
Fiziki-coğrafi səciyyəsi. Xəzərin 6500-6700 km-lik (adalarla birlikdə 7000 km) sahil xəttində beş dövlət yerləşmişdir. Bu ölkələrin malik olduğu sahil xəttinin uzunluğu təqribən belədir: Azərbayçan Respublikası-955, Qazaxıstan-2320, İran İslam Respublikası-724, Rusiya Federasiyası-695, Türkmənistan-1200km.
Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizi səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya Okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.
Xəzərin su yığma hövzəsi 3,1-dən 3,5 mln. km2-ə qədərdir və bu ərazi dünya qapalı su hövzələrinin 10%-ni təşkil edərək şimaldan cənuba 2500 km uzanır, eni isə qərbdən şərqə 1000 km-ə yaxındır. Aşağıdakı 9 dövlətin ərazisi tamamilə və yaxud qismən bu hövzəyə daxildir: Azərbayçan, Qazaxıstan, Ermənistan, İran, Gürcüstan, Özbəkistan, Rusiya, Türkiyə və Türkmənistan. Su yığma hövzənin böyüklüyünə və qapalı olduğuna görə Xəzər dənizini Yer planetinin böyük ərazisinin iqlim indikatoru adlandırmaq olar.
Morfoloji quruluşu və fizki-coğrafi şəraitinə görə Xəzər dənizini üç məxtəlif hissəyə bölmək qəbul olunmuşdur: Şimali, Orta və Cənub Xəzər. Şimali və Orta Xəzər arasında şərti sərhəd kimi Çeçen adası ilə Tüb-Karaqan burnunu, Orta və Cənub Xəzəri isə Çilov adası ilə Həsən-Qulu burnunu birləşdirən xətlər qəbul olunmuşdur. Təbii sərhəd kimi Şimali Xəzəri, Tüb-Karaqan yarımadasından başlanıb Qulalı sayı və sonra da Çeçen yarımadasına uzanan dayaz (10m), Manqışlaq astanası ayırır. Orta və Cənubi Xəzəri, Abşeron və Cələkən yarımadaları arasında uzanan sualtı yüksəklik - Abşeron astanası bölür. Sahəsinə görə Şimali, Orta və Cənubi Xəzərin sahəsi dənizin ümumi sahəsinin, müvafiq olaraq, 25, 36 və 39%-nə bərabərdir. Dənizin şimal, orta və cənub hissələrinin maksimal dərinliyi müvafiq olaraq 25, 788, 1025, orta dərinlikləri isə 4,4, 192 və 345 m-dir.
Комментариев нет:
Отправить комментарий