четверг, 20 сентября 2012 г.
Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib. Bu barədə Trend-ə məlumatlı mənbə bildirib. Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlı Trend-ə məlumatı təsdiqləyib. Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. R.Səfərovun əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin. … II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 avqust 2012-ci il.
суббота, 26 мая 2012 г.
четверг, 10 мая 2012 г.
воскресенье, 29 апреля 2012 г.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 92 il ötür !
Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldırıb. AXC hökuməti məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma məruz qalan vətəndaşlarını qorumağa göndərib. Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qalıb. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Xaçmaz-Yalama istiqamətindən Azərbaycana daxil olan XI Qırmızı Ordu hissələri Bakıya girib. Azərbaycan parlamentinin aprelin 27-də keçirilən son iclasında bolşeviklərin hakimiyyəti təhvil vermək barədə ultimatumu müzakirəyə çıxarılıb. Məhəmməd Əmin Rəsulzadə və digərləri işğalın əleyhinə çıxış ediblər. Lakin tarixi şərait və qüvvələrin qeyri-bərabər olması səbəbindən AXC hökuməti 6 maddəlik razılaşma imzalamaqla hakimiyyəti bolşeviklərə təhvil vermək məcburiyyətində qalıb. Razılaşmaya əsasən, siyasi partiyalar fəaliyyətini davam etdirməli, Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmamalı idi. Lakin işğaldan sonra siyasi partiyalar qapadılıb, Müsavat Partiyasının fəaliyyəti qadağan olunub, üzvləri repressiyalara məruz qalıb. Eyni zamanda Gəncə qubernatoru Xudadat bəy Rəfibəyov güllələnib, baş nazirlər Nəsib bəy Yusifbəyli və Fətəlixan Xoyski müəmmalı şəkildə öldürülüb, Məhəmməd Əmin Rəsulzadə həbs edilib.
İşğaldan sonra Azərbaycanda bolşeviklərə qarşı 150-yə yaxın üsyan baş verib. Onlardan ən böyüyü isə 1920-ci il mayın 26-da Gəncədə başlayıb. İyunun 4-dək davam edən üsyan zamanı Azərbaycan Ordusunun döyüşçüləri və Gəncə sakinləri 8 min rus əsgərini öldürüblər. Sonradan Gəncəyə göndərilən əlavə diviziyalar üsyanı qan içində boğaraq şəhəri yerlə yeksan edib, 10 min nəfərə yaxın Gəncə sakini qətlə yetirilib.
Aprelin 28-də rəsmiləşən işğal sovet imperiyasının mövcud olduğu 71 il ərzində rəsmi bayram kimi qeyd olunub. Yalnız 1991-ci ildə Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra 27 aprel həqiqəti xalqa açıqlanıb və tarixdə öz həqiqi yerini alıb. O vaxtdan 27 aprel işğal, 28 may isə İstiqlal (Respublika) günü kimi qeyd olunur.
суббота, 28 апреля 2012 г.
понедельник, 9 апреля 2012 г.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. "Erməni məsələsi" adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki "Qarabağ məsəsinə" erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. "Erməni məsələsi" isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları - XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: "…erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur". Lakin tarixçi aldanmışdı…Buna görə də əvvəlcə həmin məqaləni təqdim edirik. Sonrakı mərhələlərdə" erməni məsələsinə" aid materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur. Erməni məsələsi - Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı. Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı - hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s. Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının "rəhbəri" əslində bu şura idi. Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı. Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı - bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi. Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə "erməni liberalizmi"nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı. Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı.
Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…
Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi. Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər. Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi. Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək) "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı… Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar - Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu. Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….İngiltərənin ermənilərə "ani" marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin "hər hansı bir dövlət tərəfindən müstəqil çıxışa yol verməyəcəyini" bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o, həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması" ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa Bolqarıstan barəsində niyyəti baş tutmamışdı - Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o "digər Bolqarıstan" yaradılmasına yol verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə... Əbdülhəmidin "cinayətkar rəiyyət" barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi. 1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə məcbur etdi - partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərlə saziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı. Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdə ermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türklər hökuməti təqsirkarları yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərini ilkin dayaq bazasına - Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadəsincə, "Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskən salmış" ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və "məzlum ermənilərin müdafiəsi" uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə ermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və i. a. sahələrdə çox geniş muxtariyyət almalı idilər. Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin vəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaksutyunlar "Böyük Ermənistan" şüarını yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa başladılar… 1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunurdu…1917-ci ilin oktyabrında daşnaqların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rus qoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdə yerləşən erməni "milli mərkəzi" və 15 üzvdən ibarət Milli şura seçildi…Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq "qalib dövlətlər" hər şeydən əvvəl ən təhlükəli saydıqları "Sovet" istiqamətində özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər.Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın ərazisinin 17.500 ingilis kvadratmilinə, əhalisinin 1.510.000 nəfərə (795.000 nəfər erməni, 575.000 nəfər müsəlman, 140.000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsl mənasında ermənilər tərəfindən yerlə-yeksan edildi…İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər - 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tam-kamal soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə - Şimali Amerika imperialistlərinə verildi…Beləliklə iki "erməni bazası"ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. "Böyük Ermənistan"la bağlı bütün ümidlərinin açıq aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kor-təbi surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu. Buna görə də daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda ingilislərdən silah almış daşnaklar Kars vilayətini və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: "beləliklə özlərinin arxa cəbhəsini təmin edərək" Maku sərdarının köməyinə arxayın olub Oltuya və Kaqızmana hücuma keçdilər…1920-ci ilin dekabrında (Ermənistanda) Sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhədi indiki xətlər şəklində müəyyənləşdirdi. Həmin andan - erməni xalqının yeni dövlət quruluşu yaranmasından bəri erməni məsələsinin aradan qalxdığını hesab etmək olar. Düzdür, Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər - "Erməni ocağı" yaratmaq, "milli azlıqlar"ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu, yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi, layihə aradan götürüldü…Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü ilin yanvarın 27-də Çiçerin yoldaş Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, Sovet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər. "Böyük Ermənistan" proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan çox böyük təsərrüfat və mədəniyyət işləri "diaspor"dakı erməni siyasi partiyaları arasında qəti dönüş yaratdı. Erməni burjuaziyası və ziyalıları partiyası - liberal demokratlar (ramkavarlar) indi Sovet Ermənistanına mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri "kəşfiyyatçılar" Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə ramkavarların mətbuatında Sovet ölkəsinə böyük rəğbətlə yazılan materiallar verilmişdir. Hətta millətçi Qnçaq partiyası da bu cür mövqe tutmuşdur. Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət bəsləyən yeganə partiya Daşnaksutyundur. O, yenə də silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu istiqamətdə göstərilən son cəhd yəni 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi çevrilişi tam uğursuzluqla nəticələnmiş, ölkədə qısa, lakin qanlı vətəndaş müharibəsi doğurmuşdu. İndi Daşnaksutyün partiyası mənəvi cəhətdən çürüməkdədir, hətta mühacir kütlələr arasında nüfuzunu itirir - hazırda qaçqınların Sovet Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç Cəmiyyəti tərəfindən) vəsaiti mənimsəmək hesabına dolanır. Yeri gəlmişkən erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyün şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə Erməni məsələsinin tarixində yeni səhifə açılır.
воскресенье, 18 марта 2012 г.
четверг, 8 марта 2012 г.
воскресенье, 4 марта 2012 г.
пятница, 2 марта 2012 г.
четверг, 1 марта 2012 г.
Neftçala rayonu..
İqtisadi rayon: Aran iqtisadi rayonu
Ərazi: 1451,70 km²
Əhali: 80390 nəfər
Əhali sıxlığı: 55 nəfər/km²
Yaranma tarixi: 11 fevral 1940
Nəqliyyat vas. kodu: 47
Telefon kodu: 153
Poçt kodu (Mərkəzi PŞ): AZ 4700
İcra başçısı: İsmayıl Vəliyev
Neftçala rayonu Azərbaycan SSR-da inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun
tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş və kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabr ayında Neftçala rayonu ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 4 ildən sonra 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası olmuşdur. Belə bir qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilmiş və Neftçala yenidən Salyan rayonunun tərkibinə daxil olmuşdur. 7 ildən sonra 1973-cü ilin aprelin 27-də yenidən müstəqil rayon olmuşdur. Neftçala rayonu Muğan-Salyan kadastr rayonuna daxildi. Rayonda 18 inzibati ərazi nümayəndəliyi ilə bərabər, 27 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. İri yaşayış məntəqələri - Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləridir. 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Yerli Media - Rayonda 1973-cü ildən çıxan «Oktyabr bayrağı» qəzeti 11 oktyabr 1990-cı ildən «Gündoğar» qəzeti kimi fəaliyyət göstərir.
Tarixi
Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib. Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır[8]. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır. Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Beləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.
Xaraba şəhər
Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır.Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş. Professor Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.
Coğrafiyası və iqlimi
Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü,qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyəəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kürkosa adası bəzən su səviyyəsi aşağı düşəndə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır. Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov–Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir. Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var.Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °S, iyulda 25-36°S-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.
Təbiəti
Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Şoranlıqlara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, su ilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir .Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.
Əhali
Rayon əhalisinin sayı 80390 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 55 nəfərdir. Əhalinin 47,8 %-i şəhərdə, 52,2 %-i kəndlərdə yaşayır. Rayon əhalisinin 48,8 faizi kişi, 51,2 faizi qadınlardır
İqtisadiyyat
Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. 1996-ci ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərmişdir. Kolxozların torpaq fondu 94320 ha təşkil edirdi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı özəl təsərrüfatlara verılmışdır. 39578 hektar torpaq isə kənd əhalisinin mülkiyyyətindədir. Hazırda rayonda 8134 fermer təsərrüfatı fəaliyyət göstərir.. 2000-2009-cu illər arasında kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə azalma müşahidə olunsa da, bir çox əsas bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunmuşdur. 2009-cu ilin göstəricilərinə görə rayonda sənaye sahəsində 23 müəssisə fəaliyyət göstərir. Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi 87.8 faizi təşkil edir. Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı, tikinti üçün kərpic istehsalı, qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. 2006-cı ilin göstəricilərinə görə rayonda 17 sanəye müəssisəsi fəaliyyət göstərir. Rayonda texniki yod istehsal edən "Azər-Yod" MMC, xam pambığın istehsalı üzrə fəaliyyət göstərən "Leqno-Neftçala" MMC, kərpic istehsal edən "Xəzər" MMC, balıq ovu ilə məşğul olan "Neftçala Balıq" ASC, sərnişin və yük daşıma fəaliyyəti ilə "Neftçala-Avtonəqliyyat" ASC, quş və yumurta istehsal edən "Qaraqaşlı-broyler" ASC, əmtəəlik balıq istehsalı ilə məşğul olan "Oriyat-balıq" ASC fəaliyyət göstərir. Rayonun ərazisində neftlə yanaşı, qaz, yod, brom, müalicəvi əhəmiyyətli yodlu-bromlu sular, xörək duzu kimi faydalı qazıntılar mövcuddur.
Balıqçılıq və balıq artırılması
XIX əsrin əvvəllərində indiki Tataraməhlə kəndi ərazisində o zamanın sənədlərinə görə "Boji promısel" (rus. Божий Промысел, azərb. Allah mədəni) kimi təqdim olunan məşhur balıqçılıq müəssisəsi vardı. Tacirlər burda duzlanmış balığı və emal olunmuş kürünü Kürdən Xəzərə hərəkət edən gəmilər vasitəsilə daşıyırdılar. Bu müəssisə Həştərxandan gəlmiş hindistanlı Sobra Maqundas tərəfindən 10 il müddətinə icarəyə götürülmüşdü[ . Burda qulluqçular üçün tikilmiş binalar, xəstəxana, balıqçılıq ləvazimatları satılan mağaza və s. dən ibarət olan şəhərcik var idi. 1826-27 ci illərdə İrandan edilən basqınlar zamanı vətəgə dağıdıldı və Sobra Maqundas bu işdən əl çəkdi. Ötən əsrin ilk onilliyinin ortalarında vətəgədə dəhşətli yanğın baş verdi və nəticədə bütün vətəgələr öz inzibati idarə, yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürüldü. "Boji promısel" 1841-ci ildə öz iqtisadi funksiyasını Bankə Balıq Kombinatına verdi. Beləliklə, Bankədə balıqçılıq sənayesinin vüsəti "Boji Promıselin" tənəzzülündən sonra başlayır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Bankə vətəgələrini icarəyə götürmüşdü. Böyük Vətən müharibəsindən əvvəl və sonra rayonda 4 balıqçılıq kolxozu olub: Kürkosada "Volna", Prorvada Kalinin, Z.O. Qoltuqda "Stalin", N.O.Qoltuqda "Beriya" adına kolxozları.
Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.. Azərbaycanda ümumilikdə 4 nərə balıq artırma zavodu var. Onlardan 3-ü Neftçalada, biri isə Şirvan şəhərində yerləşir. Rayonda əsasən nərə cinsli balıqlarının artırılması ilə məşğul olan 3 zavod – Xıllı nərə balıqartırma zavodu, Kür ağzı nərəbalıq yetışdirmə zavodu və Kür təcrübə Nərə balıqartırma zavodu fəaliyyət göstərir. Təkcə 2008-ci iin birinci yarımilində bu zavodlar tərəfindən 12 milyon ədəd nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır
Xıllı Nərə Balıqartırma zavodu
Zavodda ümumilikdə dörd sex fəaliyyət göstərir. Bunlar inkubasiya sexi, dairəvi hovuzlar, süni və canlı yem tədarük etmə və bir də elektro sexlərdir. Zavodda bir il ərzində 15 milyon ədəd balıq körpəsi ərsəyə gətirilir. Zavodda hazırda dörd nərə cinsli balıq yetişdirilir. Bunlar "Bölgə", "Şip", "Uzunburun" və "Nərə" növləridir. Zavodda 150-200 qramdan başlamış 10 kiloqrama qədər çəkisi olan balıq yetişdirilir. Balıqlar Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda yetişdirilir. 2003-cü ildə fəaliyyətə başlayan zavoddan ilk dəfə 2004-cü ildə dənizə balıq buraxılıb. Altı il ərzində Xəzər dənizinə 41 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb. Onlardan bir 1 milyon 500 min ədədi 2010-cu ilin payına düşür. Zavodun əsas tərəfdaşları "Caspian Fish" və "Xəzərbalıq" MMC balıqovlama şirkətləridir
Rayonda Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası üçün "Seymur Qəzənfəroğlu Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu" (Bankə qəsəbəsi) və "C. Cavadov adına Nərə Balıqartırma Zavodu" (2-ci mayak qəsəbəsi) fəaliyyət göstərir.
CITES-ın (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət - "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur
Yod-Brom Zavodu
1927-ci ildə 5 saylı quyu 50 metr dərinlikdən neftlə birlikdə duzlu su fontan vurdu. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar oldu. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlandı. Həmin illərdə quyular şəklində ilkin yod zavodu tikildi. 1931-ci il aprelin 28-də ilk məhsul 1500 kq Neftçala yodu Bakıya göndərildi, ordan da Moskvaya daşındı. 1932-ci il mayın 1-də "1 May" adına Yod zavodu əvvəllər 26 Bakı Komissarı adına qəsəbədə - indiki Mirqurbanlı kəndində tikilib istifadəyə verilmişdi. 1950-1955-ci illərdə Xəzər dənizi sahilində yeni yataqlar yodlu-bromlu su yataqları kəşf olundu. Sonradan 1984-cü ildə Xəzər sahilində əvvəlkindən 4 dəfə güclü yeni Yod-Brom zavodu tikilib istifadəyə verildi. Sovetlər İttifaqının dağılmasından sonra məlum iqtisadi, siyasi problemlər üzündən bu zavod da iflic vəziyyətə düşdü və yalnız 2004-cü ildən burada həmin baza əsasında tikinti-quraşdırma işləri aparıldı, 2007-ci ildə Azər-Yod MMC rəsmi şəkildə fəaliyyətə başladı. Burada istehsal olunan texniki yod, kristal yod və dəmir bromid duzu ölkəmizdə və xarici bazarda uğur qazanmışdır
"Dizayn Glass" şüşə emalı zavodu
«Dizayn Glass» MMC - şüşə emalı zavodu «AzəriYod» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində fəaliyyətə başlayıb. Ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək
Digər müəssisələr
Neftçala Balıq Kombinatı ASC
Hacı Zeynalabdin Tağıyev adına balıq kombinatı hərraca çıxarılaraq Caspian Fish Co. şirkətinə satılməşdır. Bundan sonra müəssisənin adı Neftçala Balıq olaraq adlandırılmışdır.
Xəzərbalıq MMC
Neftçala-Pambıq ASC
Neftçala balıq-əmtəə
Təhsil
XX əsrin əvvəllərində insanların maariflənməsi uğrunda mühüm işlər görülmüşdür. Keçmiş inzibati-ərazi bölgüsünə görə Azərbaycan 17 qəzaya bölünürdü. Bu qəzalardan biri də Salyan (Cavad) qəzası idi. Salyan qəzasına daxil olan 6 nahiyənin içərisində yalnız Xıllı nahiyəsində (indiki Neftçala rayonu ərazisində) 1898-ci ildə 2 sinifli ibtidai rus-tatar məktəbi açılmışdır. Burada dərslər rus dilində aparilirdı. Həftədə 1 dəfə azərbaycan dilində şəriət dərsləri keçirilirdi. Bu məktəbdə 40-45 nəfər oxuyurdu. Məktəbdə ilk dərslik "Gülüstan" kitabı olmuşdur. 1916-cı ildə xalqdan toplanan pullar hesabına Xıllıda birmərtəbəli dövlət binası tikildi və köhnə məktəb buraya köçdü. Məktəbdə milliyəti rus olmaqla 2 müəllim işləyirdi. 1917/18-ci tədris ilindən başlayaraq, məktəb ana dilində ibtidai məktəb kimi fəaliyyət göstərməyə başladı. Xıllı məktəbinin direktoru Qori müəllimlər seminariyasını bitirmiş Axundov Əbülhəsən olmuşdu. Axundov Mirzə Əbülhəsən və oğlu Qulam Axundov Muğanda ilk tarix elmləri namizədi olmuşlar. Rayonda ikinci açılan 1912-ci ildə cəmi 8 otaqdan ibarət ikimərtəbəli məktəb Novo-Vasilyevka kəndində olmuşdur. Məktəbin birinci mərtəbəsi sinif otaqları, ikinci mərtəbəsi isə yaşayış otaqları olmuşdur. 1912-22-ci illərdə məktəb ancaq rus məktəbi kimi fəaliyyət göstərmişdi. Yalnız 1922-ci ildə məktəbə azərbaycanlı uşaqlar da qəbul edilir. 1916-ci ildə Z.O.Qoltuq beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub. 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib. 1926-27-ci ildə Xıllıda kiçik aqronom ixtisası verən 3 illik orta məktəb (kəndli-gənclər məktəbi) açdılar. Belə məktəb həmin illərdə respublikada iki yerdə açılmışdı. İkinci məktəb Göyçayda idi. Bu məktəbə qonşu Saatlı, Sabirabad və s. rayonlardan da uşaqlar göndərirdilər. Məktəb pansionat tipli idi. Bu məktəb 1930-cu ilə kimi fəaliyyət göstərmişdir. 1940-cı ilin fevralın 11-də Neftçala rayon kimi yaranandan sonra Xalq maarif şöbəsi yaradılmış və onun inzibati binası Bankə qəsəbəsində yerləşmişdir. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilib. Bəziləri isə əsaslı təmir olunmuşdur. Son 6 ildə Neftçalada 4 yeni məktəb, Mayak-1, Mayak-2, Kür Qarabucaq, Xanqışlağı kəndlərində yeni məktəb binaları, 4 saylı məktəbdə 4 əlavə sinif otağı, Yenikənd Körpələr evi-uşaq bağçası tikilmişdir. Rayonda 53 ümumtəhsil məktəbi, 15 məktəbəqədər tərbiyə müəssisəsi, peşə məktəbi, 67 kitabxana, şahmat məktəbi, musiqi məktəbi var.
Neftçalada təhsil rəqəmlərlə:
Orta ümumtəhsil məktəbləri - 28
Əsas ümumtəhsil məktəbləri - 15
İnternat məktəbləri - 1
İbtidai ümumtəhsil məktəbləri - 8
Peşə məktəbləri - 1
Məktəbdənkənar müəssisə - 5
Məktəbəqədər tərbiyə müəssisəsi - 15
Rayon üzrə sinif komplektlərinin sayı - 773
Şagirdlərin sayı - 13127
Kitabxanalar - 67
Mədəniyyət və səhiyyə müəssisələri
Rayonda 750 yerlik şəhər Mədəniyyət sarayı, Tarix-Diyarşünaslıq muzeyi, Bankə qəsəbəsində XIX əsrə məxsus balıq kombinatının inzibati binası yerləşir. Rayonda 35 klub, tarix-diyarşünaslıq muzeyi, dövlət rəsm qalereyası, musiqi məktəbi, mərkəzi xəstəxana, kənd və qəsəbə xəstəxanaları, tarixi-memarlıq abidələri, çoxlu sayda məscid var. Rayonda ümumi 670 çarpayılıq 7 xəstəxana fəaliyyət göstərir. Neftçala Rayon Səhiyyəsinin tərkibində 345 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, digər qəsəbə və kəndlərində kiçik həcmli xəstəxana, həkim Ambulatoriyası və Feldşer Mama Məntəqələri fəaliyyət göstərir. Rayon üzrə orta tibb işçilərinin ümumi sayı 466 nəfərdir.
Balakən rayonu..
İqtisadi rayon: Şəki-Zaqatala
Ərazi: 920 km²
Əhali: 87365 nəfər
Əhali sıxlığı: 92 nəfər/km²
Nəqliyyat vas. kodu: 08
Telefon kodu: 119
Poçt kodu (Mərkəzi PŞ): AZ 0800
Yaşayış məntəqələrinin sayı: 58
İcra başçısı: Asif Məmmədov
Tarixi
Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi
məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar. XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir. Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar. XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan və Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunmuşdur.
Balakən Çar Rusiyası dövründə
1783-cü ildə bağlanmış Georgiyevsk Rusiya-Gürcüstan müqavilələrindən sonra Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycan xanlıqları ilə müharibəyə başlayır. Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükəsizliyini təmin edirdi. Ona görə də Rusiya Gürcüstandan Azərbaycana keçən yolun başlanğıcında yerləşən Balakəndən asanlıqla əl çəkmək fikrində deyildi. 1803-cü ildə rus qoşunları Alazan (Qanıx) çayını keçib Balakən yaxınlığında baş verən qanlı döyüşlərdə yerli əhalinin müqavimətini qırır və ərazidə yerləşirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general P. D. Sisiyanov Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: "Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kampaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır". Lakin bu bölgənin - Car-Balakənin tabeçiliyi zahiri idi. 1804-cü ildə Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya jandarmının şefi), Vorontsovu (Qafqazın gələcək canişini), general-mayor Orbelianini və başqa zabitləri ölümdən xilas edir. XIX əsrin 50-ci illərində müridizmin təsiri və yerli əhalinin ruslara qarşı çıxışları daha da güclənir. 1853-cü ilin avqustunda dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq Kaxetiyaya girmək və türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur. Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində yüksək rus zabiti və keşiş öldürülür. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar. Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə - kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəyib sonradan onların torpaqlarına yiyələnməklə və digər üsullarla yardım göstərirlər. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpaqlarını yalnız onlara satmaq məcburiyyəti qarşısında qalırdılar. XIX əsrin sonuna doğru sələmçi tacirlərin istismarçı iqtisadi siyasəti kəndlilərin ciddi narazılığına səbəb olur. Müsəlmanların qəzəbinə gələ biləcəklərindən qorxan ermənilər buna qarşı hazırlıq görürlər. Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur. Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaçaqçılıq hərakatının vüsət almasına gətirib çıxarır. Yerli qaçaqların əksəriyyəti çarizmin idarə orqanlarının özbaşınalıqlarına, rüşvətxorluğa və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırlar. Beləcə Balakən I Dünya Müharibəsinə qədər rus imperiyasının müstəmləkəçilik siyasətinə qarşı etiraz və üsyanlarla dolu ağrı-acılı, qanlı bir tarix yaşayır.
Balakən SSRİ dövründə
1918-ci il may ayının 28-də Azərbaycanın istiqlalının elan olunması xəbəri Balakənə yetişəndə əhali bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşılayır. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi. Belə bir çətin vəziyyətdə doğulduğu torpağın təşəbbüsünü çəkən öz dövrünün qabaqcıl və ziyalı adamları pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar
Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Demokratik Respublikasının yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar. II Dünya Müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı dövlətin orden və medalları ilə təltif edildi. Müharibədən sonrakı bərpa illərində balakənlilərin əmək cəbhəsində qazandığı uğurlar da böyük olmuşdur. Maraqlı faktdır ki, Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Keçən əsrin 70-80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi. Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilərin təqsiri nəticəsində başlanan Qarabağ müharibəsi zamanı da balakənlilər etiraz səslərini ucaldıb, öz oğullarını xəyanətkar ermənilərlə vuruşmaq üçün cəbhəyə yola saldılar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə 151 nəfər balakənli şəhid, 90 nəfər əlil olmuşdur.
Balakən müasir dövrdə
Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991-1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.
Coğrafi mövqeyi
Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.
Təbiəti
Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.
Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.
Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.
Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.
Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.
İqlimi
Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur.
Yanvar ayında orta temperatur - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.
Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.
Əhalisi
Balakən rayonunun 57 yaşayış məntəqəsində 83,7 min əhali yaşayır. Rayon etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və Qafqaz avarlarından ibarətdir. Etnik azlıqlar içərisində Qafqaz avarları üstünlük təşkil edir. Rayonda avarlardan başqa ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar da yaşayır. 1999-cu ilin 27 yanvar-4 fevral tarixləri arasında Azərbaycanda aparılmış siyahıya almanın yekunlarına əsasən Balakən rayonunun 83,732 nəfər əhalisinin 67,68%-ni azərbaycanlılar , 29,16%-ni Qafqaz avarları, 2,07%-ni gürcülər (ingiloylar), 0,28%-ni ruslar, 0,26%-ni ləzgilər, 0,05%-ni məshəti türkləri, 0,05%-ni tatarlar, 0,04%-ni ukraynalılar, 0,4%-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Ümumiyyətlə rayonda 27 xalqın nümayəndəsi yaşayır .Rayonda yaşayan 83,732 nəfər əhalinin 10598 nəfəri (11,9%) şəhər, 77744 nəfəri(88,1%) isə kənd əhalisidir. Rayon əhalisinin 42581 nəfərini (48,2%) kişilər, 45761 nəfərini (51,8%) qadınlar təşkil edir. Əhalinin sıxlığı: km2-ə 94,39 nəfər düşür.
Əhalinin ümumi sayda 34,3 %-i 0-14 yaşda, 56,7 %-i 15-64 yaşda, 9 %-i isə 65 və yuxarı yaşdan olanlardır. Doğulanların sayı 498, ölənlərin sayı 346, təbii artım 152.
Qarabağ müharibəsi əlillərinin sayı 94, şəhid ailələrinin sayı 151, məcburi köçkünlərin sayı 265, qaçqınların sayı 138 nəfərdir.
Görkəmli şəxsləri
Dibir Ramazanov
Əli Ansuxski
Əhməd bəy Dibirov — çar ordusunun polkovniki.
Danel bəy Qallacov
Həsənağa bəy Katexli
Bəşir bəy Qallacov
Akif Məmmədli
Füzuli Hüseynov
Osman Gündüz
Hacı Heydərov
Həqiqət Hacıyeva
İsa Zeynal oğlu Hüseynov
Laləzar Mustafayeva
Mustafa Mustafayev
Münəvvər Kantayeva
Qeybulla Qeybullayev
Qurban Əhmədov
Rəbiyyət Aslanova
Rüfət Əhmədzadə
Telman Adıgözəlov
Tofiq Baharov
Yaqub Mahmudov
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 35-i orta, 10-u əsas, 4-ü ibtidaidir. Balakən rayonunda İnternat əsas məktəbi və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir. 2007–2008-ci il tədris ilində ümumtəhsil məkəblərində 14878 nəfər uşaq və gəncin təlim və tərbiyəsi ilə 1858 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1330 nəfər uşağın tərbiyəsi ilə 170 nəfər tərbiyəçi məşğul olmuşdur. 5 məkətəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Uşaq Texniki Yaradıcılıq Mərkəzində, Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbində, Uşaq Gənclər İdman məktəbində 300 dərnəyə 4262 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 176 nəfər müəllim və dərnək rəhbəri çalışır. Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir.
Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 41 məktəbdə azərbaycan dilində, 3-də rus dilində, 4-də azərbaycan və rus dillərində, 1-də azərbaycan və gürcü dillərində keçirilir. Məktəblərin əksəriyyətinin zəngin tədris bazası vardır. Texniki və humanitar təmayüllü liseydə müasir tipli kompüterləri olan kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə Azərbaycanın ən qabaqcıl tədris müəssisələrindəndir. Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Ümumiyyətlə, rayon üzrə 2007-ci il XI sinifi bitirən 1106 məzunun 151 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müvəffəq olaraq ali məktəblərə qəbul olmuşldur.
2007-ci il ildə 600 şağird yerlik şəhər 3 saylı orta məktəbinin, 120 şağird yerlik Beretbinə əsas məktəbinin, 200 şağird yerlik 10 sinif otağı Qazma-2 saylı kənd orta məktəbinin, 480 yerlik İtitala kənd orta məktəbinin, 240 yerlik Katex-3 saylı kənd orta məktəbinin, 120 şağird yerlik Roçəhməd əsas məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş, 800 şagird yerlik Nəsimi adına şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təmin edilmişdir.
Hal-hazırda rayonun məktəblərində 24 kompüter kabineti quraşdırılmışdır. Rayonun 39 məktəbində 384 ədəd müasir kompüter dəsti var.
Uşaq Yaradıcılıq Mərkəzi
Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Müəssisədə "Bədii qiraət", "Təbiəti mühafizə", "Toxuculuq", "Evdarlıq", "Musiqi sevərlər", "Dilçilik", "Kağız əl işləri", "Dərzi", "Biçmə-tikmə" dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir.
Uşaq Texniki Yaradıcılıq Mərkəzi
Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 63 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 19 adda dərnəyə ("Bacarıqlı əllər", "Texniki ekologiya", "Radio texnika", "Radiotexniki konstruktivləşdirmə", "İnformatika və EHM", "Əyləncəli fizika", "Gənc dizayner", "Texniki estetika", "İbtidai texniki modelləşdirmə", "Gənc konstruktor", "Avtomodel", "Tikişin texnologiyası", "Kinomexanika", "Radiorabitə", "Kartinq", "Foto", "Radiomexanika", "Elektrotexnika", "Kimya texnologiya") 945 məktəbli cəlb olunmuşdur.
Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər.
среда, 29 февраля 2012 г.
Azərbaycan musiqisinin açarı - Muğam
понедельник, 27 февраля 2012 г.
Подписаться на:
Сообщения (Atom)



