воскресенье, 19 февраля 2012 г.

Azərbaycanda turizm

Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Heradotun, Ptolomey və
Strabonun adlarını çəkə bilərik.Azərbaycan hələ qədim dövrlərdə BİY üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə BİY – nun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, dahi filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir. Strabon yazdığına görə hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. BİY trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.Hələ qədim zamanlardan marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, BİY ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – Qəbələ, Şamaxı və Bərdə şəhərlərində aparılan çoxillik iri miqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan – Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ – Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı – Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi.İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.Böyük coğrafi kəşflərdən XIX əsrin sonlarına qədər olan mərhələ Rusiyadan İrana və Hindistana gedən dəniz və qurur yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa – Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb oldu, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hal hazırda bunlardan Multanı (XII – XIV), Buxara (XIV – XVI), Fars, Ləzgi və s. Bizim günlərə gəlib çıxmışlar.Müxtəlif döğvrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrocco Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov) səyahətnamələrində olan qeydlər xalqımızın hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir.XIX əsrin sonu XX əsrin ortalarına qədər olan kütləvi turizm mərhələsi XIX əsrin sonlarında XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq, onlar mehmanxana kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm – ekskuriya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur.
Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908 – ci ilə aid etmək olar. Belə ki, 1908 – ci ildə Krım – Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əısrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskarıl cəmiyyətlər ( coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəiyyəti və b.) diqqət yetirməyə başladılar.XIX əsrin sonlarından sonrakı mərhələ1929 – cu ildən başlayaraq RTC ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilmişməyə, müxtəlif şəhərlərdə o cümlədən Bakıda onun şöpbıləri yaranmağa başlamışdır. RTC 1929 – cu ildə "Proletar Turizm Cəmiyyəti" (PTC) adlanırdı. Onun əsas vəzifələri – zəhmetkəıeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkatr forması vermək, diyarşünaslıq elementlərinin turizmə təqbiq olunması və s. idi. Proletar turizm cəmiyyətinin əsas məqsədi isə turizmin tətbiq olunmçası kütləvi hərəkata çevrimək, zəhmetkeçşlərin müxtəlif təbəqələrini (əsasən az təminatləı) əhatə etmək, turizmdən onlarlın siyasi və mədəni səviyyəsininin artmaslına vasitəsi kimi istufadə etmək olmuşdu. PTC – in vəzifələri ölkədə sosializm quruculuğunun məqsədləri ilə tam uyğun idi. Ona görə də 1930 – cu ilin mart ayında SSRİ – Xalq Komissarlığı Sovtur səhmdar cəmiyyəti Proletar CT – nin birləşdirilməsi haqqında qərar qəbul etdi və Ümumdünya Könüllü Proletar turizm və ekskursiyaçılar cəmiyyəti (PTEC) yaradıldı. 1922 – ci ildə Bakıda ilk ekskursiyaçı dərnəkləri yaradıldı. Ekskurisyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə – Mərdəkan, Şüvəlan, Buzovna, Türkan , Zığ, Artyom adası və Şıx zolağına istuiraht çməqsədli eksursiyaçılar təşkil olunurdu. 1927 – ci ildə 450 esksurisya gəzintisi keçirilmişdi. Bu illərdə respublikamızda turizm eskkurisya fəaliyyəti ilə məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur.Azərbaycanda 1929 – cu ildən Proletar turizm və ekssursiyalar cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərən AZ. PTEC 1935 – ci ildən Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsi nəzdində fəaliyyət başladı. Bununla əlaqədar Az. SSR Xalq Komissarları Şurasının 11 may 1935 – ci il tarixli 476 saylı qərarı turizm eksurisya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü. Kirovabad (Gəncə) şəhərində Az.PTEC Kirovabad raysovetinin bazası yaradıldı. Hacıkənddə turbaza 3 ev kirayəyə götürüldü. Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu. Müstəqillik dövrünə qədər (1950 – 1991) Turistlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təşkil olunurdu. 1936 – cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi turizmin ölkədə gələcək inkişafın könüllü öz fəaliyyət cəmiyyəti çərçivəsində az səmərəli olduğunu nəzərə alaraq, 17 aprel 1936 – cı il tarixli qərarı ilə Proletar turizmi və ekskursiyalar cəmiyyətini ləğv etdi. 1940 – cı ildən turizm sahəsində fəxri adlar tətbiq olunmağa başladı. Xüsusi xidmətlərə görə "SSRİ turisti" döş nişanı ilə təltif olunurdular. İkinci dünya müharibəsi illərində bütün SSRİ – də olduğu kimi respublikamızda da turizm ekskursiya fəaliyyəti dayandırıldı. Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət tapmağa başladı. 1950 – ci il sentyabr ayında Bakı turist bazası yaradıldı. O vaxtlar bu baza Nizami adına istirahət parkında yerləşdirildi. 1957 – ci ildə Mingəçevirdə və Hacıkənddə turist bazaları təşkil olunur. Mingeçevirdə turist bazası kimi 1958 – ci ildə Zaqatalada, 1960 – cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm ekskursiyalar idarəsi 1962 – ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969 – cu ildən Turizm Ekskurisyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Bakə zəhmətkeşlərininyay istirahətinin təşkili üçün 1962 – ci ildən Nabranda (Xaçmaz rayonu) Bakı turist bazasının filialı kimi 150 nəfərlik "Sputnik" turist çadır düşərgəsi yaradıldı. 1963 – cü ildə Bakıda turist klubu, Nabranda "Xəzər" turist bazası, 1965 – ci ildə Bakıda iki ildən sonra Gəncədə, Sumqayıtda, 1969 – cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970 – ci ildə Zaqatalada və 1972 – ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975 – ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və Mingəçevirdə (1972) ekskusiya büroları açıldı. Sonrakı illərdə respublikanın müxtəlif rayonlarında; Naxçıvanda 1978 – ci ildə ilk turizm təşkilatı (Səyahətlər və ekskursiyalar bürosu) yaradıldı. 1970 – 1987 – ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi – texniki bazasını genişləndirmə məqsədi ilə 1973 – cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli Azərbaycan mehmanxanası istifadəyə verildi. 1978 – ci ildə "İnturist" səhmdar cəmiyyətinin tabeliyində 200 yerlik komfortlu Moskva mehmanxanası da əlavə edildi. 1929 – cu ildən başlayaraq RTC ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilməyə müxtəlif şəhərlərdə o cümlədən Bakıda onun şöbələri yaranmağa başlamışdır. RTC 1929 – cu ildə Proletar Turizm Cəmiyyəti adlandırıldı. Onun əsas vəzifələri – zəhmətkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə tətbiq olunması idi.Proletar turizm cəmiyyətinin əsas məqsədi isə turizmi kütləvi hərəkata çevirmək zəhmetkeşlərin müxtəlif təbəqələrinə (əsasən az təminatlı) əhatə etmək, turizmdən onların siyasi və mədəni səviyyəsinin artması vasitəsi kimi istifadə etmək olmuşdur. PTC – in vəzifələri ölkədə sosializm quruculuğunun məqsədləri ilə tam uyğun gəlir. Ona görə də 1930 – cu ilin mart ayında SSRİ xalq komissarlığı şurası "Sovtur" səhmdar cəmiyyəti ilə proletar turizmi cəmiyyətinin birləşdirilməsi haqqında qərar qəbul etdi və Ümumittifaq Könüllü Proletar turizm və ekskursiyalar cəmiyyəti (PTEC) yaradıldı.Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987 – ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50, SSRİ – nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Respublikamıza turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə Bakı şəhərindəki Qarabağ turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı. Yaddan çıxarmaq olmaz ki, Azərbaycan Respublikası turizmin inkişafında 1983 – cü il ən yadda qalan olmuşdur. Çünki həmin il o vaxtkı SSRİ Nazirlər Sovet Sədrinin birinci müavini işləmiş Heydər Əliyev cənablarına Birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984 – cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000 – ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunur. 1988 – ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycan Daxili və Xarici turistlərin axını xeyli azalmışdır. Xankəndi, Şuşa, Sumqayıt sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu. Ermənilər Azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Respublika hökumətinin qərarı ilə 1988 – ci ilin dekabrında Ermənistandan qovulmuş azərbaycanlıların respublikanın turist bazarlarında yerləşdirilməsindən başlanıldı.Müstəqillikdən sonrakı mərhələ1990 – cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri – stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdur. Məsələn, Həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlər isə yuxarıda qeyd olunan kimi məcburi köçkünlər yerləşdirilmişdir. 1991 – ci ilin sentyabrında mövcud olan xarici turizm üzrə idarə ləğv olundu, onun yerinə isə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradıldı.Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27iyul 1999-cu ildə Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin "Turizm in Azerbaijan" adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı.Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir."2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.

Комментариев нет:

Отправить комментарий