понедельник, 30 января 2012 г.
Bir kere qalxan bayraq bir daha enmez. Onun istediyi olkemizin azadligi idi, indi qismen de olsa rahat uyuya biler mezarinda, Biz ise Butov Azerbaycan ucun caliwmaliyiq!
Tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucularından biri olan MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. Bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olan Rəsulzadə 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Növbəti il isə ilk məqaləsi “Şərqi-Rus" qəzetində çap edilib. Az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın (1904) əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı
komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa bolşevik inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilirdi.
Liberal sosialist kimi tanınan Rəsulzadə bu dövrdə həmçinin P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin kimi rus inqilabçıları ilə yaxınlaşır. Hətta Stalini öldürmək istəyən azərbaycanlı fəhlələrin əlindən “Kobanı” xilas edir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçılardan biri olmuşdur. Eyni zamanda maarifçilik sahəsində qələmini sınayan Rəsulzadə həmin dövrdə Azərbaycan Türklüyünün ideoloqları olmuş Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Füyuzat", həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuş, Azərbaycan dili və ədəbiyyatı sahəsində bir sıra əsərlər çap etdirmişdir. Azərbaycan türkçülərinin təsiri altında o, rus sosial-demokratiyasından uzaqlaşmağa başlayır.
1908-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə İrana mühacirət edir (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib. O, 1910-cu ildə İran Demokrat Partiyasını yaradır. Lakin Rusiya səfirliyinin tələbi ilə bir il sonra İrandan çıxarılır. 1911-1913-cü illərdə Türkiyədə İstanbul Türk Ocağında çalışır və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib. Burada Rəsulzadənin liberal sosialist təfəkküründən millətçi və türkçü dünyabaxışa döğru inkişaf baş verir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
1917-ci ildə Müsavat Partiyasının başqanı olub. Azərbaycanın tarixində müstəsna rol oynamış “Difai” kimi gizli milətçi partiyanın liderləri də bu dövrdə Rəsulzadənin fəaliyyətinə yüksək qiymət vermişlər. 1918-ci il may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib, Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olub. 1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
1920-ci il 27 aprel işğalından sonra həbs edilən M.Ə.Rəsulzadə sosial-demokrat hərəkatı üzrə keçmiş həmfikiri Stalin tərəfindən Moskvaya aparılıb. Bir müddət orada yaşayır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. Gizli fəaliyyətə keçmiş millətçi təşkilatların tövsiyyəsi ilə o, indiki Sankt-Peterburq gedərək, oradan tatar islamçısı Musa Cərurullah Bigiyevin köməyi ilə Finlandiyaya qaçır, daha sonra Türkiyə ərazisinə keçir.
1922-ci ildən başlayaraq, mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1923-cü ildə İstanbula qayıdır. Lakin 1931-ci ildə qonşu Rusiyanın qəzəbindən çəkinən rəsmi Ankaranın tələbi ilə Türkiyəni tərk edir. Rusiyaya düşmən mövqedə olan Polşa bütün anti-komunistlərə ağuşunu açdığı üçün oraya köçür. Burada 1931-ci ildə Polşanın baş naziri Klemens Pilsudskinin qardaşı qızı Vanda ilə ailə qurur. 1937-ci ildə sovet rejimi onun Azərbaycanda qalmış ailəsini Qazaxıstana sürgün edib, oğlu Rəsulu ölümə məhkum edir. Rəsulzadə 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. II Dünya müharibəsi dövründə Almaniyanın Şərq idarəsinin nəzdində əsir azərbaycanlılardan ibarət Azərbaycan legionlarının formalaşmasında yaxından iştirak edir. Müharibədən sonra 1947-ci ildə Ankaraya dönür. 1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradır. Həmçinin, “Amerikanın səsi” radiostansiyası ilə əməkdaşlıq edir.
Azərbaycan xalqnın azadlığı üçün mübarizə aparan tarixi şəxsiyyətlərimizdən biri, böyük bir ədəbi irsin sahibi olan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. O, Ankara Əsri qəbiristanlığında dəfn edilib.
Türk dövlətləri - Əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipir Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi - Azırbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vəTürkmənistan SSRİ-cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 157 milyondan çoxdur. dağılandan sonra (1991-ci ildə), Osmanlı İperiyasının varisi olan Türkiyə isə 1923 cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 157 milyondan çoxdur.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий