среда, 22 февраля 2012 г.
Ağdam
Ağdam — Azərbaycanın hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonu. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Sərhəd rayonlar
Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər
Tarixi
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın örəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları
tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.
Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Qarabağ müharibəsi dövründə
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.
1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.
Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Ağdam uğrunda gedən döyüşlərdə 6.000 nəfər azərbaycanlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb.
1 yanvar, 2009-cu ilin məlumatları əsasında)
ərazi
cəmi kişi qadın
nəfər faiz nəfər faiz nəfər faiz
Ağdam rayonu 174575 100,0 80762 100,0 93813 100,0
Şəhər əhalisi 59261 33,95 26932 33,35 32329 34,46
Kənd əhalisi 115314 66,05 53830 66,65 61484 65,54
Etnik tərkibi
Ağdam rayonu : 1939-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı (Nəfər)
Azərbaycanlılar 57.654 (95,0%)
Talışlar 26 (0,1%)
Ruslar 1.636 (2,7%)
Ermənilər 736 (1,2%)
Ləzgilər 68 (0,1%)
Gürcülər 21 (0,1%)
Bütün rayon üzrə 60.663 (100%)
Ağdam rayonu : 1959-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı (Nəfər)
Azərbaycanlılar 64.933 (97,1%)
Talışlar – (-)
Ruslar 798 (1,2%)
Ermənilər 792 (1,2%)
Ləzgilər 42 (0,1%)
Gürcülər 21 (0,1%)
Bütün rayon üzrə 66.868 (100%)
Ağdam rayonu : 1970-ci il siyahıya alması
Etnik quplar əhalinin Sayı[5](Nəfər)
Azərbaycanlılar 92.028 (98,5%)
Talışlar – (-)
Ruslar 526 (0,6%)
Ermənilər 529 (0,6%)
Ləzgilər 43 (0,1%)
Gürcülər 35 (0,1%)
Bütün rayon üzrə 93.422 (100%)
Coğrafiyası
Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.İqtisadiyyatı
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Ağdamda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur. Traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları. Tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət – xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi və Ü. Hacıbəyov adına musiqi texnikumları, Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.
Futbol
Əsas məqalə: Qarabağ (futbol klubu, Ağdam)
Ağdamda futbol komandası 1951-ci ildə yaradılmışdı. Ağdamın yığma komandası Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ondan sonra Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq 2-ci yeri tutub.
1953-cü il Ağdam futbol komandası
Müxtəlif illərdə Ağdam futbolunun şərəfini bu idmançılar qorumuşlar:
Hüseyin Əhmədov (Saşa), Nizami Qurbanov, Rasim Quliyev (Xaçı), Elxan Quliyev, Allahverdi Bağırov, Adil Əsgərov, Elbrus Abbasov, Adil Nadirov, Nazim Mehdiyev, Şahin Rüstəmov, Sərdar Abbasov, Vaqif Hüseynov (Qüsü), Rasim Məmmədov (Kötük), Ramiz Şahmmədov, İsrafil Əliyev (Cırtı), Səttar Əliyev, Nizami Əliyev, Yaşar Hüseynov, Ənvər Aundov (Şeqi)Müşfiq Hüseynov(sərçə) Cəmaləddin Əliyev ,Təbriz Həsənov
Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış vətəsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.kl.m. (Güllücə- Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450-500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.
Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcəbədi rayonları ilə sərhəddində 120-130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin cəthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və6-7 metrə, 10-15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların münbütlüyün və məhsuldarlığın artırır.
Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15-16 km. Qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə qədər uzanır.Bu yerlərdə mütləq yüksəklik 600-700 metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.
Ağdam Paprəvənd kəndi
Bunlardan ən əsası Ağdərə ilə Tərnöyüt kəndləri arasında meridiana yaxın istiqamətdə 20 km. Məsafədə uzanan Şahbulaq cilsiləsidir. Silsilə təbaşir dövrünün əhəng daşlarından təşkil olunmuş və kəskin simmetrik quruluşa malikdir.Onun Cənub-Qərb yamacları dik və sıldırım, bəzi yerlərdə keçilməzdir. Şimal-Şərq yamacları uzun və nisbətən mailidir.Silsilənin su ayrıcı vaxtı ilə depudasiya prosesləri ilə hamarlanmış və sonradan tektonik hərəkətlərlə müasir yüksəkliyinə qaldırılmışdır. Səthi genişdir, qədim torpaq təbəqələri saxlayan qalın (15-20 m-rə qədər) karbonatla gillicə çöküntülərlə örtülmüşdür.
Relyefin belə olması burda zəngin biçənək və otların yayılmasına səbəb olmuşdur. Silsilənin ən yüksək yeri (820 m.) onun Şimal hissəsinə müvafik gəlir və Cənub-Şərq istiqamətində 500m. Qədər alçalır. Silsiləni Xaçın, Qabartı, Gülyataq çaylarının dərələri kəsib keçir.Dərələrin dərinliyi çayların axım əmsalına müvafiq olaraq 100-180 m. Arasında dəyişir və maksimum dərinliyə(180 m.) Xaçın çayında çatır.Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı, kəndləri yaxınlığında nisbi yüksəkliyi 10-15 metrə çatan qayalı təpələr yaradır. Silsiləni təşkil edən əhəng daşları çox keyfiyətlidir, tikinti materialı və sement istehsalında xammal kimi istifadəedilir.
Ağdam-Ağdərə şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır. Yolun ustündə karxanalar yerləşir.Şahbulaq silsiləsinin uçub dağılmış hissəsindən Cənub-Qərbədə inturiziv(maqmatik) kütlənin yaratdığı yüksəklik 913 metrdir, yamacları çox meyilli və kəskin parçalanmışdır.Dağın faydalı qazıntı(mis, polumetal)saxlaması ehtimal olunur. O, Ağdərə rayonunda yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı dağları ilə eyni zonada yerləşmişdir. Yeddixirman dağı ilə Şahbulaq silsiləsinin Çobandağ zirvəsi arasında Bozdağ yerləşmişdir. Onunda əsasını inturuziv kütlə təşkil edir və xeyli hissəsində aşınma qabığı ilə örtülmüşdür.Ağdam şəhərindən bir qədər Cənub-Qərbdə Qarqar çayı dərəsində Şahbulaq dağının geoloji əsası qövsvari əyilir, gömülür və parçalanır.
Alçaq dağlılığının və dağətəyinin burda əmələ gətirdiyi qövsün qabarıq hissəsi Cənub-Qərbə, Xankəndi çökəkliyinə doğru yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini (darvazasını) əmələ gətirmişdir. Relyefin belə quruluşu Qarabağ düzü arasında hava, rütübət və istilik mübadiləsini xeyli asanlaşdırır. Qarqar çayının sağ sahilində yerləşən Mantar (580 m.) dağı və Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin bağlarında müşahidə edilən və təbaşir əhəng daşından təşkil oıunmuşnisbi yüksəkliyi 5-15 m. Arasında dəyişən təpələr Şahbulaq silsiləsinin geoloji davamında yerləşmişdir.
Bu təpələr sırası Mərzili kəndindən Cənubda yerləşən Qızılqaya tirəsi istiqamətinə yönəlmişdir. Mərzilidən Cənub-Şərqdə Ağdam Xocavənd yolu üstündə tabaşirin mergellərindən təşkil olunmuş və mütləq yüksəkliyi 416 m.-ə çatan Pirəbulaq tirəsi uzanır.Bu tirədən Şimalda mütləq hündürlüyü 100-150 m. Arasında dəyişən Ergi maili düzü yerləşmişdir. Düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntülərilə örtülmüş və yarğan, qobu şəbəkəsi ilə zəif parçalanmışdır. Düzənlik qış otlaqları kimi istifadə olunur. Yetmişinci illərdən başlayaraq bura su çıxarılması ilə əlaqədar əkinçilik, xüsusilə, yem bitkiçiliyi inkişaf etdirilir. Cənub istiqamətində yatağını dəyişən Qarqar çayı vastəsilə yuyulmağa məruz qalmışdır. Yuyulma nəticəsində çay yatağının sağ yaxasında 3-5 m. hündürlükdə ərazi kəsimi yaranmışdır.
Ağdam rayonu ərazisində Qarqar, Xaçın, Qabartı, Gülyataq çayları düzənliyə çıxan yerdə gətirdikləri çığıldaşlı-gillicəli-alluviy və prolyuviy çöküntülərini çökdürərək öz gətirmə konuslarını yaradır. Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır. Gətirmə konusu Qaradağlı, Mahrızlı və Zəngişalı kəndləri yaxınlığında 240-260 m. mütləq yüksəklikdə relyefdə yaxşı müşahidə edilən pillə ilə qurtarır. Zəngin yeraltı su ehtiyatı olan gətirmə konusundakı kəhriz lər bu pillədə səthə çıxardılır.
Ağdam Gülablı kəndi (işğaldan əvvəl)
Bu pillədə Şimal-Şərqdə marfaloji cəhətdən relyefdə zəif təşəkkül tapan ikinci gətirmə konusu yerləşir və Quzanlı, Kələbədi kəndləri yaxınlığında Qarabağ kanalına çatar-çatmaz alçaq pillə ilə qurtarır. Birinci gətirmə konusu formalaşarkən Qarqar çayı bir neçə qol axmışdı. Onların izləri Ağdam və Ağcəbədi rayon ərazisində indidə müşahidə edilir (Narrı dərə, Qobu, Sarcalı, Hüsülü, Kəhrizli). Dağətəyi, düzənlik və gətirmə konusu qalxdıqca Qarqar çayının axını indiki yatağında cəmləşmişdir.
Çayın yatağının bu istiqamətdə yerini dəyişməsi Qarqar çay dərininə tektonikyarığı ilə mürəkkəbləşən Hindarx basdırılmış köndələn sinkilinalının əyilməsi ilə əlaqədar olmuşdur. Gətirmə konusu səthində Qarqar çayı və onun qollarının dərinliyi 10-15 m. və 6-7 m. arasında dəyişən erroziya kəsimləri əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1-3 m.-ə qədər azalır. Xaçın çayı da Ağdam rayonu ərazisində gətirmə konusları yaradır. Birinci konusun zirvəsi Qızıl Kəngərli ətəkləri ilə Baş Qərvənd kəndləri yaxınlığında yerləşmişdir. Sahəsi 30 kv.m. qədərdir.
Xaçın çayının müasir yatağı gətirmə konusu ərazisində 10-15 m. aşağılarda isə 5-6 m. və 2-3 m. dərinlikdəerrozion kəsimlər əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1-3 m. qədər azalır. Çay özünün qədim gətirmə konusunu formalaşdırdıqdan sonra Mirəşelli, Xındırıstan və Çəmənli kəndləri istiqamətində Cənub-Şərqə axmış, özünün və qarqar çayının gətirmə konuslarını yuyaraq errozion pillə yaratmışdır. Daha sonra Xaçın çayı Baş Qərvənd gömülmüş antiklinalının qalxmasının fəallaşması ilə əlaqədar olaraq Şimal-Qərb istiqamətində meyl edərək özünə yeni yataq yaratmışdır. Baş Qərvənd kəndi ilə Sultanbud kurqanı arasındaçayın yatağı çox genişlənir və burda gərgin akkumulyasiya gedir.
Ağdam Mantar dağı (ermni işğalından sonra)
Yataq çaqıldaşların, qumun, gillicənin yığılması nəticəsində çox dayazlaşır və daşqın zamanı Hüseyinli, Soğanverdilər kəndləri yaxınlığında daşqın sularının bir hissəsi yataqdan çıxaraq Şimal istiqamətində axır və özünə yataq əmələ gətirir. Sultanbuddan aşağıda çay 3-5 m.-ə qədər dərininə kəsilir və cavan alçaq tepras pilləri yaradır. Xaçın çayının ən qədim gətirmə konusu Şimal-Qərbdə Qabartı, Paprəvənd və başqa çayların gətirmə konusları ilə birləşərək Şahbulaq silsiləsinin Şimal-Şərq ətəklərində vahid dalğavari prolyuvial düzənlik törədir.
Bu çayların gətirmə konusları 240 m. mütləq hündürlüyündə qurtarır və burda Nəmirli, Seysulan, Qaynax, Azadqaraqoyunlu, Qapanlı kəndləri yaxınlığında düzənlik təşkil edən, Xaçın və Tərtər çaylarının gətirmə konusları arasında yerləşən çox az meyilli, bəzi yerlərdə bataqlaşmış, səthi parçalanmamış konusarası çökəklik təşkil edir. Bu sahədə Qabartı, Gülyataq çaylarının yataqları yoxdur(axımın çox müvəqqəti olması ilə əlaqədar). Ona görədə çayların hövzələrində uzun müddətli leysan yağışları olarkən böyük daşqınlar olur və bütün düzənlikləri basaraq böyük təlafat verir. Belə daşqınlar 1963-cü ildə müşahidə edilmiş və düzənlikdə bütün torpaqları, tarlaları yuyub aparmışdır. Ağdam rayonunun ərazisi quru subtropik iqlim zonasında yerləşmişdir.
Burada əsasən, qışda quru keçən mülayim-isti iqlim tipi hakimdir. Buiqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayınin isə mülayim-isti keçməsi ilə səciyələnir.Günəş parıltısının illik miqdarı 2300 saat, ümumi radiasiya122.5 kkal/sm kv, radiasiya balansı isə 47.1 kkal/cm kv-dır. Havanın orta illik tempraturu 13.1 dərəcəyə çatır. Qış mülayimdir, ən soyuq ay (yanvar) tempraturu +1.8 dərəcə ilə -0.2 dərəcə, ən isti ayı (iyul) orta tempraturu isə + 23-26 dərəcəarasında dəyişir.Yay aylarında bəzən havanın orta illik mütləq minumum tempraturu -10 dərəcə olub, il ərzində +8 dərəcə ilə +15 dərəcə arasında dəyişir.
Bəzən havanın mütləq minumum tempraturu -17 dərəcədən aşağı düşür. İl ərzində torpaq səthinin orta aylıq tempraturu1-31 dərəcə arasında dəyişir. Havanın 5 dərəcədən yüksək olan tempraturunun illik miqdarı 4500-4600 dərəcə, 10 dərəcədən yüksək – 4100-4200 dərəcədir. Birinci payız şaxtası noyabr ayının üçüncü ongünlüyünə, axırıncı yaz şaxtası martın üçüncü ongünlüyünə düşür.Havanın orta illik nisbi rütubəti 69% olub, il ərzində 50-80% arasında dəyişir. İllik yağıntının miqdarı 400-500 mm.-dir. Yağıntılar çox bitkilərin vegetasiya dövrünə düşür. Lakin səth örtüyündən ildə 800-900 mm. Mümkün buxarlanma gedir.
Küləyin orta illik sürəti 1.8m/san-dən çox olmayıb, əsasən Qərb və Şərq istiqamətində əsir. Güclü küləklərin (15 m. san-dən cox) illik sayı bir gündür. Ağ yelli günlərin sayı 20-25 çatır. Qarla torpağın örtülü günlərinin illik miqdarı10-15 gündən çox olmur. İl ərzində cəmi 1-2 gün dolu düşür. Ərazi üzrə və il ərzində bu göstəricilər başqa rayonlarda olduğu kimi müvafik dəyişikliklərə uğrayır. Ağdam rayonu ərazisi hər kv. km. Sahədə 5-1 lit. san axımı olan az axımlı zonada yerləşir. Burada çay şəbəkəsinin sıxlığı 0.1-0.4 am/km. arasında dəyişir. İllik axım hər bir kv. km.-dən 2-5 lit/san; maksimum axım 25-50 lit/san; minimal axım isə 0.5-1 lit/san. bərabərdir.Rayon ərazisində çaylar tranzit xarekter daşıyır.
Öz axımlarını bütünlüklə Qarabağ silsiləsində və onun yamaclarında toplayır, Ağdam rayon ərazisində isə suvarmaya, filtirasiyaya və buxarlanmaya sərf olunur, heç bir qol qəbul etmir.Çaylar əksərən az suludur, ilin isti yarısında vegitasiya vaxtı quruyur.Rayonun nisbətən iri çayları Qarqar, Xaçın və Qabartı çaylarıdır. Qarqar çayının orta illik su sərfi 3.31m kub/san, orta illik axımı isə104.4 mln. kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu axım kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr, 0.2 kub met/san və 6.3 mln. kub metrdir.
Ağdam (erməni işğalından sonra)
Çay şəbəkəsinin sıxlığı və onların su əmsalı göstərir ki, rayonun su ehtiyyatlarına və onlardan səmərəli istifadə edilməsinə böyük ehtiyac var.
Ona görə də çayların hər birinin üzərində su anbarının tikilməsi zəruridir. Hazırda rayon ərazisində yalnız bir su anbarı var-Xaçın çayı üzərində Dərbənd su anbarı. Ağdam rayonuna Tərtər çayı üzərindəki Sərsəng su anbarından da su gətirilir. Lakin bunlar rayonun suya təlabatını tam ödəyə bilmir.
Rayon ərazisində relyef, iqlim və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq şabalıdı torpaqların müxtəlif növləri, dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Qəhvəyi torpaqlar rayonun alçaq dağlıq və dağ ətəyi hissəsində, seyrək meşə və kolluqlar qırılmış və torpaqlar bozqırılaşmaya məruz qalmışdır. Düzənliklərin dağətəyi hissəsində tünd şabalıdı, ondan aşağıda isə şabalıdı və açıq şabalıdı torpaqlar yayılmışdır.
Rayonun Ağcəbədi və Bərdə rayonları ilə sərhəddə yaxın yerlərində boz torpaqlara rast gəlinir. Ağdam rayonu ərazisində təbii landalar demək olar ki, bütünlüklə antrapogen landalarla əvəz edilmişdir. Burda taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan, və seyrək meşələrdən ibarət olmuşdur. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1.7 min hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınmışdır.
Heyvanat aləmi əhalinin sıxlığı və insannın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır.Burada heyvanlardan çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə, quşlardan kəkliyə, çilə, turaca və s. rast gəlinir. Rayon ərazisində faydalı qazıntılardan əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.
Tarixi və memarlıq abidələri
Ağdam rayonunda ermənilər tərəfindən dağıdılmış Azərbaycan qəbirsanlığı
Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.
Ağdamdakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir.
Ağdam Çörək muzeyi (ermni işğalından sonra)
[redaktə]Ağdamın yaşayış əraziləri üzrə abidələri
Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində)
Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)
Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də)
Kurqan – tunc dövrü (Üzümçülük sovxozu)
İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi)
Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)
Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi)
Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə)
Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında)
Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə)
Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)
Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində)
Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında)
İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi)
Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi)
Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə)
Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında)
Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində)
Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində)
Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi)
Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində)
Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə)
Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)
Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi)
Nekropol – orta əsrlər (Kənçərli kəndi)
Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi)
Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə)
Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə)
Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)
Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi)
Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi)
Nekropol – qədim dövr (Seyidli kəndi)
Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)
Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)
Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində)
Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində)
Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi)
Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)
Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə)
Sarıhacılı tayı yaşayış yeri – tunc dövrü (Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)
Ağtəpə yaşayış yeri – tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
Çəmənli təpə kurqanı – eneloit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
Seyid Mustafa yaşayış yeri – eneloit (Bala Baharlı kəndindən 2 km. qərbdə)
Yaşayış yeri – e.ə.V-I minilliklər (Baharlı kəndi)
Yaşayış yeri – qədim dövr (Əhmədavar kəndi)
Qəhramanbəyli kurqanı – tunc dövrü (Qəhramanbəyli kəndi)
I və II Qoşatəpə yaşayış yeri – eneloit dövrü (Əhmədağalı kəndi)
Əhmədoğlu yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
Məscidtəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
Əzginlitəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
Vəlibəy təpələri (4 ədəd ) – eneloit, tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə)
Yaşayış yeri – qədim dövr (Poladlı kəndi)
Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi)
Çinartəpə yaşayış yeri – tunc dövrü (Qarqarçayın sol sahilində )
Yaşayış yeri – e.ə. V-I minilliklər (Evoğlu kəndi )
Qaradağlı kurqanları – tunc dövrü (Qaradağlı kəndinin qərbində )
Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)
Xırmantəpə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
Hüseyntəpə kurqanları – ilk tunc dövrü (Çuxurməhlə kəndinin qərbində)
Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda)
Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində)
Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)
Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında)
Karvansara təpə və Çaparyeri yaşayış yeri – ilk orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)
Yüzbaşlı təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndi)
Ağabəy təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndinin şımalında)
Abdüləzim təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)
Şükürbəyli təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə)
Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində)
Bəşirtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndi)
Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi)
Kərimtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndinin şımal-şərqində)
Qəbirstan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)
I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi)
Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü (Üçoğlan kəndi)
Güllütəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə)
Kazımtəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndinin qərbində)
Sayadtəpə kurqanı – tunc dövrü (Səfərli kəndinin qərbində)
Səfərli təpələri yaşayış yeri – eneloit (Səfərlı kəndi)
Leyla təpəsi II yaşayış yeri – eneloit (Eyvazlı kəndi)
Nəsirbəy təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən cənub-qərbdə)
Kərimtəpə yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)
Əhəd təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)
Düyü təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə)
Nazdıxan təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)
Çullutəpə kurqanı – tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)
Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə)
Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)
Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri)
Pənah xanın türbəsi – XVIII əsr (Ağdam şəhəri)
Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri)
Türbə – XIX əsr (Ağdam şəhəri)
Sərdabə – XV əsr (Ağdam şəhəri)
Körpü – XIV əsr (Madaqiz kəndi)
Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)
Məscid – 1868-ci il (Ağdam şəhəri)
Məbəd – VI-VIII əsrlər (Şahbulaq kəndi )
Məbəd – VI əsr (Kəngərli kəndi)
Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında)
Türbə – XVIII əsr (Papravənd kəndi)
Məscid – XVIII əsr (Papravənd kəndi)
İqamətgah – XVIII əsr (Şahbulaq kəndi)
Karvansaray – XVIII əsr (Şahbulaq kəndi)
Bürc – XVIII əsr (Şahbulaq kəndi)
Məbəd – XV əsr (Maqsudlu kəndi)
Türbə – XVIII əsr (Maqsudlu kəndi)
Məscid – XVIII əsr (Qiyaslı kəndi)
Məbəd – XVI əsr (Salahlı Kəngərli kəndi)
Məscid – XIX əsr (Boyəhmədli kəndi)
Türbə – XIV əsr (Kəngərli kəndi)
Türbə – XIX əsr (Ağdam şəhəri)
Uğurlu bəyin türbəsi – XIX əsr (Ağdam şəhəri)
Türbə – XIX əsr Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbirsanlığında)
Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri)
Qəbiristanlıq – orta əsrlər (Papravənd kəndi)
Qəbiristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi)
Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi )
Qulu Musa oğlu türbəsi – 1314–cü il (Türbətli kəndi)
Üzərliktəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий