понедельник, 30 января 2012 г.

İşğal olunmuş torpaqlar

Ağdam İşğal olunmuşdur 1993 – cü il 23 iyul Ərazisi 1154 km2 Əhalinin sayı 158000 Şəhid olmuşdur 538. Əlil olmuşdur 587 Milli qəhramanlar 17 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 48 • Mədəni – məişət obyekti 598 • Qəsəbə və kənd 122 • Tarixi abidə 27 • Dövlət dram teatrı Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur .1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində , Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir. Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir. Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir. Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur. Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral şose yolları keçir. Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t, k.t-nın mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri ) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi. Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə , məscid və s. var. Cəbrayıl
İşğal olunmuşdur 1993 – cü il 23 avqust Ərazisi 1050 km2 Əhalinin sayı 52049 Şəhid olmuşdur 347. Əlil olmuşdur 172 Milli qəhramanlar 4 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni – məişət obyekti 197 • Qəsəbə və kənd 90 Tarixi abidə 27 Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir. Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s. Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir. İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi. Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi. Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr(19 əsr), Şıxlar kəndində dairəvi türbə(14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur. Fizuli İşğal olunmuşdur 1993 – cü il 23 avqust Ərazisi 1112 km2 Əhalinin sayı 95940 Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309 Milli qəhramanlar 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni – məişət obyekti 145 • Qəsəbə və kənd 54 • Tarixi abidə 15 Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km2, əhalisi 80,2 min. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var. Mərkəzi Fizuli şəhəridir. Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən mülayim istidir.
Orta temperatur yanvarda 0,1oS, iyulda 24-25 oS-dir. İllik yağıntı 400-600 mm. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan turac, qırqovul, göyərçin və s. var. Orta sıxlıq 1 km2-də 58 nəfərdir. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir. Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz varidi. Rayonda su anbarları yaradılmış, suvarma kanalları yapadılmışdır. Qaramal kökəltmə və qoyunçuluq birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu fəaliyyət göstərirdi. Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi(1682), karvansara(1684), türbə(18 əsr) və s. qalmışdır. Kəlbəcər İşğal olunmuşdur 1993-cü il 2 aprel Ərazisi 1936 km2 Əhalisinin sayı 55000 Şəhid olmuşdur 217. Əlil olmuşdur 49 Milli qəhrəmanlar 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 29 • Mədəni – məişət obyekti 134 • Qəsəbə və kənd 132 • Tarixi abidə 87 Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km2, əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27 klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi. Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır. Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən,
Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları - Lev çayı, Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı meşələr (palıd,fısdıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi 28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti 1934 ildən çıxır (1965 ilədək "Qızıl maldar"adı ilə nəşir olunmuşdur). Yerli radio verilişləri redaksiyası 1965 ildən fəaliyət göstərir . Rayonda televiziya verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama məntəqəsi sanitariya epidemioloci ,49 həkim ,205 orta tibb işçisi var. Kəlbəjər -Qubadlı iqtisadi rayonu Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır.Jənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir. Qubadlı İşğal olunmuşdur 1993-cü il 31 avqust Ərazisi 826 km2 Əhalinin sayı 33800 Şəhid olmuşdur 232 Əlil olmuşdur 146 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti 205 • Qəsəbə və kənd 94 • Tarixi abidə 12 Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 802 km2. ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. 33629 hektar kənd təsərrüfatına yararlı torpaqları vardı Qubadlının.13958 hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər əkilirdi.18,6 min hektar otlaqların 0,6 hektarını biçənəklər təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri aparılırdı.850 hektar çoxillik əkmələr sahəsi mövcud idi ki, bunun da114 hektarını bağlar, 468 hektarını üzümlüklər təşkil edirdi. Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol, tikinti və s. altında qalan torpaqlar idi.13,2 min hektar təbii meşə sahəsi var idi.1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı. Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağın Hadrut rayonu( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Jəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir.31 süd-əmtəə ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu. Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi.İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi.Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi. İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi.Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu. Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi. Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi. Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı. Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. Bütün bunlardan əlavə, aşağıda göstərilənlər də erməni işğalçıları tərəfindən qarət olunmuşdur : • Taxıl məhsulu -7352 ton • Tütün məhsulu - 1556 ton • Bostan məhsulu - 80 ton • Kartof - 104 ton • Çuğundur - 30 ton • Yem məhsulları - 6670 ton • İribuynuzlu mal-qara - 7160 baş • Xırda buynuzlu davar - 27231 baş • Traktorlar - 234 ədəd • Avtomaşınlar - 100 ədəd • Taxılyığan kombaynlar - 62 ədəd • Süfrə üzüm şərabı xammalı - 130 min dekalitr • Barama məhsulu - 14,4 ton Eyni zamanda binalar, qurğular, çoxillik əkmələr, texnikalar, inventar və ehtiyat hissələri, neft məhsulları da buraya daxildir. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalmışdır. Qubadlı rayonunun təbiəti Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağyaylasının cənub-şərq (Qurbantəpə dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ( Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir .Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var.İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə - 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s ); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir .Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var.Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir.Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var.Rayonda Qubadlı yasaqlığı təşkil edilib. Kəlbəjər -Qubadlı iqtisadi rayonu Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir. Laçın İşğal olunğuşdur 1992 – ci il 18 may Ərazisi 1875 km2 Əhalinin sayı 60000 Şəhid olmuşdur 259 Əlil olmuşdur 225 Milli qəhramanlar 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Mədəni – məişət obyekti 575 • Qəsəbə və kənd 26 • Şəhər, qəsəbə və kənd 10 • Tarixi abidə 12 Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd var. Mərkəzi Laçın şəhəridir. Təbiət. Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Rayonda yura-antropogen çöküntüləri yaylmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan-100C-yə dək, iyunda 10-220C-dir. İllik yağıntı 600-900 mm. Rayonun əsas çayı Həkəridir. Əsasən,çimli dağ-çəmən,qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü və seyrək-meşəli çəmənliklərdən,enliyarpaqlı dağ meşələrindən(palıd,vələs,fıstıq), subalp və alpçəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3min ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı) var. Əhali . Orta sıxlıq 1km2-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi Laçın şəhəridir. Təsərrüfatı. İqtisadiyyatında heyvvandalıq əsas yer tutur. 23 sovxoz var idi(1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9 min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir, məişət xidməti kombinatları, afsalt-beton, çörək, süd zavodları, Respublikanın Dövlət K.T. İstehsal - Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var idi. Nəqlyyat. avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun ərazisindən keçir. Mədəni quruculuq və səhiyyə. Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin 1 kənd məktəbində252 şagird təhsil alırdı. Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310 min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Me'marlıq abidələrindən Hocaz k-də mağara - mə'bəd ,cimcimli k-ndə Məlikəcdər türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan Baba türbəsi,Şeyx Əhiməd türbəsi, Qırışqıraq k-də məsçid,Hüsürlü k-də Həmzə Sultan sarayı, Həkri çayı üzərində körpü, Ağoğlan çayı üzərində məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer -mama məntəqəsi, sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb işçisi var idi. Şuşa İşğal olunmuşdur 1992 - ci il 8 may Ərazisi 289 km2 Əhalinin sayı 24900 Şəhid olmuşdur 193 Əlil olmuşdur 102 Milli qəhramanlar 5 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Sənaye və tikinti obyekti 27 • Mədəni – məişət obyekti 103 • Şəhər, qəsəbə və kənd 31 • Tarixi abidə və muzeylər 249 • Tarixi abidə 17 Şuşa qəzası Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846 ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən,
Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı. Şuşa rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var. Təbiəti. Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda - 4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşəlirin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var. Əhali. Orta sıxlığı 1 km2 -də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş. , Malıbəyli və Daşaltı kəndləridir. Təsərrüfat. Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha – dır. 3,4 min ha əkin mahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 ¹ - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir. Xocalı İşğal olunmuşdur 1992-cü il 26 fevral Ərazisi 970 km2 Əhalinin sayı 11567 Şəhid olmuşdur 613. Əlil olmuşdur 657 Milli qəhrəmanlar 10 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 29 • Mədəni - məişət obyekti 80 Xoçalı faciyısi Azərbaycan xalqının öz torpaqları uğrunda ermıni işğalçılarına qarşı mübarizısində bir sox faciələr olmuşdur (1905, 1918-20 və 1988-1993- ci illərdə). Bunlardan ən qanlılarından biri də - Xocalıdır. Xocalı-azərbaycan kəndi olub Ağdam- Şuşa, Xankəndi- Əsgaran yollarındastrateci əhəmiyyətə malik idi həm də Qarabağda yeganə aeroport idi. Axır vaxtlar buraya Fərqanədən türk-məsxəti, ermənistandansa azərbaycanlı qaçqınları yerləşdirilmişdi. Bundan sonra o şəhər statusunu almışdı. 1992-ci ilin fevralında Xocalı 3 bir tərəfdən erməni terrorçuları, və keçmiş Sovet Ordusunun 366-cı motoatıcı dviziyası vasitəsilə mühasirəyə alınmışdı. 25 fevralın axşamında şəhərin artillerik silahlardan güllənməsi başlandı, şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəşər büsbütün alov içərisində idi. Döyüşçülərimiz əhali ilə birlikdə gecə saat 2-yə kimi bacardıqları kimi döyüşmüş, sonra isə geri çəkilməyə məcbur olmuşlar. Şaxtalı gecədə əhali məcburən çayı keçmiş və sonradan böyük bir hissəsi donma nəticəsində həlak olmuşlar. Bundan sonra isə silahsız əhalini silahlı erməni terroristləri gözləyirdilər. Yollarda və meşədə çoxlu əhali qırılıb güllənir.Sağ qalanlar isə əsir götrülür. Bu cür, 1992-ci il Fevralın 25-dən 26-sına kesən gecə Xocalılar üçün əsil faciyə olmuşdur. Onlar böyük itkilər vermişlər: 613 adam vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götrülmüşdür. Öldürülənlər içərisində 106 qadın, 83 uşaq olmuşdur ki bu da erməni terroristlərinin nə qədər qan içən vəhşi olduqlarını göstərir. Qoy bütün dünya bunu bilsin ki,erməni terroristləri Xocalıda cörünməmiş soyqırım törətmişlər. Bu şəhəri yer üzündən silmişlər. Tarix bu qanları heç vaxt unutmayacaqdır. Gec-tez günahkarlar öz qanlı əməllərinə cavab verməlidirlər! Zəngilan İşğal olunmuşdur 1993-çü il 29 oktyabr Ərazisi 707 km2 Əhalinin sayı 35500 Şəhid olmuşdur 191 Əlil olmuşdur 110 Milli qəhrəmanlar 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Mədəni- məişət obyekti 138 • Qəsəbə və kənd 81 • Tarixi abidə 13 Zəngilan Rayonu - Azərbaycanda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Qövə şm qərbdən Ermənistan,C.və C.-q.-dən İranla həmsərhəddir. Sahəsi 707 km2. Əşalisi-35 minə yaxındır. Mərkəzi Zəngilan şəhəridir. Rayonda 1şəhər, 1 şəhər tipli qəsəbə, 83 kənd və qəsəbə var. Təbiəti. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşir. Mürəkkəb və parçalanmış səth qurluşuna malikdir. Şm.-q.-dən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı,1304m) alçalaraq Bazarçayla oxçu çayı arasında Ağoyuq maili düzünü (hündürlüyü 400-600m) əmələ gətirir. Şm.-ş.də Qarabağ silsiləsinin Araz və həkəri çaylarına tərəf açılan yamacları təpəli Gəyan (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin ş. kənarı (Bartaz dağı, 2270m) yerləşir. Yura, Tabaşir və Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəngxammalı, susuzlaşdırılmış soda sohda istehsalı üçün əhəngdaşı. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir.Orta temreratur yanvarda 1oC, İyulda 25.3oC-dir. İllik yağıntı 400-500 ii. Çayları (Həkəri, Oxçu və s.) rayonun c.və ş. sərhəddindən axan Araz hövzəsinə aiddir. Düzən və dağ ətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq çahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəməntopaqları yayılmışdır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enli yarpaqlı meşələr (palıd,v ələs və s.). Bəsitçayın dərəsində nadir çinarmeşəsi (Bəsitçay qoruğu) var. Heyvanları: cüyür, çol donuzu, ayı, tülkü və s.var. Əhali. Orta sıxlıq 1 km2-də 40 nəfərdir (1979). İri yaşayış məntəqələri Zəngilan şəhəri, şəhər tirpli Mincivan qəsəbəsidir. Təsərüfat. Rayonun əsas təsərüfatı yzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıqdır. Rayonda 5 kolxoz, 9 sovxoz var idi(1979). Kənd təsərüfatına yararlı torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-ı şum yeri ,4.4 min ha-ı çoxillik bitkilər,2.7 min ha--ı dincə qoyulmuş torpaqar,0.3min ha-ı biçənəklər,19.3 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 3.9 min ha -dır.5.4 min ha əkin sah.-ni n 46%-ində dənli və dənli paşlalı (əsasən buğda, arpa), 7%-ində texniki (tütün), 2%-ində tərəvəz-bostan bitkiləri və kartof, 45%-ində isə yem bitkiləri əkilirdi(1978). Tütünçülük və üzümçülük inkişaf etdirilirdi Rayonda şərabçılıq sənayesi istehsalat-aqrar birliyi yaradılmışdır. Kolxoz və sovxozlarda 9.9 min-ha üzümlük var idi. 1979 ildə 0.8 min t tütün, 6.6min t üzüm istehsal edilmişdir. Kolxoz və sovxozlarda 7.3 min qaramal (o cümlədən 1.7min inək və camış), 21,2 min davar var idi. (1979). Baramaçılıqlı məşğul olunurdu. Rayonda savxoz-istehsalat birliyi, Respublika dğvlət K.t.İstehsal-texniki Təminat komitəsinin şöbəsi var idi. Meşə təsərüfatı yaradılmışdır. Rayonun ərazisində Bakı-Yeravan dəmir yolu (Mincivan-Qafan qol ayrılır), İmişli -Laçın magistral şose yolu keçir.

Azərbaycan Demokratik Respublikası

1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur. Fətəlixan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi.
ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir. Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir. 1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar. 1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur. Azərbaycan 1920-1991-cı illərdə 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ji ildə tərkibinə Gürjüstan, Ermənistan və Azərbayjan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ji il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbayjanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyətin 20-ci yüzilliyində ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycanın Sovet dövrü tarixində 1969-cu il dönüş nöqtəsi olur. Bu ilk növbədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə əlaqədar idi. Artıq həmin ilin avqustunda onun tərəfindən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı şəkildə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən edilmişdir. Müstəqil Azərbaycan dövləti Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətin həyata keçirilməsi və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. 1991 və 1992-ci ilin I yarısında Respublikaya rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8 mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı. 1992-ci ilin mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63341 Laçın sakinləri daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin ilin mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu. 1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (Əliyev) seçildi. Bu dövrdə hökümətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət ardıcıl, prinsipial bir kursun olmaması idi. Dövlət idarəçilyi vahid bir konsepsiya və sistem əsasında deyil, əksər hallarda bir-birini təkzib edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulmuşdur. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. 1993-cü ilin martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən hər iki rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai
bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı. 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başladı. Azərbaycan xalqı müstəqil dövlətin bütövlüyü və ümumiyyətlə, mövcudluğunun məhvi təhlükəsi qarşısında Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o vaxtkı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni hökümət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, getdikcə daha da azğınlaşmış erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu. Məhz 1993-cü ilin yay-payız aylarında bir-birinin ardınca Dağlıq Qarabağdan kənarda yerələşən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu işğallar nəticəsində respublikada qaçqınların sayı bir milyona çatdı. Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqların qarşısı alındı, Beyləqan və Füzuli istiqamətində düşmənə əks zərbələr endirilərək torpaqların müəyyən bir hissəsi azad edildi. 1994-cü ilin mayında Ermənistan–Azərbaycan münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində bu günədək davam edən atəşkəs əldə olundu. Respublika rəhbərliyinin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının respublikaya, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bildi. ATƏT-in Lissabon zirvə toplantısında (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistan istisna olmaqla) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri müdafiə etdi. Respublika rəhbərliyi ölkənin iqtisadi potensialını bərpa edərək inkişaf etdirmək məqsədilə iri miqyaslı beynəlxalq sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyəti öz bəhrəsini qısa müddətdə verdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı.
Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir. Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında TRASEKA–ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda keçirilmiş beynəlxalq konfransı proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı əhatə edən GUEAM birliyinin yaranmasında Respublika Prezidenti Heydər Əliyevin önəmli xidməti olmuşdur. 1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir. 1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

26 fevralda gerçək soyqrım yaşandı, ancaq yalançı soyqrıma inanandünya gerçək soyqrımı tanımaq istəmir...

Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının döyüş texnikası hələ fevralın 25-də axşam Xocalını üç tərəfdən mühasirəyə alaraq, döyüş mövqelərinə çıxmağa başlamışdı. Bunun ardınca şəhərə hücum başlandı. İki saat ərzində şəhər toplardan, ağır hərbi texnikadan şiddətli atəşə tutuldu. Ertəsi gün səhər saat 5-ə yaxın şəhər əslində yerlə-yeksan olmuşdu: qalan evlər od tutub yanır, 2500-dən çox sakin isə yurd-yuvalarını tərk edərək, Əsgəran istiqamətində xilas olmağa çalışırdı, lakin Naxçivanik kəndi yaxınlığında erməni quldur dəstələri əliyalın adamları gülləyə tutdular. Sonradan erməni tərəfin nümayəndələri sanki heyrətlə çiyinlərini çəkərək bəyan edəcəklər ki, guya dinc əhalinin şəhərdən çıxması üçün onlara “sərbəst dəhliz” yaradılmışdı. Əslində isə, həmin “dəhliz”
qarlı meşələrdə, dağ aşırımlarında donub taqətdən düşmüş qadınlar, uşaqlar, yaşlı kişilər üçün dəhşətli tələyə çevrildi. Erməni quldur dəstələri bu zavallı, ümidlərini itirmiş insanları xüsusi qəddarlıqla məhv edir, hətta bundan ləzzət alırdı... Xocalının işğal edilməsi barədə iş üzrə istintaq materiallarından məlumdur ki, şəhərə hücumda erməni separatçıları və quldur dəstələri ilə yanaşı, bədnam 366-cı alayın mayor Seyran Ohanyanın komandir olduğu 2-ci batalyonu, Yevgeni Nabokixinin komandir olduğu 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Valeri Çitçyan və həmin alayın milliyyətcə erməni olan 50-dən artıq zabiti və giziri iştirak etmişdir. Həmin materiallardan bu da məlumdur ki, Xocalıya hücum zamanı qadağan olunmuş 5,45 mm çaplı güllələrdən və kimyəvi silahdan istifadə edilmişdir. Sağ qalmış insanlara xüsusi qəddarlıqla işgəncə verilirdi. Onların başlarının dərisini soyur, başlarını və bədənin digər əzalarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını yırtır, adamların üstünə benzin tökərək diri-diri yandırırdılar. Bütün bunlar Cenevrə Konvensiyasının protokollarının Ermənistan tərəfindən həyasızcasına pozulması, dinc əhaliyə qarşı soyqırımı faktları deyilmi?! Dağlıq Qarabağ münaqişəsinin ən qanlı faciəsi, əslində, 1988-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi barədə etnik ermənilərin qanunsuz tələblərindən başlanmışdı. Bu tələblər Ermənistan SSR-in hakim dairələrinin açıq dəstəyi və Sovet İttifaqının mərkəzi hakimiyyət orqanlarının dinməz razılığı ilə şirnikləndirilmişdi. Əslində, Xocalının taleyi qabaqcadan həll edilmişdi. Əhalisinin sayı yeddi min nəfərə yaxın olan bu şəhər Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Xankəndi yolunun üstündə yerləşirdi. Qarabağda hərbi təyyarələrin enə biləcəyi yeganə hava limanı bu şəhərdə idi. Ona görə də təbiidir ki, erməni quldur dəstələrinin birinci dərəcəli vəzifəsi Xocalını məhv etmək, Əsgəranla Xankəndini birləşdirən
dəhlizi açmaq və azərbaycanlıların nəzarəti altında olan yeganə hava limanını ələ keçirmək idi. İstər-istəməz belə bir sual yaranır: Məgər o vaxt respublikaya rəhbərlik edən A.Mütəllibov bunu bilmirdi? Əgər bilmirdisə, deməli, bu yüksək vəzifəni tutmağa haqqı yox idi. Respublikanın ən yüksək vəzifəli şəxsi - prezident və Azərbaycan Silahlı Qüvvələrinin baş komandanı konstitusiya qaydalarının qorunmasını, ölkənin ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını təmin etməmişdir. Üstəlik, hətta faciə baş verəndən sonra da həqiqəti xalqa söyləməkdən qorxur və ermənilər tərəfə daha bir addım ataraq qırğının real miqyası barədə məlumatları gizlədirdi. A.Mütəllibov Xocalını müdafiə edə bilməməkdə öz rolunu azaltmağa çalışaraq, qırğının bütün günahını Xalq Cəbhəsi rəhbərliyinin üstünə yıxırdı. Onun özünü təmizə çıxarmaq üçün, verdiyi müsahibəsi Ermənistanda geniş reklam edilirdi. Beləliklə, o, öz xalqına bir daha xəyanət etdi, öz versiyasını, daha doğrusu, özünün acizliyini və səriştəsizliyini göstərən ağılsız qənaətlərini düşmənə “hədiyyə etdi”. O vaxtkı müxalifət isə xalqın qəzəb dalğası üzərində hakimiyyətə gəlmək üçün, sadəcə, bu faciədən istifadə etdi. Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insani qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır. Bunu hazırda Ermənistanın baş naziri kürsüsündə əyləşən və prezident vəzifəsinə iddia edən Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu “stereotipi” qırmağa nail olduq”. Deməli, bu amansız qırğın bilərəkdən vahimələndirmə aktı kimi planlaşdırılmışdı. Lakin onlar öz məqsədlərinə çatmadılar və heç vaxt çatmayacaqlar. Kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabını aşağıdakı sözlərlə başlamışdı: “İlahi, axı bu necə “milli azadlıq mübarizəsi”dir?” Həmin kitabdan cəmi bir epizodu sizə təqdim edirik, özünüz nəticə çıxarın: “...Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən çıxıb kameranı qaldırıram. Videoaxtarıcıda içərisində yaralılar olan maşının şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur,
platformadan birbaşa vaqonların açıq pəncərələrindən əməliyyat vaqonuna aparırlar. Başı sarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtür. Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm: -Sənə nə olub, əzizim? -Gözlərim yanır...Əmi, gözlərim yanır... Gözlərim yanır!!! Həkim çiynimə əlini qoyur: -O kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar... Onu bizim yanımıza gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı... Oxucu məni bağışlasın, lakin gözlərimlə gördüklərimi, qulaqlarımla eşitdiklərimi dilimlə deyə bilmirəm. Belə xatirələr izsiz ötüb-keçmir və axşam bu fəsli yazandan sonra, ertəsi gün gicgahlarımda ağ tüklərin çoxaldığını görürəm...” Xocalıdakı qanlı qırğın haqqında xəbərlər özlərini “bu münaqişənin qurbanları” kimi qələmə verən ermənilər və onların havadarlarının vəhşiliyindən dəhşətə gələn ictimaiyyətə tədricən də olsa çatdı. Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı haqqında həqiqət müxtəlif ölkələrin parlamentləri tərəfindən müzakirə mövzusuna çevrildi. ABŞ Konqresində İndiana ştatının nümayəndəsi, beynəlxalq münasibətlər komitəsinin üzvü konqresmen Den Barton 2005-ci il fevralın 21-də Nümayəndələr palatasındakı çıxışında Konqresi Xocalı faciəsini soyqırımı kimi tanımağa çağırmışdı. Öz nitqinə “bəşəriyyət bunu bilməli və yadda saxlamalıdır” sözləri ilə başlayan konqresmen bəyan etmişdir ki, Xocalıda vəhşicəsinə etnik təmizləmə, heç bir təqsiri olmayan qadınlara, uşaqlara və qocalara münasibətdə ağlasığmaz qəddarlıqlar törədilmiş, ermənilər hətta cəsədləri də təhqir etmişlər. Konqresmen çıxışının sonunda demişdir: “Biz şahid olduq ki, ermənilər Azərbaycan ərazisində işğal etdikləri hər bir kəndi dağıtmağı öz qarşılarına məqsəd qoymuşlar. Bu, barbarlıqdır”. Bu deyilənlərlə əlaqədar bir məsələni də xatırlatmalıyıq. Amerikada çıxan “V novom svete” adlı ermənipərəst rusdilli qəzetin 2007-ci il 19-25 oktyabr tarixli nömrəsində erməni lobbiçisi Edvard Pariyantsın “Ermənilərin soyqırımı faktdır” sərlövhəli məqaləsi dərc olunmuşdur. Müəllif bu “faktı” təsdiq etmək üçün guya 1915-ci ildə türklər tərəfindən qətlə yetirilmiş uşaqların cəsədlərinin fotoşəklini təqdim etmişdir. Əslində isə, bunlar erməni quldurların Xocalını yerlə-yeksan edərkən qətlə yetirdikləri azərbaycanlı uşaqların fotoşəkilləridir. Feliks Tsertsvadze saxtakarları yerində oturtmağa çağıraraq öz məktubunda hiddətini gizlətmir: “Həyasızlığın, utanmazlığın və sinizmin dərəcəsinə baxın ki, 1992-ci ildə erməni terrorunun qurbanı olmuş azərbaycanlı uşaqlar 1915-ci il hadisələrinin qurbanları olmuş ermənilər kimi qələmə verilir”. Fitnəkar erməninin cavabı verilmiş, qəzet isə bu səhvə görə oxuculardan üzr istəmişdir. Xocalı qırğını həm də ona görə mümkün olmuşdur ki, Moskva azərbaycanlıların silahlı birləşmələr yaratmasına mane olurdu. Qarabağ azərbaycanlılarının adi ov tüfənglərini də əllərindən alır, bildirirdilər ki, əhalinin müdafiəsini və respublikanın ərazi bütövlüyünü sovet ordusunun bu bölgədə yerləşən hissələri həyata keçirəcəkdir. Beləliklə, Dağlıq Qarabağın azərbaycanlı əhalisi taleyin ümidinə buraxılmışdı. XX əsrin axırlarında baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Dünya bunu yadda saxlamalıdır. Özü də bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır. Hər il fevralın 26-da bütün dünya azərbaycanlıları bu dəhşətli faciənin ildönümünü qeyd edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül istiqamətlərindən biri Xocalı faciəsi haqqında bütün həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycanın internet-portalı yaradılmış, “Qarabağ reallıqları” adlı bukletlər toplusu hazırlanmışdır. Ötən il həyata keçirilmiş xüsusi layihənin davamı olaraq, bu il Böyük Britaniyada, Hollandiyada, Polşada, Ukraynada, ABŞ-da (Vaşinqton, Nyu-York), Birləşmiş Ərəb Əmirliklərində (Dubayda) faciəli Xocalı hadisələrinə həsr olunmuş silsilə tədbirlər təşkil ediləcəkdir. Bu ölkələrdə erməni faşistlərin sağlam düşüncəyə sığmayan vəhşiliklərini ifşa edən fotosənədlərin rus və ingilis dillərində sərgiləri təşkil olunacaq, Fondun keçirdiyi “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri olmuş məktəblilərin işləri nümayiş etdiriləcəkdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycandakı müsəlman, xristian və yəhudi konfessiyalarının başçıları hər il Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətə müraciət qəbul edir, 1992-ci il fevralın 26-da törədilmiş vəhşilikləri pisləməyə çağırır, bu cinayətin bilavasitə günahkarlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər. Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar, “Dua” adlı 13 dəqiqəlik yeni film nümayiş etdiriləcəkdir. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru Ziya Şıxlinskidir. Dövlət sifarişi ilə çəkilmiş bu film bir sıra xarici dillərə tərcümə olunmuşdur və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir sıra ölkələrdə, səfirliklərdə, eləcə də Azərbaycanın bütün telekanallarında nümayiş etdiriləcəkdir. Dünya Xocalı faciəsi barədə həqiqəti bilməli və yadda saxlamalıdır. Cəzasız cinayət yoxdur və ola da bilməz. Həmin dəhşətli cinayətdə bu və ya digər şəkildə əli olanlar hələlik yalnız öz vicdanları qarşısında cavabdehlik daşıyırlar. Lakin vaxt gələcək, biz buna inanırıq, hökmən o gün gələcək ki, onlar öz mənfur əməllərinə görə tarixin məhkəməsi qarşısında, bəşəriyyət qarşısında cavab verməli olacaqlar.

Gəlin Azərbaycan tarixi yadda salaq

Azərbaycan tarixi-Qədim dövr. Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən paleolit (qədim), mezolit (orta) və neolit (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100-30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşamış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər. 30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi. Mezolit Azərbaycanda er.əv. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və
heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qayaystü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər. Neolit Azərbaycanda er.əv. 7 minilliyə təsadüf edərək Qobustanın və Həsənlutəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6-4 minillikklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və .s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları və.s.) düzəldilməsi təsadüf edir. Tunc dövrü Azərbaycanda er.əv. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir. Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23 yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubey və hurrit tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubeylər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir. Hələ er.əv. 3 minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır. Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan, Naxçıvan və Qayakənd –Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsrrüfatın demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. Er.əv. 13-12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur. Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti
Manna yaranır. Onun baş şəhəri İzertu olmuşdur.Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur. Təxminən er.əvvəl I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq er.əv. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatana talan edilmiş, Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt edilmişdir.
Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün elinizmin yaranmasına gətirib çıxardı. Ellinistik dövrdə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena mövcud olmuşdur. Er.əv. 328-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir. Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının (er.əv. 248-227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (er.əv. 6 - er.5 əsrlər) olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub edilmişdir. Lakin er.əv. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur. Er.əv. 1-ci ildə Roma sərkərdəsi Qay Sezar Ermənistanı zəbt edərək II Ariabarzanı onun hökmdarı təyin edir. Lakin Ermənistanın Atropatenaya qatılması və Roma ilə müttəfiq münasibətlər Parfiyanın narazılığına səbəb oldu ki, bu da yeni müharibənin başlanmasına gətirib çıxardı. Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224-651) yüksəlməsinə qədər mövcud olmuşdur. Digər Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya, Kambiena, Eceri, Qəbələ, Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Artsax və Sunik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə şəhərləri olmuşdur. Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi. Yazılı mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. IV yüzilliyində isə xristianlıq qəbul edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi. Qədim albanların təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə arxeoloji mədəniyyəti əsasında öyrənilmişdir. Bundan başqa yunan və roma müasirlərinin əsərlərindən və Kalankatuylu Musanın "Alban tarixi" salnaməsindən Qafqaz Albaniyası haqqında kəsərli məlumat əldə etmək olar. Qafqaz Albaniyasında əkinçilik, heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə bağçılıq və ilk növbədə ipəkçilik mövcud idi. Albaniya ərazisində 30-dan artıq şəhər var idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və ticarət, siyasi, inzibati, mədəni və dini mərkəzlər rolunu oynayırdılar. Ölkənin yüksəlişi dövründə Albaniya şimaldan Böyük Qafqaz dağları, cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi, qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. Bu bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar dövlətlərin diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə ölkəyə şimaldan masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər sahilində bir müddət mövcud olmuş Mazküt dövlətini yaratmışdırlar. Er.əv. I yüzillikdən başlayaraq romalıların legionları Cənubi Qafqaza, o cümlədən Albaniyaya bir neçə dəfə yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış latın dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə şimaldan alan tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu basqın və müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət müstəqillyini qoruyub saxlaya bilmişdir. Orta əsrlər dövrü Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə mürajiət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şüjaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. 15-ci yüzilliyin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər. Azərbaycan Demokratik Respublikası 1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur. Fətəlixan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu
təşkil edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir. Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir. 1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar. 1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur.

Bir kere qalxan bayraq bir daha enmez. Onun istediyi olkemizin azadligi idi, indi qismen de olsa rahat uyuya biler mezarinda, Biz ise Butov Azerbaycan ucun caliwmaliyiq!

Tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucularından biri olan MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın (1904) əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı
komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa bolşevik inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilirdi. Liberal sosialist kimi tanınan Rəsulzadə bu dövrdə həmçinin P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin kimi rus inqilabçıları ilə yaxınlaşır. Hətta Stalini öldürmək istəyən azərbaycanlı fəhlələrin əlindən “Kobanı” xilas edir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçılardan biri olmuşdur. Eyni zamanda maarifçilik sahəsində qələmini sınayan Rəsulzadə həmin dövrdə Azərbaycan Türklüyünün ideoloqları olmuş Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Füyuzat", həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuş, Azərbaycan dili və ədəbiyyatı sahəsində bir sıra əsərlər çap etdirmişdir. Azərbaycan türkçülərinin təsiri altında o, rus sosial-demokratiyasından uzaqlaşmağa başlayır. 1908-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə İrana mühacirət edir (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını yaradır. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılır. 1911-1913-cü illərdə Türkiyədə İstanbul Türk Ocağında çalışır və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. Burada Rəsulzadənin liberal sosialist təfəkküründən millətçi və türkçü dünyabaxışa döğru inkişaf baş verir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub. 1917-ci ildə Müsavat Partiyasının başqanı olub. Azərbaycanın tarixində müstəsna rol oynamış “Difai” kimi gizli milətçi partiyanın liderləri də bu dövrdə Rəsulzadənin fəaliyyətinə yüksək qiymət vermişlər. 1918-ci il may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib, Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olub. 1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib. 1920-ci il 27 aprel işğalından sonra həbs edilən M.Ə.Rəsulzadə sosial-demokrat hərəkatı üzrə keçmiş həmfikiri Stalin tərəfindən Moskvaya aparılıb. Bir müddət orada yaşayır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. Gizli fəaliyyətə keçmiş millətçi təşkilatların tövsiyyəsi ilə o, indiki Sankt-Peterburq gedərək, oradan tatar islamçısı Musa Cərurullah Bigiyevin köməyi ilə Finlandiyaya qaçır, daha sonra Türkiyə ərazisinə keçir.
1922-ci ildən başlayaraq, mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1923-cü ildə İstanbula qayıdır. Lakin 1931-ci ildə qonşu Rusiyanın qəzəbindən çəkinən rəsmi Ankaranın tələbi ilə Türkiyəni tərk edir. Rusiyaya düşmən mövqedə olan Polşa bütün anti-komunistlərə ağuşunu açdığı üçün oraya köçür. Burada 1931-ci ildə Polşanın baş naziri Klemens Pilsudskinin qardaşı qızı Vanda ilə ailə qurur. 1937-ci ildə sovet rejimi onun Azərbaycanda qalmış ailəsini Qazaxıstana sürgün edib, oğlu Rəsulu ölümə məhkum edir. Rəsulzadə 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. II Dünya müharibəsi dövründə Almaniyanın Şərq idarəsinin nəzdində əsir azərbaycanlılardan ibarət Azərbaycan legionlarının formalaşmasında yaxından iştirak edir. Müharibədən sonra 1947-ci ildə Ankaraya dönür. 1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradır. Həmçinin, “Amerikanın səsi” radiostansiyası ilə əməkdaşlıq edir. Azərbaycan xalqnın azadlığı üçün mübarizə aparan tarixi şəxsiyyətlərimizdən biri, böyük bir ədəbi irsin sahibi olan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. O, Ankara Əsri qəbiristanlığında dəfn edilib. Türk dövlətləri - Əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipir Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi - Azırbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vəTürkmənistan SSRİ-cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 157 milyondan çoxdur. dağılandan sonra (1991-ci ildə), Osmanlı İperiyasının varisi olan Türkiyə isə 1923 cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 157 milyondan çoxdur.

YAŞA, YAŞA ÇOX YAŞA EY ŞANLI AZERBAYCAN !!!!!

Azərbaycan Respublikası Azərbaycan Respublikası - Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyada, kiçik bir hissəsi isə Avropada yerləşən, Xəzər dənizi hövzəsi ölkəsi. Ərazi Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İranla
765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir. İqlim Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin - temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Əhali 2004-cü ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır. Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0-14 yaşda, 67 % 15-64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir. 13 - 22 aprel 2009 - cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycan Respublikasının 8,82 milyon nəfər əhalisi var . Etnik tərkibi Əhalinin son siyahıya alınmasının (27.01.1999) nəticələrinə görə ölkə əhalisinin 90.6 % Azərbaycan Türkləri, 2.2 % Ləzgilər, 1.8 % Ruslar, 1.5 % Ermənilər, 1.0 % Talışlar, 0.6 % Qafqaz Avarları, 0.5 % Axıska Türkləri, 0.4 % Tatarlar, 0.4 %Ukraynalılar, 0.2 % Saxurlar, 0.2 % Gürcülər(İngiloylar daxil olmaqla), 0.2 % Kürdlər, 0.13 % Tatlar, 0.1 % Yıhudilər, 0.05 % Udinlər, 0.12 % isə digər millətlərdir . Qeyd: Ermənilərin böyük hissəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaşayır. Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 % olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 % təşkil etmişdir. Dövlət quruluşu Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublukası -nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublukası
Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublukasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Dövlət Rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri:Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.Azərbaycan Respublikasının Dövlət Bayrağının və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir. Paytaxt Bakı Abşeron yarmadasının cənubunda,Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir. İqtisadiyyat Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM). Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. Hazırda köhnə manat əskinasları tamamilə dövriyyədən çıxarılıb. Dil Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İslam Respublikasında Cınubi Azərbaycan yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya - da, Amerika Birləşmiş Ştatları - nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə,
yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azırbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Din Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yıhudilik, Xristianlıq, Alban-udi-kilsəsı. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz mesəlman olması danılmaz faktdır. Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir. Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır. Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir. Münaqişə Dağlıq Qarabağ Erməni mənşəli əhalisini provakasiya edən erməni seperatçılarının müstəqillik tələbləri Azərbaycanla qonşu Ermənistan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 24 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da erməni tərəfin muntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qadər azərbaycanlı həlak olmuşdur. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında»Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq
Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Birləşmiş Millətlər Təkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Bununla belə 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildəTürkmənçay müqaviləsinin imzalananması ilə Azərbaycan yenə də bölünməyə məcbur qalmışdır.Bu müqavilələr Azərbaycan xalqının həyatında faciəli rol oynamışdır. Azərbaycanın şəhər və rayonları- Abşeron, Ağdaş, Ağcabədi, Ağıstafa, Ağsu , Astara, Bakı (paytaxt),Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Daşkəsən, Dəvəçi, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişlo, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, Kürdəmir, Lənkaran, Lerik, Masallı, Neftçala, Oğuz, Qəbələ, Qax, Qazax, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Samux, Şəki, Şamaxı, Şəmkir, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala,Zərdab Naxçıvan Muxtar Respublikası Babək, Cukfa, Naxçıvam, Ordubad, Sıdərək, Şahbuz, Şərur Hazırda işğal altında olan ərazilər Dağlıq Qarabağ, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan Bayramlar və xüsusi günlər Rəsmi 1Yanvar - Yeni İl 8 Mart - Beynəlxalq Qadınlar Günü 20 Mart - 21 Mart - Novruz Bayramı 28 May - Respublika günü 15 iyun - Milli Qurtuluş günü 26 İyun - Azərbaycan Silajlı Qüvvələri günü 18 Oktyabır - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü 12 Noyabr - Konstitusiya günü 17 Noyabr - Milli Dirçəliş günü 31 Dekabr -Dünya Azərbaycanlıları Həmrəyliy günü Dini Qurban Bayramı (2 gün) Ramazan Bayramı (2 gün)