суббота, 29 декабря 2012 г.

Araz cayi

Araz Kürün ən böyük qoludur. Ermənistan və Azərbaycan ərazisindən axır. Uzunluğu 1072 km, hövzəsinin sahəsi 101,9 min kvadrat km-dir. Başlanğıcını Türkiyədə, Bingildağ silsiləsinin şimal yamacından (2990 m) alır. Axura qolu qovuşandan sonra Araz Bəhramtəpə su qovşağının yaxınlığınadək təqribən 600 km məsafədə Ermənistan və Azərbaycanın Türkiyə və İranla dövlət sərhədini təşkil edir. Sabirabad şəhəri yaxınlığıda Kürlə birləşir. Suyunun çoxluğuna görə Zaqafqaziyada ikinci çaydır. 

Araz relyef və axım xususiyyətlərinə görə iki hissəyə ( dağlıq və ovalıq) arılıq.Türkiyə ərazisində Araz tipik dağ çayıdır.Axuryanın mənsəbi ilə Araz su qovşağı arasında ararat düzənliyindən,Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərinin cənubundan axır. Bu hissədən çayın sürəti nisbətən azalır.Burada Araza soldan Sevcur, Razdan, Arpaçay, Naxçıvan və s., sağdan Qarasu, Maku və sağ qollar birləşir.Naxçıvan çayının mənsəbinədək Araz çox yerdə kanyonvarı dərələrlə axır; coşqun və astanalıdır. Bu hissədə Araz soldan Əlincə, Ordubad, Mehri, Oxçu və s., sağdan Qotur ,Qırsı və sol qolları qəbul edir.Həkəri çayının mənsəbindən sonra Araz tədricən düzənliyə və Kür-Araz ovalığına çıxır; yatağı meandr vəzyyəti alır.Həkəri çayının mənsəbindən aşağıda Araza soldan Quruçay, Köndələnçay və s., sağdan Selin, Qarasu və sol qollar birləşir. Arazın Bəhramtəpə su qovşağından mənsəbinədək axdığı hissədə qolu yoxdur.Çayın dağlıq sahədəki fəal eroziya prosesi ovalığda akkumulyasiyai əvəz olunur.Araz qarışıq mənbədən qidalanır.Axımının 44%-ini sular,38%-ini qar suları. 18%-ini yağış suları təşkil edir.Arazın mənsəbi yaxınlığında orta illik su sərfi 279 kub m/san,axım həcmi 8,8 mlrd. kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumludur. Orta minerallaşma azsulu dövrdə 560-880 mq/l,çoxsulu dövrdə isə 260-400mq/l-dir. 

Arazın böyük suvarma və hidroenerji əhəmiyyəti var.Suyundan səmərəli istifadə etmək məqsədi ilə çayın üzərindən Bəhramtəpə su qovşağı,Sovet-İran müqaviləsinə əsasən isə Araz su qovşağı və Mil-Muğan sukötürmə qovşağı tikilmişdir.Araz gəmiçiliyə yararsızdır. 

Araz aşağı axınında yatağını tarix boyu bir neçə dəfə dəyişmişdir. Son dəfə 1896 ildə Araz daşqın nəticəsində sahil bəndini uçurmuş,suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır.Bununla əlaqədər, ərazidə bir neçə göl(Ağçala,Mahmudçala və s.) əmələ gəlmişdir.Sonralar bənd bərpa edilmiş və Arazın suyu əvvəlki yatağına qaytarılmışdır. 

Bir çox antik və orta əsr müəllifinin əsərində Araz haqqında məlumat verilmişdir.Qədim yunan və latın mənbələrində Zaqafqaziya, Parsa(Fars) və Orta Asiyada Araz adlı bir çayın adı çəkilir.

Комментариев нет:

Отправить комментарий