Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm döləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın,tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni qərb dənizi. Venesiya Respublikasının 1474-1477-çi illərdə İrandakı səfiri A.Kontarini onu Bakı dənizi adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbayçanda-Xəzər (Xəzərlər- V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Tərkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, məxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.
воскресенье, 6 января 2013 г.
Etimologiyası

Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий