İmam Hüseyn(Qazaxlar) məscidi.
Məscid 1801-1802-ci illərdə Qazax rayonundan köçüb gəlmiş tayfa üzvləri tərəfindən tikilmişdir. Tədricən Gəncədə məskünlaşan və özlərinin məhəllələrini salan bu məhəllədə məscidlərini də inşa etmişlər. Qazaxlar Məscidi 1886-ciildə Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildi. Məscidin bünovrəsi çay daşından,mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı,bişmiş,qırmızı kərpiç və gil məhluldan hörülmüşdür. Bütün divarların dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi,Qazaxlar Məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağinda və solunda yerləşir. Məscidin on üç ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin icəri divarı gəclə suvanıb, lakin bu divarlarda heç bir yazı və naxış ışləri yoxdur. 1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edildi. Son illərdə Azərbaycan öz müstəqilliyini qazandıqdan və islam dini həqiqi qiymətini aldıqdan sonra şəhərimizin Təbriz küçəsində yerləşən bu abidə yenidən dindarların istifadəsinə verilmişdir. Hazırda bu abidədən məscid kimi istifadə olunur.
İmamzadə ziyarətgahı.
Türbə VIII əsrdə ( Hicri təqvimi ilə 120-ci il) tikilmişdir. Həmin tarix türbədəki bir kitabənin üzərində yazılmışdır: “Odur əbədi. Bu şərəfli cənnət bağçası 120 il babasının-ona salam olsun-hicrətindən sonra vəfat etmiş, İmam Məhəmməd Bağır oğlu-ona salam olsun- Mövlana İbrahimin türbəsidir.” Hazırda dini mərasimlər keçirilməsi üçün istifadə olunur. İmamzadə türbəsi həmçinin müsalmanların mötəbər və müqəddəs bir ziyarətgah yeri kimi məşhurdur.

Комментариев нет:
Отправить комментарий