среда, 22 февраля 2012 г.

Abşeron

Tarixi. Müstəqil kənd rayonu kimi Abşeron 1963-cü ilin yanvarında yaradılmışdır. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz
və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. Tarixi abidələr Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV – XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Belə ki, Abşeron rayonunda Xırdalanda – Məşədi İmambaxış hamamı, 1904-cü ildə, Hacı Həsən ovdanı Novxanıda – XVII əsrdə Şah Sultan Hüseyn məscidi. Bir çox ziyalıları yetirmişdir. Masazırda – XV əsrdə "Xan bağı" türbəsi Məmmədlidə – "Yanar dağ" – XVIII əsrdə ovdan – ağ məscid Qobuda – 700 il əvvəl yaranmışdır, xalçaçılıq Hökməlidə – XIX əsrdə Əlimurad hamamı və xalçaçılıq Fatmayıda – XVII əsrdə Hacı Heybət məscidi, XIX əsrdə Məhəmməd Həsən hamamı, XIX əsrdə Əlibatti məscidi Digahda – XVII əsrdə Cümə məscidi, tunc dövrünə aid Kurqan gölü mövcuddur. Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində – ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur. Orta əsrlərdə Xəzər dənizininqərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında məlumat verilmişdir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdır. Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti ələ ala bilmişdilər. Belə olan şəraitdə əfşarların adı Azərbaycan toponimiyasında öz əksini tapmaya bilməz. Odur ki, Abşeron toponiminin "əfşar yaşayan yer" kimi izah olunması məntiqə daha çox uyğun gəlir.Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək, Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Goradil, Pirəkəşkül və Novxanı) vardır. Xırdalan qəsəbəsi 30-40 illərdə Binəqədi, 50-ci illərin birinci yarısında Maştağa, 50-60-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. Xırdalan 1936-cı ildə şəhər tipli qəsəbə olmuş və Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2006-cı il tarixli 149- III Q saylı Qanunun əsasında Xırdalana şəhər statusu verilmişdir. Görkəmli şəxsləri Xırdalan şəhəri: Mirəsədulla Mirqasımov — tibb elmləri doktoru, akademik. Nəbi Xəzri — Azərbaycanın xalq şairi. Saray qəsəbəsi: Vəli Axundov — akademik, dövlət xadimi. Mikayıl Ələkbərov — Sovet İttifaqı Qəhrəmanı. Qobu qəsəbəsi: Qəzənfər Xalıqov — Azərbaycanın xalq rəssamı. Novxanı kəndi: Şıxəli Qurbanov — yazıçı-dramaturq, dövlət xadimi. Mehdi Hüseynzadə — Sovet İttifaqı Qəhrəmanı. Süleyman Rüstəm — Azərbaycanın xalq şairi. Məhəmməd Əmin Rəsulzadə — Azərbaycan Demokratik Respublikasının qurucusu. Lütfi Zadə – akademik. Əzim Əzimzadə — Azərbaycanın xalq rəssamı. Aqşin Əlizadə — bəstəkar. Fatmayı kəndi: Əbülfəz Qarayev — tibb elmləri doktoru, professor. Qara Qarayev — bəstəkar. Böyükağa Mirzəzadə — Azərbaycanın xalq rəssamı. Cəlil Cavadov — kontr-admiral. Masazır kəndi: Əliağa Vahid — şair-qəzəlxan. Digah qəsəbəsi: Arif Salahov — general-mayor. Sovetlər birliyi dövründə Abşeron rayonunda zavodlar və trestlər fəaliyyət göstərmişdir. Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur. Mədəniyyət və təhsil müəssisələri Hal-hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi əhaliyə xidmət göstərir. Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 36 ümumtəhsil məktəbləri, 22 uşaq bağçaları, "uşaq gənclər"i idman məktəbi fəaliyyət göMaddi-mədəni irsi gostərir. Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd "Dəvəlik" adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır. XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsinə xidmət edir. Rayon ərazisində orta əsrlər üçün mədəni həyat tərzinin göstəricisi olan ictimai hamamların bir neçəsi qorunub saxlanılmışdır. O cümlədən, XIX əsrdə Qobuda Hacı Kazım tərəfindən, Xırdalanda Məşədi İmam Baxış tərəfindən inşa edilmiş hamamların tikililəri qalmaqdadır. Qədim Abşeron kəndlərində su ilə təminatda çox mühüm rol oynamış övdanlar Güzdək və Xırdalan yaşayış məntəqələrinin ərazisində indiyədək qalmaqdadır. Rayonun ərazisində digər tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda, Masazırda, Hökməlidə və Sarayda XIII-XVIII əsrlərə aid türbələrin və s. qalıqları mövcuddur.

Комментариев нет:

Отправить комментарий