ilə oxşar xüsusiyyətlərə malik olan xüsusi musiqi forması kimi işlənir.

Azərbaycan muğam ifaçılıq sənətində 7 əsas lad var: Rast,Şur, Seygah, Şüştər,Cahargah, Bayatı-Şiraz,Humayun. Hər bir muğam kompazisiyası yaradıcı təfəkkurun məhsulu olan bir neçə hissədən ibarətdir.Muğamın bir hissəsindən(bəzən bu hissələrə 'bölgə','bölüm' də deyilir.) Digər hissəsinə keçərkən müğənni-xanəndə səs diapazonunu genişləndirərək,en aşağı tonallı registrdən yuksəyə dogru qalxır,melodik ritmdən emosional ifaya keçid alır.Muğamın hisələri arasında bu və ya digər təsniflər ifa olunur:vokal imkanların numayişi məqsədilə ifa olunan kompazisiyalar,musiqi alətlərinin xanəndəninifasına sözün yaxşı mənasında müdaxiləsi va s.Muğamda əsas diqqətçəkçən məqamlardan biri ifaçının -xanəndənin ifa tərzi,ifa üslubudur ki,bu da sənətkarın impravizəsindən, ifa etdiyi musiqi mətninə nə dərəcədə yaradıcı yanaşmasından irəli gələn məsələdir.Bir çox dünya müsiqişünasları da Muğamla Cazın oxşarlığından bəhs edərkən bu məqama toxunurlar: Çünki hər iki musiqi janrında ifaçının yaradıcılıq imkanları esas amillər kimi dəyərləndirilir.Azərbaycan milli musiqi sənətinin bir forması kimi Muğam öz köklərini umumi Şərq mədəniyyətindən alır.Xüsusən də muğamın ərəblər dövrundə Quran ayə və surələrini uzadaraq oxunulması ilə əlaqədar yarandığı iddia edilir.İlkin anlarda Muğam ifa edilərkən Aşıq sənəti ilə bir-birinə çox bənzəyirdi.Bu bənzərlik isə özünü ifa baxımından göstərirdi ki,istər aşıq ,istər xanəndə musiqi alətləri olmadan belə,ifaçılıq imkanlarına arxalanaraq musiqi mətnini dinləyiciyə çatdıra bilirdi.Muğam parçalarında xüsusilə klaslərin poeziya nümunələrindən-Füzuli, Vaqif,Beyləqani,Xəqani,Nizami qəzəllərindən,şeriyyatından geniş istifadə olunur.Adətən muğam parçalarının mövzusu məhabbət olur,lakin bu yalniz kişi-qadın məhəbbəti deyil, Vətənə, Vətən təbiətinə, Allaha olan sevgini də özündə cəmləşdirir. Dərin fəlsəfi mənaya malik muğam insan adlı bəşər övladının kədəri,sevinci,məhəbbəti, istək və arzuları,ümidini,xəyallarını ifadə edir.Muğamın milli musiqi nümunəsi kimi azəri xalqı tərəfindən daha da sevilməsi ,qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması prosesi Sovet dövründə daha sürətlə inkişaf etmişdir.Muğam 20-ci əsr bəstəkarları üçün kompazisiya,simfoniya, xor tipli musiqi nümunələri yaradarkən etibarli,dəyərli və zəngin bir mənbəyə çevrilməyə başlamışdır.21-ci əsrin əvvəllərində isə Muğam nəinki keçmiş sovet ölkələri hüdudları ilə kifayətləndi artıq dunya tərəfindən qəbul edilməyə başlandı.Məhz buna sübut olaraq dəyərli milli tarixi musiqi nümunəmizin 2002 ci ildə UNESCO tərəfindən 'Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri'
siyahısına salınmasıni göstərmək olar.

ODLAR YURDU - AZƏRBAYCAN


Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.
Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.


Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.

Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı 
bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir.

Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi dahilər bəxş etmişdir.



Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq müsiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq olan ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və s. problemlər daxildir.

Onlarla ali məktəb və texnikumlar, minlərlə məktəb, kollec və litseylər, ilahiyyət məktəbi - budur bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.

Respublika alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər dənizinin, Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır. Alimlərin səyləri sayəsində onlarla qoruq - Qızılağac,

Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.

Onilliklər boyu ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı, kənd təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq təmsil etmişdir.

Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft axır. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.

Azərbaycan ta qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkaranda, Babadağda? yerdən qaynar sular çıxır.


Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında yaratmışlar.


Bu gün də "Azərbaycan" deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox,



həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı. 
XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə artdı. Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə çevrilir. Tarixə elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft məsələsi dünya məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft strateqiyası meydana gəlir. 
Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.
 Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə (Ermənistan Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal edib. Ölkənin 8 milyonluq əhalisinin 1 milyonu qaçqın-köçkündür) baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir.  
Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.

Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.

Gəncə məscidləri haqqında

İmam Hüseyn(Qazaxlar) məscidi.
Məscid 1801-1802-ci illərdə Qazax rayonundan köçüb gəlmiş tayfa üzvləri tərəfindən tikilmişdir. Tədricən Gəncədə məskünlaşan və özlərinin məhəllələrini salan bu məhəllədə məscidlərini də inşa etmişlər. Qazaxlar Məscidi 1886-ciildə Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildi. Məscidin bünovrəsi çay daşından,mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı,bişmiş,qırmızı kərpiç və gil məhluldan hörülmüşdür. Bütün divarların dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi,Qazaxlar Məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağinda və solunda yerləşir. Məscidin on üç ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin icəri divarı gəclə suvanıb, lakin bu divarlarda heç bir yazı və naxış ışləri yoxdur. 1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edildi. Son illərdə Azərbaycan öz müstəqilliyini qazandıqdan və islam dini həqiqi qiymətini aldıqdan sonra şəhərimizin Təbriz küçəsində yerləşən bu abidə yenidən dindarların istifadəsinə verilmişdir. Hazırda bu abidədən məscid kimi istifadə olunur.

 İmamzadə ziyarətgahı.
Türbə VIII əsrdə ( Hicri təqvimi ilə 120-ci il) tikilmişdir. Həmin tarix türbədəki bir kitabənin üzərində yazılmışdır: “Odur əbədi. Bu şərəfli cənnət bağçası 120 il babasının-ona salam olsun-hicrətindən sonra vəfat etmiş, İmam Məhəmməd Bağır oğlu-ona salam olsun- Mövlana İbrahimin türbəsidir.” Hazırda dini mərasimlər keçirilməsi üçün istifadə olunur. İmamzadə türbəsi həmçinin müsalmanların mötəbər və müqəddəs bir ziyarətgah yeri kimi məşhurdur.

Азербайджанская кухня


Азербайджанская кухня — кухня народов Азербайджана. В Азербайджане имеется более 300 видов блюд. Основные компоненты кухни определяются природными условиями страны: горный рельеф и субтропический климат обусловили широкое распространение в азербайджанской кухне баранины, а также фруктов и овощей (в основном, надземных). Широкое распространение получили зелень, специи и приправы: корица, гвоздика, петрушка, укроп, горький и душистый перец, тмин, кинза, мята, шафран, сумах и т. д.Одим из наиболее известных блюд азербайджанской кухни является плов. В отличие от других кухонь, здесь готовят отдельно рис и отдельно основу плова (тару) — мясо, фрукты и т. д., — соединяя всё это в одном блюде только при подаче на стол. Также имеется различные виды долмы из баклажанов помидоров и перца. Широкое распространение в азербайджанской кухне получили шашлыки и блюда в тандире. Имеются различные напитки, сладости. Отличительная особенность азербайжданской кухни - использование баранины для приготовления различных блюд. Гораздо в меньшей степени азербайджанцы потребляют говядину, птицу, рыбу. Другая особенность азербайджанской кулинарии - острый вкус и неповторимый аромат, которые придают блюдам всевозможные специи и зелень: горький и душистый перец, базилик, корица, гвоздика, укроп, петрушка, кинза, мята, тмин и многие другие. Особо стоит остановиться на шафране и сумахе (барбарисе в порошке). Первый из них является непременным компонентом для приготовления многочисленных пловов. Сумах, как правило, подается к различным мясным блюдам.

Широко использует азербайджанская кулинария овощи (помидоры, огурцы, баклажаны и др.), фрукты (яблоки, груши, айву, апельсины, лимоны), косточковые (сливы, алычу, абрикосы, персики).

Некоторые блюда азербайджанской кухни готовятся в специальной посуде. Например, суп пити - в питишницах, пловы - в казанах, особых котлах с утолщенным дном и специальными крышками, в которых помещаются раскаленные угли, для того чтобы плов «упревал» равномерно. Для приготовления кебаба и люля-кебаба используют различные шпажки, для первых блюд - чашки - каса, для тушения мяса - тас - небольшие кастрюльки и др.




Сладкие блюда


В кулинарии Азербайджана немало своеобразных по вкусу сладостей, которые подразделяются на три подгруппы – мучные, карамелеобразные и конфетообразные. В них содержится значительное количество добавок и пряностей - мак, орехи, миндаль, кунжут, имбирь, кардамон, ванилин и др. К мучным изделиям относятся: шекербура, пахлава, шекер-чурек, курабье Бакинское, кята карабахская, мутаки шемахинские, пахлава нахичеванская. Национальные мучные изделия насчитывают более 30 наименований, причем в каждом районе имеются свои особые изделия. Особое место занимают шекинские сладости. Это шекинская пахлава, пешвенк, тел (терхалва), гырмабадам, при производстве которых используется рисовая мука, сахар, ядра орехов, сливочное масло, яичные белки и пряности.

В марте 2009 года кулинары Гянджи изготовили чудо-пахлаву. Длина этого кондитерского изделия, испеченного в часть праздника Новруз, составляет 12 метров, а ширина - четыре. Вес сладости - около трех тонн. Эти показатели позволили азербайджанской пахлаве установить рекорд и попасть в книгу рекордов СНГ. Кроме того, это изделие из слоеного теста претендует на место в Книге рекордов Гиннеса
.

"Ey qeyrətli vətən övladı oxu!"


Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.
. 20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan tutub sürüyürdülər.


. Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar.

. Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladıar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər.

. Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir.

. Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.

. Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.

. Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.

. 200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.

. Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar...

. Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar.

. “Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm!”

"Bunları deyən qızın yaraşıqlı sifətində cırmaq, zərbə yerləri aydın görünürdü. Ən dəhşətlisi gözlərindəki ifadə idi, adam bu baxışlara dözə bilmirdi!!!
Bütün bunlardan sonra erməniləri bağışlamaq olarmı?! Ermənilərlə dostluq, qardaşlıq etmək, münasibət qurmaq, mehriban və diplomatik danışıqlar aparmaq, bir yerdə kino çəkib, konsert vermək, bir məclisdə oturub şəkil çəkdirmək olarmı?! Yaxınlarımızın toy-məclislərində qol götürüb oynamaq, meydanlarda konsertlər, telekanallarda şoular düzəltmək, ümumiyyətlə, deyib-gülmək, şənlənmək olarmı?! Olmaz!

Qeyd edək ki, faktlar Aygün Həsənoğlunun MTN-nin arxivləri əsasında hazırladığı və 2007-ci ildə çap etdirdiyi "Erməni sindromu” kitabından götürülüb

Isgal!!!...


Azerbaycan Respublikasi Cenubi Qafqazin Sherqinde, erazisinin ekser hissesi Xezer denizi sahillerinde yerleshen musteqil dovletdir. 1918-1920-ci illerde Islam Sherqinde ilk demokratik cumhuriyyet - Azerbaycan Xalq Cumhuriyyeti qurulmushdur. Azerbaycan Xalq Cumhuriyyetinin erazisi 114 min km2 olmushdur. Sovet Rusiyasi terefinden ishgal edilenden sonra 1920-ci ilin dekabrinda Azerbaycanin Zengezur ezasi Ermenistana birleshdirilmishdir. Hazirda Azerbaycan Respublikasinin erazisi 86,6 min km2, ehalisi 8,3 mln. neferdir. Paytaxti Baki sheheridir. 1920-ci il aprel ayinin 28-de Sovet Rusiyasi terefinden ishgal edilen Azerbaycan Respublikasi 1991-ci il oktyabrin 18-de yeniden dovlet musteqilliyini berpa etmishdir. Ermenistan Respiblikasinin herbi tecavuzu neticesinde Azerbaycan Respublikasinin Dagliq Qarabag erazisi ve onun etrafindaki 7 inzibati rayonu ishgal altina dushmushdur.
1988-1993-cu illerde ishgal edilmish Azerbaycan erazileri:
Dagliq Qarabag: ishgal tarixi - 1988-1993-cu iller, erazisi 4400 km2. (Shusha, Xankendi, Xocali, Esgeran, Xocavend, Agdere, Hadrut);
Lachin rayonu: ishgal tarixi - 18 may 1992-ci il, erazisi 1875 km2;
Kelbecer rayonu: ishgal tarixi - 2 aprel 1993-cu il, erazisi - 1936 km2;
Agdam rayonu: ishgal tarixi - 23 iyul 1993-cu il, erazisi - 1154 km2;
Cebrayil rayonu: ishgal tarixi - 23 avqust 1993-cu il, erazisi - 1050 km2;
Fuzuli rayonu: ishgal tarixi - 23 avqust 1993-cu il, erazisi - 1112 km2;
Qubadli rayonu: ishgal tarixi - 31 avqust 1993-cu il, erazisi - 826 km2;
Zengilan rayonu: ishgal tarixi - 30 oktyabr 1993-cu il, erazisi - 707 km2.
Belelikle, Ermenistan Respublikasinin herbi tecavuzu neticesinde Azerbaycan erazilerinin 20 faizi ishgal edilmish, 20 minden chox insan qetle yetirilmish, 50 minden artiq adam yaralanmish ve shikest olmushdur. Bir milyondan artiq insan 10 ilden choxdur ki, qachqin ve mecburi kochkun sheraitinde yashayaraq Ermenistanin azerbaycanlilara qarshi etnik temizleme ve soyqirim siyasetinin qurbani olmush, elementar insan haqlarindan mehrum edilmishdir.Ishgal neticesinde 900-den artiq yashayish menteqesi talan edilmish, yandirilmish vedagidilmish, 6 min senaye, kend teserrufati muessisesi ve diger obyektler mehv edilmish, umumi yashayish sahesi 9 mln m2-den artiq olan 150 min yashayish binasi dagidilmish, 4366 sosial medeni obyekt, eyni zamanda 695 tibb ocagi mehv edilmishdir.
Ishgal edilmish erazilerde kend teserrufati sahesi, su teserrufati, hidrotexniki qurgular, butun neqliyyat ve kommunikasiya xetleri tam siradan chixarilmishdir. Dagintilar neticesinde iqtisadiyyata 60 milyard ABS dollarindan artiq ziyan deymishdir. Herbi tecavuz zamani ele kechirilmish Azerbaycan erazilerinde 927kitabxana, 464 tarixi abide ve muzey, 100-den chox arxeoloji abide, 6 dovlet teatri ve konsert studiyasi dagidilmishdir. Talan edilmish muzeylerden 40 minden chox qiymetli eshya ve nadir eksponat ogurlanmishdir. Bele ki, Kelbecer tarix diyarshunasliq muzeyi yerle yeksan olunduqdan sonra muzeyin ekspoziyasina daxil olan nadir qizil ve gumush zinyet eshyalari, oten esrlerde toxunmush xalchalar Ermenistana dashinmishdir. Shushadaki tarix muzeyinin, Agdamdaki chorek muzeyinin, Zengilandaki Dash Abideler muzeyinin de taleyi bele olmushdur. Ogurlanmish ve mehv edilmish bu tarixi-medeni servetlerin deyerini mueyyenleshdirmek, pulla qiymetlendirmek mumkun deyildir.
Bir sozle, Ermenistan Respublikasi "Herbi mnaqisheler zamani medeni servetlerin qorunmasi haqqinda" Haaqa Konvensiyasinin ve "Medeni servetlerin qeyri-qanuni dovriyyesi haqqinda" Paris Konvensiyasinin muddealarinikobudcasina pozaraq Azerbaycanin medeni servetlerini talamaqla meshguldur. Birleshmish Milletler Teshkilatinin Tehlukesizlik Shurasinin 1993-cu ilde qebul edilmish 822, 853, 874, 884 sayli qetnamelerinde Azerbaycan Respublikasinin erazi butovluyunun taninmasina ve ishgal olunmush Azerbaycan erazilerinin qeyd-shertsiz azad edilmesi teleblerine baxmayaraq, Ermenistan Respublikasi bu gun de ishgalchiliq siyasetini davam etdirir.

Məhəmməd Əmin Rəsulzadə



Bioqrafiya...

1884-1955 illərində yaşayan Rəsulzadə Azərbaycanın yetişdirdiyi dövlət adamlarının başında gəlir. Rəsulazdənin , mütəfəkkir və inqlab, siyasət və dövlət adamı, ədib kimi çeşitli portreləri çəkilə bilər. Rəsulzadə isə bunların hamısında böyük bir usdat kimidir.Rəsulzadə, inqlabçı bir hürriyet ordusunun yetişməsinə, daha gənc yaşlarda başlamışdı. Çar Rusiyasının gənc Rəsulzadəsi, 1903 ve 1904-cü illərde qurduğu “Azərbaycanlı Gənc İnqlabçılar Komitəsinin başçısı olmuşdur. Çar Rusiyasına qarşı dirənən ilk məqalələrini də bu dönəmdə - 1903-cü ildə yayınlamışdır. 1905’de Rus-Yapon müharibəsində Çarlığın uduzması Rusiyadaki mütləqiyyətin təməllərini sarsmışdır . Bakı kimi Türk mədəniyyətinin mərkəzlərindən biri olan Azərbaycanda oyanış hərəkatına dayanamayan polis dövləti yarımcıq bir yönətimə riza gösöstərmək məcburiyyətində qalmışdır. 1905’də təmin olunan bu çərçivəli hürriyət sayəsində Bakıda günlük, aylıq və həftəlik qəzet və jurnallar yayımlanmağa başladı. Mətbuatda Əli Mərdan Topçubaşov, Əhməd Ağaoğlu, Hüseyinzadə Əli və Azərbaycan mətbuatının qurucusu olan Həsən bəy Zərdabininin başında durduqları aydınlar topluluğu Qərbi Avropa mədəniyyətinin verdiyi böyük güclə ölkələrinin istiqlalına ve yüksəlməsinə könül vermiş böyük bir topluluq vardı. Bu yazarlarən arasına Rəsulzadə də qatılmışdı. Azərbaycan milli çevrələrini dolduran Qərbçilik - Avropaçılıq, Şərqçilik - İslamçılık və müasirləşmək şəklində açıqlayan Əli Bəy (Hüseyinzadə) daha sonraları Ziya Gökalp tərəfindən də mənimsənərək işlənən bu təməl prinsipler, genc Rəsulzadə üzərində qüvvətli şəkildə təsirli olurdu. Çox keçmədən onu, 1906-ci ildə nəşriyata başlayan “Tekamül”ün başında gorürük. İnqlabçı millətsevər gencliyin fikirlerinə bir növ tərcüməci olan bu qəzetin proqram məqaləsində, öz deyimi ilə “millətlərin, topluluqların, siniflərin və şəxslərin seçdikləri yolda azad və bərabər olmalarını və hər növ hücumdan qorunmalarını” müdafiə edən gənc ve inqlabçı düşünür Rəsulzade, bu fikri həyatı boyunca işləyəcək və “insanlara azadlıq, millətlərə istiqlal” şəklində açıqladığı milli bir deyim halına getirəcəktir. 

Xaricdəki İşləri...


O, 1908-ci ildən 1911-ci ilə qədər Tehranda və 1911-dən 1913-cü ilə qədər İstanbulda işləmişdi. Mərkəzi Azərbaycan və onun başşəhəri Təbrizin təşkil ettiyi İran inqlabı, hürriyət və demokratiya aşiqi olan Məmməd Əmini də cəzbetmişdir. Hürriyet ordusunun zəfərlə Tehrana girişi və hakimiyyətini elan etdikdən sonra Tehranda yayıma başlayan Qərb üsulunda ilk günlük (Yeni İran) qəzetinin müdiri və baş redaktoru Məhəmməd Əmin olmuşdur. Türkiyə ilə İranda Hürriyətin uğurlu olması, Rusiyada basqı rejimni yenidən diriltmişdi. Çarlıq ölkəsindəki böyük Türk və İslam kütlələrinin qalxmasından ve istiqlal istəmələrindən qorxu içində olan rejim, basqısını bu zümrələr üstündə daha da artırırdı.Bundan əlavə Qafqazın yanında bir hürriyet üssünün qurulmasına və inkişafına dözməyən Rusiya bu hürriyət və istiqlal hərəkatını yatışdırmaq üçün hər vasitəya əl atırdı. Sonunda ordusu ilə müdaxilə edərək Millət Məclisini bombardıman edir, hürriyət və istiqlal arzularını boğurdu. Təslimini tələb etdikleri Rəsulzadə Məmməd Əmin, Seyyid Həsən Tağızadə ilə birliktə Türkiyəyə getməyə məcbur olurdu. İslam Birliyi fikirləri ilə Osmanlılıq axımlarının sönməyə və onların yerində Türk milliyyətçiliyi fikirlərinin inkişaf etməyə başladığı günlər yaşanırdə. Rusyadakı Türklərin təmsilçiləri, bunlar arasındakı Əhməd Ağaoğlu və Hüseyinzadə Əli Bəylərin də qatılması ilə Türkçülük axımı böyük bir güc halına gelirdi. Resulzadə, İstanbulda yeni qurulub inkişafda olan Türk Ocaqları qatılırdı. Yeni yayımına başlayan Türk Yurdu jurnalında İran Türklerinə, Rusiyadakı Türkçülük və milliyyətçilik axımlarına dair çox sağlam məqalər yazır, fikirlər söyləyir və bu bölgələrdəki Türklərin tarixinə, folklor və etnoqrafiyasına, tarixi əməllərinə yer verən böyük yazılar yazırdu. Eyni zamanda Azərbaycandakı Çarlıq əleyhine sürdürülən istiqlal hərəkatlarının temsilçiləriylə də təmas halında idi. Orada gizlicə aparılan hərəkatın içində olanlara taktikalar verirdi. Bu işlərin sonunda Bakıda milli - demokrat “Müsavat Partiyasının qurulmasını təşvik edirdi. Burada milliyyətçilik şüurunun oyanmasını da bu vəsilə ilə başlatmıştı. Eyni zamanda Resulzadə Türkiyədəki milliyyətçilik və Türkçülük axımlarına da böyük təsir edirdi. Əvvəllər Türk imperatorluğu coğrafyasını hədəf alan Türk Ocağı işləri, bu dəfə Türk dünyasının maraq dairəsinə çevrilirdi. Daha sonra buraya qatılan Kırım ve Tatarıstan alimlərindən Yusif Akçura və Sədri Maksudi Arsal kimi böyük Türk mütəffəkkirlərinin dəstəyi ilə qüvvətli bir komanda halında gecə gündüz böyük Türk millətinin gələcəyini hazırlayırdılar.
1917’de Çarlığın yıxılması ilə dərhal böyük bir hərəkətlilik qazanan Türk ölkələri arasında Azərbaycan ilk istiqlalını elan edən ölke oldu. Rəsulzadə ölkəsinde idi və var gücü ilə Ruslardan qurtulmaq üçün təşkilatlanırdı. Sonda özünün qurduğu “Musavat Partiyası” ile öz milli dövlətlərini qurmuş və başına keçmişdi. Qızıl ordunun ölkəsini işğal ile istiqlalına son verdikdən sonra Türkiyəyə sığındığı dostları ilə bərabər Avropaya getmiş və böyük lider Atatürkden gördükləri böyük dəstək ilə oradakı yayımlarla
böyük xidmətlər vermişdirlər. Onun qurduğu və yetiştirdiyi Azərbaycan aydınları “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipini onun qoyduğu dönəmdən alarak sürdürmüş və bu günkü halını meydana gətirmişlərdir.


Əsərləri:

Azərbaycan Cumhuriyyəti (1922)
Istiqlal Məfkurəsi və Gənclik (1925)
Azərbaycan Misak-ı Millisi (1927)
Milliyətçilik və Bolşevizm (1928)
Azərbaycan Şairi Nizami (1951)

Azerbaycan Respublikasinin Dovlet remzleri


Azerbaycan Respublikasının Dovlet remzleri 

Madde 23. Azerbaycan dovletinin remzleri
(Konstitusiya maddesi)

I. Azerbaycan Respublikasinin dovlet remzleri Azerbaycan Respublikasinin Dovlet bayraghi, Azerbaycan Respublikasinin Dovlet gerbi ve Azerbaycan Respublikasinin Dovlet himnidir.

II. Azerbaycan Respublikasinin Dovlet bayraghi beraber enli uch ufuqi zolaqdan ibaretdir. Yuxari zolaq mavi, orta zolaq qirmizi, ashaghi zolaq yashil rengdedir ve qirmizi zolaghin ortasinda bayraghin her iki uzunde agh rengli aypara ile sekkizgusheli ulduz tesvir edilmishdir. Bayraghin eninin uzunlughuna nisbeti 1:2-dir.

III. Azerbaycan Respublikasi Dovlet bayraghinin ve Azerbaycan Respublikasi Dovlet gerbinin tesviri, Azerbaycan Respublikasi Dovlet himninin musiqisi ve metni Konstitusiya qanunu ile mueyyen edilir.

Azerbaycanda uchrengli dovlet bayraghi ilk defe 1918-ci il noyabr ayinin 9-da Azerbaycan Xalq Cumhuriyyeti hokumetinin qerari ile qebul edilmishdir. 1920-ci il aprelin 28-de Xalq Cumhuriyyeti suqut etdikden ve Sovet hakimiyyeti qurulduqdan sonra Azerbaycanda bu bayraqdan imtina edilmishdir. 

Bu bayraq ikinci defe 1990-ci il noyabrin 17-de Naxchivan Muxtar Respublikasi Ali Meclisinin qerari ile berpa edilmish ve Muxtar Respublikanin dovlet bayraghi kimi qebul edilmishdir. Eyni zamanda Naxchivan Muxtar Respublikasi Ali Meclisi Azerbaycan SSR Ali Soveti qarshisinda uchrengli bayraghin Azerbaycanin resmi dovlet remzi kimi taninmasi haqqinda vesatet qaldirmishdir.

1991-ci il fevral ayinin 5-de Azerbaycan Respublikasi Ali Soveti Naxchivan Muxtar Respublikasi Ali Meclisinin vesatetine baxmish ve uchrengli bayraghin Azerbaycanin dovlet bayraghi kimi qebul edilmesi haqqinda qerar vermishdir.

Azerbaycan Respublikasinin dovlet bayraghi beraber enli uch ufuqi zolaqdan ibaretdir. Yuxari zolaq mavi, orta zolaq qirmizi, ashaghi zolaq yashil rengdedir. Mavi reng - Azerbaycan xalqinin turk mensheli olmasini, qirmizi reng - muasir cemiyyet qurmaq, demokratiyani inkishaf etdirmek isteyini, yashil reng - islam sivilizasiyasina mensublughunu ifade edir. Qirmizi zolaghin ortasinda bayraghin her iki uzunde agh rengli aypara ile sekkizgusheli ulduz tesvir edilmishdir. Bayraghin eninin uzunlughuna nisbeti 1:2-dir.

Azerbaycanin dovlet gerbi haqqinda Azerbaycan Xalq Cumhuriyyeti hokumeti 1920-ci il yanvarin 30-da musabiqe elan etmish ve musabiqeden kechecek gerb numunesinin hemin ilin mayin 28-de qebul edileceyi haqqinda qerar chixarmishdir. Lakin 1920-ci il aprel ayinin 28-de Azerbaycan Xalq Cumhuriyyetinin suqut etmesi neticesinde gerb qebul edilmemishdir.

1990-ci il noyabrin 17-de Naxchivan Muxtar Respublikasinin Ali Meclisi Dovlet gerbi ile baghli meseleni muzakire ederek, Azerbaycan SSR Ali Soveti qarshisinda Azerbaycanin Dovlet gerbinin hazirlanmasi uchun yeni musabiqenin elan olunmasi haqqinda vesatet qaldirmishdir.

Musabiqe 1991-ci il fevralin 5-de Azerbaycan Respublikasi Ali Sovetinin qerari ile elan olunmushdur. 1991-1992-ci iller erzinde musabiqeye Dovlet gerbinin onlarla layihesi teqdim olunmush, muzakireler zamani 1919-1920-ci illerde hazirlanmish layihelerden birinin qebul edilmesi ile baghli teklifler de seslenmishdir.

Azerbaycan Respublikasinin Ali Soveti 1993-cu il yanvarin 19-da qebul etdiyiKonstitusiya Qanunu ile 1919-1920-ci illerde hazirlanmish Dovlet gerbi layihelerinden birini mueyyen deyishikliklerle Azerbaycan Respublikasinin Dovlet gerbi kimi tesdiq etmishdir.

Azerbaycan Respublikasinin Dovlet gerbi Azerbaycan dovletinin musteqilliyi remzidir. Dovlet gerbi palid budaqlarindan ve sunbullerden ibaret qovsun uzerinde yerleshen sherq qalxaninin tesvirinden ibaretdir. Qalxanin ustunde Azerbaycan Respublikasinin Dovlet bayraghinin rengleri fonunda sekkizgusheli ulduz, ulduzun merkezinde alov tesviri vardir.

Dovlet gerbinin qabariq tesviri:

Azerbaycan Respublikasi Prezidentinin iqametgahina ve xidmeti kabinetine;

Azerbaycan Respublikasi parlamentinin binasina, iclas salonuna ve parlament sedrinin xidmeti kabinetine;

Azerbaycan Respublikasinin butun mehkemelerinin, herbi tribunallarinin binalarina, mehkeme iclaslarinin salonlarina, Azerbaycan Respublikasi Konstitusiya Mehkemesi ve Ali Mehkemesi sedrlerinin xidmeti kabinetlerine;

Azerbaycan Respublikasi qanunvericiliyinde nezerde tutulmush hallarda dovlet orqanlarinin binalarina;

Azerbaycan Respublikasinin diplomatik ve ticaret numayendeliklerinin, konsulluq idarelerinin binalarina vurulur.

Azerbaycan Respublikasının Dovlet himni 

1920-ci il yanvarin 30-da Azerbaycan Xalq Cumhuriyyetinin Nazirler Shurasi Cumhuriyyetin milli himninin hazirlanmasi haqqinda qerar qebul etdi ve bu meqsedle Xalq Maarif Nazirliyi terefinden musabiqe elan edildi. Lakin 1920-ci il aprelin 28-de Xalq Cumhuriyyetinin suqutu Azerbaycanin milli himnini qebul etmeye imkan vermedi.

1992-ci il mayin 27-de parlament "Azerbaycan Respublikasinin Dovlet himni haqqinda" Qanun qebul etdi. Qanuna esasen, 1919-cu ilde boyuk bestekar Uzeyir Hacibeyov ve shair ehmed Cavad terefinden tertib edilmish "Azerbaycan marshi" Azerbaycanin Dovlet himni kimi tesdiq edildi.

Musiqisi: Uzeyir Hacibeyovun
Sozleri: Ehmed Cavadindir

Azerbaycan, Azerbaycan!
Ey qehreman ovladin shanli Veteni!
Senden otru can vermeye cumle haziriz!
Senden otru qan tokmeye cumle qadiriz!
Uch rengli bayraghinla mesud yasha!
Minlerle can qurban oldu,
Sinen herbe meydan oldu!
Huququndan kechen esger!
Here bir qehreman oldu!
Sen olasan gulustan,
Sene her an can qurban!
Sene min bir mehebbet
Sinemde tutmush mekan!
Namusunu hifz etmeye,
Bayraghini yukseltmeye,
Cumle gencler mushtaqdir!
Shanli Veten, shanli Veten!
Azerbaycan, Azerbaycan!



Biz ve tariximiz

Əvvəla bir insanın tarixini öyrənməsi, bilməsi ona məktəblərdə göstərilən "Tarix" fənni ilə tamamilə bağlı olmamalıdır. Məktəblərdə gördüyümüz tarix dərsləri, bizə "tariximizi" mükəmməl şəkildə öyrətmək məqsədiylə yer alır. Amma bir insanın tarixini bilməsi onun gördüyü təhsilin səviyyəsindən aslı olmamalıdır. Tarixinin ümumi olan məlumatlarını bilmək, milli atributları başının tacı olaraq görmək hər bir vətəndaşın yaşadığı torpağa borcudur. Tarixin bilinməməsi, qavranmaması ilə çox hisslər bağlıdır. Bu gün Azərbaycanımızın bir çox yerlərində, vəya Bakının bir çox küçələrində milli atributlara qarşı bir hörmətsizlik edənlər olsa; həmən şəxs çox az insanın sərt təsiriylə qarşı-qarşıya qalar. Bu insanlar da tarixini bilənlər, millətini sevənlərdir. 
Qısaca sağolsun daima Ramil Səfərov kimi vətən övladları. Amma kədərləndirici tərəfi də odur ki, bir çoxunun heç vecinə olmaz. Bax bunun səbəbi isə tarixini bilməmək, tarixini qavramamaqdan irəli gəlir. Şanlı tariximizin qanlı səhifələrini dərk etməmək bizdən başqa heç bir kəsin günahı deyil. Əgər damarlarımızda axan qan tariximizi hiss edə bilsək, elələrinin cavabının necə veriləcəyini də çox gözəl bilərik! 

Ötən zaman ərzində Azərbaycanda belə bir problem yaşandığını çox gözəl xatırlayır bir çoxumuz. Azərbaycanda fəaliyyət edən xarici bir firmada "3 rəngli Bayrağımıza" qarşı kobudluq edilmişdi. Bu xəbər bütün dövlət orqanlarının ən üst mərtəbələrinə qədər çatdığı halda onlara qulağ burması verən, onları vətəndən iti qovan kimi qovan olmadı. Halbuki, bunun üçün kifayət qədər gücümüz var idi. Onları qovmaq üçün polis qüvvəsinə heç ehtiyac yoxdur. Bir çox həssas insanlarımız onlara layiq oluqları cavabı verəbilərdi. Onların cəzalandırılmaması hələ də sual altındadır.

Qısaca, tariximizi unudanlara, unutduranlara ar olsun. Və bəzi tarix adına qeyd olunan günlərimizi bir çox vətəndaşımıza xatırlatmağda yarar var.

Böyük Şəxsiyyət Rəsulzadə

Səni salamlayır bu el sakini,
Sən mənim gözümdə dahi bir insan.
Adını hər zaman uca tutacam.
Gəlirsən gözümün önünə indi,
Etdiyin işlərcün sevirəm səni
Səni xəyalımda canlandırıram
Cəsur,vətənpərvər bir insan kimi
Millətin boz qurdu,xalqın atası,
Çox sağ ol bir tutdun Azərbaycanı
Tarixin hökmünə baş əymədin sən,
Sən oldun xalqıma azadlıq verən.
Azərbaycan sənin gözəl məhsulun,
Sənin mübarizəndir,sənin uğurun.
Bizə azadlığı yaşatdığınçun
Səninlə bağlıdır tarix büsbütün.
Qəbrin Türkiyədə-Ankaradadır,
Eybi yox,ora da vətən sayılır
Gün gələr bir qorxmaz çıxar deyər
"Mən Rəsulzadə" qəbrin gətirəcəyəm
Sənin ad gününü qoy xatırlayan,
Təkcə mən olmayim bilsin hər insan
Qulaq verin mənnə ey Azərbaycan,
Böyük Rəsulzadə bu gün dogulmuş,
Dunya istiqlal gunəşi dogmuş...


Müəllif : Fərəcli İntiqam
Şeir Resulzade

Qudretli torpaq

biz bu facieni tekce 20 Yanvar gunu deyil her defe yada salmaliyiq bu bizim qan yaddawimizdir Qudretli torpaq!!!!!!!!!!!!!!!Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Araz cayi

Araz Kürün ən böyük qoludur. Ermənistan və Azərbaycan ərazisindən axır. Uzunluğu 1072 km, hövzəsinin sahəsi 101,9 min kvadrat km-dir. Başlanğıcını Türkiyədə, Bingildağ silsiləsinin şimal yamacından (2990 m) alır. Axura qolu qovuşandan sonra Araz Bəhramtəpə su qovşağının yaxınlığınadək təqribən 600 km məsafədə Ermənistan və Azərbaycanın Türkiyə və İranla dövlət sərhədini təşkil edir. Sabirabad şəhəri yaxınlığıda Kürlə birləşir. Suyunun çoxluğuna görə Zaqafqaziyada ikinci çaydır. 

Araz relyef və axım xususiyyətlərinə görə iki hissəyə ( dağlıq və ovalıq) arılıq.Türkiyə ərazisində Araz tipik dağ çayıdır.Axuryanın mənsəbi ilə Araz su qovşağı arasında ararat düzənliyindən,Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərinin cənubundan axır. Bu hissədən çayın sürəti nisbətən azalır.Burada Araza soldan Sevcur, Razdan, Arpaçay, Naxçıvan və s., sağdan Qarasu, Maku və sağ qollar birləşir.Naxçıvan çayının mənsəbinədək Araz çox yerdə kanyonvarı dərələrlə axır; coşqun və astanalıdır. Bu hissədə Araz soldan Əlincə, Ordubad, Mehri, Oxçu və s., sağdan Qotur ,Qırsı və sol qolları qəbul edir.Həkəri çayının mənsəbindən sonra Araz tədricən düzənliyə və Kür-Araz ovalığına çıxır; yatağı meandr vəzyyəti alır.Həkəri çayının mənsəbindən aşağıda Araza soldan Quruçay, Köndələnçay və s., sağdan Selin, Qarasu və sol qollar birləşir. Arazın Bəhramtəpə su qovşağından mənsəbinədək axdığı hissədə qolu yoxdur.Çayın dağlıq sahədəki fəal eroziya prosesi ovalığda akkumulyasiyai əvəz olunur.Araz qarışıq mənbədən qidalanır.Axımının 44%-ini sular,38%-ini qar suları. 18%-ini yağış suları təşkil edir.Arazın mənsəbi yaxınlığında orta illik su sərfi 279 kub m/san,axım həcmi 8,8 mlrd. kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumludur. Orta minerallaşma azsulu dövrdə 560-880 mq/l,çoxsulu dövrdə isə 260-400mq/l-dir. 

Arazın böyük suvarma və hidroenerji əhəmiyyəti var.Suyundan səmərəli istifadə etmək məqsədi ilə çayın üzərindən Bəhramtəpə su qovşağı,Sovet-İran müqaviləsinə əsasən isə Araz su qovşağı və Mil-Muğan sukötürmə qovşağı tikilmişdir.Araz gəmiçiliyə yararsızdır. 

Araz aşağı axınında yatağını tarix boyu bir neçə dəfə dəyişmişdir. Son dəfə 1896 ildə Araz daşqın nəticəsində sahil bəndini uçurmuş,suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır.Bununla əlaqədər, ərazidə bir neçə göl(Ağçala,Mahmudçala və s.) əmələ gəlmişdir.Sonralar bənd bərpa edilmiş və Arazın suyu əvvəlki yatağına qaytarılmışdır. 

Bir çox antik və orta əsr müəllifinin əsərində Araz haqqında məlumat verilmişdir.Qədim yunan və latın mənbələrində Zaqafqaziya, Parsa(Fars) və Orta Asiyada Araz adlı bir çayın adı çəkilir.
Bu gün Azərbaycanda ilk dəfə olaraq “Dövlət Bayrağı Günü” qeyd olunur. 

17 noyabr 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü elan edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Azərbaycan Milli Məclisinin dekabrın 4-də keçirilən iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihəsinin qəbul edilməsi ilə 9 noyabr tarixi qeyri-iş günlərinin siyahısına daxil edilib.

Qeyd edək ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı elan edib.

Bu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb

Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcüddur.
Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, keçələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O, ən əziz qonaq sayılırdı və hər bir şey, hətta qadınlar da onun ixtiyarına verilirdi. O dövrdə xarici ələmlə əlaqə olmadiğı üçün qəbiləyə gələn hər bir adam yeni xəbərlər carçısı kimi hörmətlə qəbul edilirdi. Homer dövründə Yunanıstanda özgə yerdən gələn bütün adamları Zevsin himayəsində olan bir qonaq kimi qəbul edirdilər. Evə gələn hər bir qonağı çimdirir, ona təzə paltar geydirir, sonra yedirirdilər. Yalnız bir neçə gün keçəndən sonra adını və hansı qəbiləyə mənsub olduğunu soruşurdular. Bə’zi ölkələrdə, məsələn, qədim Romada, qonaqpərvərlik xüsusi müqavilənamələr əsasında icra edilirdi. Orta qsrlərdə qonaqpərvərlik adəti almanlar, slavyanlar və bir sıra başqa xalqlarda ciddi gözlənilirdi və qədim formasını saxlamışdır.
Azərbaycan xalqının da lap qədim zamanlardan çox maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri olmuşdur. Bu adətlər indi də davam edir. Xalqımız qonağa qarşı çox mülayim, diqqətli və qayğıkeş olmuşdur. Azərbaycan qonaqpərəstliyi vaxtı ilə Yaxın Şərqdə və Rusiyada geniş şöxrət qazanmışdı. 1 Pyotrun Dərbənddə yaşayan azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujevin Quba, M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribançasına qarşılanması və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər. Beryozin bu barədə yazmışdı: “Allaha şükür ki, azərbaycanlıların bütün işləri onların qonaqpərəstliyinə bənzəmir. Qonaqlıqdan sonra adamda can qalmır”.
XVII əsrin əvvələrində Şamaxı hakimi Abdulla xanın yanına ticarət əlaqələri üçün gəlmiş ingilis missionerləri Antoni Cenkinson və Olkok şərəfinə verilən qonaqlıqda 290 cür yeməyin süfrəyə gətirilməsi xalqımızın qonaqpərvərliyinin gözəl nümunəsi ola bilər. Bu missionerlər gördüklərini ingilis dilində öz səyahətnamələrində yazmış və bütün Avropanı xalqımızın bu nəcib adətilə tanış etmişlər.
1684-cü ilin əvvəlində Suraxanıdakı yanar odlara tamaşa etmək üçün gələn səyyah Kempfer Binə camaatı tərəfindən qonaq aparılır. O ozü bu barədə belə yazır: “Axşam düşəndə biz Binə camaatının qonaqpərəstliyinin şahidi olduq. Onlar bizi çirkin karvansarada gecələməyə qoymadılar. Kənddə əhali bizi mehribanlıqla qarşılayıb, xalçalarla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhali bizi salamlamaq üçün axışıb gəldi. Gələnlər özləri ilə üzüm, alma, nar və başqa yeməli şeylər gətirmişdilər. Gecədən xeyli keçənə qədər camaat bizimlə söxbət etdi, musiqi çaldılar, oxudular, oynadılar və s.”.
Dağlarımızda yolunu azan, yorulan, bivaxt gələn və gecəyə düşən səyahətçilər və yolçular üçün tikilmiş “aman evləri” qədim bir dövrün yadigarı kimi zəmanəmizə qədər gəlib çatmışdır. Bu da qonaqpərəstliyin başqa bir təzahürüdür. Xalqımız qonağa nəinki öz evində hörmət etmiş, hətta çöldə qalarkən ona sığınacaq yeri də vermişdir.

Azərbaycan abidələri

Ktiş qalası - Azərbaycan Respublikası Xocavənd rayonu ərazisində yerləşən qədim qala. Qala sıldırım dağın zirvəsində yerləşir. Dövrümüzə yalnız xarabalıqları çatmış bu möhtəşəm qalanın dəqiq inşa tarixi bilinmir. Lakin qalanın adı mənbələrdə Azərbaycan ərəblər tərəfindən fəth edildikdən sonra çəkilməyə başlayır.

Qala ərəblərin Azərbaycanda hegemonluğu dövründə alban knyazı Yesai əbu Musanın iqamətgahı olmuşdur. Əbu Musa mənbələrdə Beyləqan hakimi kimi xatırlanır və Kalankatlı onun Qafqaz albanlarının soyundan olduğunu yazır. Bəzzin süqutundan sonra Babək Zəngəzurdakı sahibi Səhl ibn Sunbat olan Şəki qalasında, qardaşı Abdullah isə Ktiş qalasında sığınacaq tapmışdı.

Qala olduqca əlverişli strateji mövqedə yerləşir. Belə ki, qalanın dörd bir tərəfi sıldırım qayalıqlarla əhatə edilmişdir. Qalaya yalnız çox kiçik bir cığırla getmək mümkündür. Ərəb salnaməçisi Məsudi Ktiş qalasını öz əsərində bu cür təsvir etmişdir:

"Ktiş qalası doğrudan da əlçatmaz qala idi. Onun təpəsi buludlar içində idi, dağın sərt və sıldırım yamacları meşə ilə örtülmüşdü. Qalaya çətin keçilən dar bir cığır gedirdi."

Lakin haqqında bəhs edilən bu kiçik cığır əslində heç də qalaya gedən yeganə yol olmamışdır. Belə ki, bu çığırdan başqa, qalanın şimal tərəfində qayalarda yeraltı yol da qazılmışdı. Bu isə Qarabağın digər həmdövr qalalarında da müşaidə olunan haldır. Belə ki, tədqiqatlar zamanı yeraltı gizli yollarla Qarabağda yerəşən Laçınqaya qalası, Löh qalası və Qalaboynu qalasında da rast gəlinmişdir.

четверг, 20 сентября 2012 г.

RAMIL SEFEROV AZERBAYCANDA.


Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib. Bu barədə Trend-ə məlumatlı mənbə bildirib. Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlı Trend-ə məlumatı təsdiqləyib. Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. R.Səfərovun əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin. … II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 avqust 2012-ci il.


воскресенье, 29 апреля 2012 г.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 92 il ötür !

Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından 92 il ötür. 92 il əvvəl məhz aprelin 28-də müstəqil Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) devrilib, müstəqil dövlətin bütün atributları ləğv olunub və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirilib. 

Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldırıb. AXC hökuməti məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma məruz qalan vətəndaşlarını qorumağa göndərib. Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qalıb. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Xaçmaz-Yalama istiqamətindən Azərbaycana daxil olan XI Qırmızı Ordu hissələri Bakıya girib. Azərbaycan parlamentinin aprelin 27-də keçirilən son iclasında bolşeviklərin hakimiyyəti təhvil vermək barədə ultimatumu müzakirəyə çıxarılıb. Məhəmməd Əmin Rəsulzadə və digərləri işğalın əleyhinə çıxış ediblər. Lakin tarixi şərait və qüvvələrin qeyri-bərabər olması səbəbindən AXC hökuməti 6 maddəlik razılaşma imzalamaqla hakimiyyəti bolşeviklərə təhvil vermək məcburiyyətində qalıb. Razılaşmaya əsasən, siyasi partiyalar fəaliyyətini davam etdirməli, Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmamalı idi. Lakin işğaldan sonra siyasi partiyalar qapadılıb, Müsavat Partiyasının fəaliyyəti qadağan olunub, üzvləri repressiyalara məruz qalıb. Eyni zamanda Gəncə qubernatoru Xudadat bəy Rəfibəyov güllələnib, baş nazirlər Nəsib bəy Yusifbəyli və Fətəlixan Xoyski müəmmalı şəkildə öldürülüb, Məhəmməd Əmin Rəsulzadə həbs edilib.
İşğaldan sonra Azərbaycanda bolşeviklərə qarşı 150-yə yaxın üsyan baş verib. Onlardan ən böyüyü isə 1920-ci il mayın 26-da Gəncədə başlayıb. İyunun 4-dək davam edən üsyan zamanı Azərbaycan Ordusunun döyüşçüləri və Gəncə sakinləri 8 min rus əsgərini öldürüblər. Sonradan Gəncəyə göndərilən əlavə diviziyalar üsyanı qan içində boğaraq şəhəri yerlə yeksan edib, 10 min nəfərə yaxın Gəncə sakini qətlə yetirilib.
Aprelin 28-də rəsmiləşən işğal sovet imperiyasının mövcud olduğu 71 il ərzində rəsmi bayram kimi qeyd olunub. Yalnız 1991-ci ildə Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra 27 aprel həqiqəti xalqa açıqlanıb və tarixdə öz həqiqi yerini alıb. O vaxtdan 27 aprel işğal, 28 may isə İstiqlal (Respublika) günü kimi qeyd olunur.