понедельник, 30 января 2012 г.

YAŞA, YAŞA ÇOX YAŞA EY ŞANLI AZERBAYCAN !!!!!

Azərbaycan Respublikası Azərbaycan Respublikası - Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyada, kiçik bir hissəsi isə Avropada yerləşən, Xəzər dənizi hövzəsi ölkəsi. Ərazi Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İranla
765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir. İqlim Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin - temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Əhali 2004-cü ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır. Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0-14 yaşda, 67 % 15-64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir. 13 - 22 aprel 2009 - cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycan Respublikasının 8,82 milyon nəfər əhalisi var . Etnik tərkibi Əhalinin son siyahıya alınmasının (27.01.1999) nəticələrinə görə ölkə əhalisinin 90.6 % Azərbaycan Türkləri, 2.2 % Ləzgilər, 1.8 % Ruslar, 1.5 % Ermənilər, 1.0 % Talışlar, 0.6 % Qafqaz Avarları, 0.5 % Axıska Türkləri, 0.4 % Tatarlar, 0.4 %Ukraynalılar, 0.2 % Saxurlar, 0.2 % Gürcülər(İngiloylar daxil olmaqla), 0.2 % Kürdlər, 0.13 % Tatlar, 0.1 % Yıhudilər, 0.05 % Udinlər, 0.12 % isə digər millətlərdir . Qeyd: Ermənilərin böyük hissəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaşayır. Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 % olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 % təşkil etmişdir. Dövlət quruluşu Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublukası -nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublukası
Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublukasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Dövlət Rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri:Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.Azərbaycan Respublikasının Dövlət Bayrağının və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir. Paytaxt Bakı Abşeron yarmadasının cənubunda,Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir. İqtisadiyyat Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM). Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. Hazırda köhnə manat əskinasları tamamilə dövriyyədən çıxarılıb. Dil Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İslam Respublikasında Cınubi Azərbaycan yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya - da, Amerika Birləşmiş Ştatları - nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə,
yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azırbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Din Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yıhudilik, Xristianlıq, Alban-udi-kilsəsı. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz mesəlman olması danılmaz faktdır. Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir. Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır. Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir. Münaqişə Dağlıq Qarabağ Erməni mənşəli əhalisini provakasiya edən erməni seperatçılarının müstəqillik tələbləri Azərbaycanla qonşu Ermənistan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 24 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da erməni tərəfin muntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qadər azərbaycanlı həlak olmuşdur. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında»Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq
Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Birləşmiş Millətlər Təkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Bununla belə 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildəTürkmənçay müqaviləsinin imzalananması ilə Azərbaycan yenə də bölünməyə məcbur qalmışdır.Bu müqavilələr Azərbaycan xalqının həyatında faciəli rol oynamışdır. Azərbaycanın şəhər və rayonları- Abşeron, Ağdaş, Ağcabədi, Ağıstafa, Ağsu , Astara, Bakı (paytaxt),Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Daşkəsən, Dəvəçi, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişlo, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, Kürdəmir, Lənkaran, Lerik, Masallı, Neftçala, Oğuz, Qəbələ, Qax, Qazax, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Samux, Şəki, Şamaxı, Şəmkir, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala,Zərdab Naxçıvan Muxtar Respublikası Babək, Cukfa, Naxçıvam, Ordubad, Sıdərək, Şahbuz, Şərur Hazırda işğal altında olan ərazilər Dağlıq Qarabağ, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan Bayramlar və xüsusi günlər Rəsmi 1Yanvar - Yeni İl 8 Mart - Beynəlxalq Qadınlar Günü 20 Mart - 21 Mart - Novruz Bayramı 28 May - Respublika günü 15 iyun - Milli Qurtuluş günü 26 İyun - Azərbaycan Silajlı Qüvvələri günü 18 Oktyabır - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü 12 Noyabr - Konstitusiya günü 17 Noyabr - Milli Dirçəliş günü 31 Dekabr -Dünya Azərbaycanlıları Həmrəyliy günü Dini Qurban Bayramı (2 gün) Ramazan Bayramı (2 gün)

Комментариев нет:

Отправить комментарий