воскресенье, 19 февраля 2012 г.
Azərbaycanda teatr sənəti
Azərbaycanda teatr sənəti — Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri.
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri
müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.Bununla professional Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət
teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır.Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.ürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.
Azərbaycan Dövlət Rus Dram Teatrı
Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilmişdir. Teatrın 125-illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov ,Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov (rejissor), Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsüm Sənani, Rza Təhmasib (aktyor və rejissor) Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
M.F.Axundovun, N.B.Vəzirovun, Ə.B.Haqverdiyevin, N. .Nərimanovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, İ.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yucin O Nilin, B. Nuşiçin, M.Sebastianın, H.Heynenin, Volterin, A.Ostrovskinin, A.Puşkinin, M.Lermontovun, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərinin repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, Dövlət Statusu aldıqdan sonra, Moskvada (1930, 1948, 1959, 1974, 1996), Sankt-Peterburqda (1930), Kazanda (1930), İrəvanda (1926, 1927, 1954, 1957), Tiflisdə (1960, 1984), Daşkənddə (1934, 1951), Aşqabadda (1934), Türkiyədə (1990,1992), Kiprdə (1992), Almaniyada (1992) qastrollarda olub. AMDT-nin 50 ( 1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilib. "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, "Antoni və Kleopatra" (Şekspir), "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev), "Şəhərin yay günləri"(Anar) və "İblis" (Cavid) tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий