воскресенье, 26 февраля 2012 г.

DİQQƏT! XOCALI FACİƏSİ ŞAHİDLƏRİ DANIŞIR!

Jan-İv Yunet, jurnalist, Fransa: “..Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin
meyitlərini gördük. Bizə vertolyot verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə hamısını çəkirdik. Fəqət ermənilər bizim vertolyotu atəşə tutmağa başladılar və biz çəkilişi qurtara bilmədik. Bu dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları ötüb keçiblər. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin binalarında çoxlu yaralı gördük. [X. Hacıyevin, V. Bebxın, L. Kravetsin, Jan-İv Yunetin şəhadətləri "Xocalı. Son gün", fotoalbomundan, - Bakı: "Azərbaycan" nəşriyyatı, 1992 - götürülmüşdür]. Rori Patriks, jurnalist, "Frant layn nyus" telekompaniyası, İngiltərə: "Xocalıdakı cinayətkarlığı dünya ictimaiyyətinin gözündə heç nə ilə doğrultmaq olmaz". Patriksin sözlərinə görə, jurnalistlərin vertolyotla çətinliklə gələ bildiyi erməni kəndi Naxçıvanikin yaxınlığındakı yerdə o, onlarla eybəcər hala salınmış meyit görüb. Onlar Xocalının müdafiəçiləri deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi - qatillərin yaxından güllələdikləri uşaqlar, qadınlar, qocalar idi, onlar erməni silahlı hissələrinin şiddətli atəşinin arasından keçib Ağdama getmək istəmişlər [Vışka, 05.03.92]. V.Belıx, "İzvestiya" qəzetinin müxbiri: "Vaxtdan-vaxta Ağdama diri girovlara dəyişdirilmiş öz həlak olanlarının nə'şlərini gətirirlər. Lakin dəhşətli yuxuda da belə şeylər görmək olmaz: oyulub çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş kəllələr, kəsilmiş başlar... Təhqirlərin həddi yoxdur". Leonid Kravets, mayor: "...Fevralın 26-da mən Stepanakertdən yaralıları aparırdım və geriyə Əsgəranın üstündən uçdum. Gözümə aşağıda nəsə bir təhər parlaq ləkələr dəydi. Bir az aşağıya endim və burada mənim bortmexanikim qışqırdı: "Baxın, orada qadınlar və uşaqlar var". Bəli, artıq elə mən özüm də görürdüm, təpənin döşündə səpələnmiş iki yüzə qədər meyit, onlann arasında şübhəli adamlar gəzişirdi... Sonra biz uçduq, istədik meyitlərdən götürək. Bizimlə yerli milis kapitanı var idi, adını unutmuşam. O. orada başı parçalanmış öz dördyaşlı oğlunu tapdı və yazıq ağlını itirdi. Bizə atəş açılana qədər götürməyə macal tapdığımız digər uşağın başı kəsilmişdi. Mən hər tərəfdə eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm...". Çingiz Mustafayev (reportyor) (Allah rəhmət eləsin) "Birinci dəfə biz iki hərbi vertolyotun müşayiəti ilə qırğın yerinə fevralın 27-də gəldik. Havadan demək olar ki, hər yerində tökülüb qalmış meyitlər olan, təxminən 500 metr radiusunda meydança gördük. Təyyarəçilər yerə oturmaqdan qorxurdular, çünki ərazi erməni yaraqlılarının nəzarəti altında idi. Fəqət buna baxmayaraq biz yerə endik və vertolyotdan çıxanda atəş başlandı. Bizi müşayiət edən milis nəfərləri meyitləri götürməli idilər ki, qohumlarına göndərsinlər. Onlar vertolyota yalnız dörd həlak olmuş adam götürə bildilər. Bundan əlavə bizim hamımız şok vəziyyətində idik. Bizim adamlardan ikisi bu qədər qətlə yetirilən və eybəcər şəklə salınmış insan cəsədlərini görərək huşunu itirdi. Bütün bünlar martın 28-də biz xarici jurnalistlərlə birlikdə gələndə də vardı. Meyitlərdən çoxusu lap eybəcər şəklə salınmış halda idi. Bir neçə sutka ərzində onlann üzərində vəhşi əməliyyatlar aparılmışdı...". Xocalıda töredilen vəhşiliyi goren, avropa ermənisi olan jurnalistlərdən biri faciəni oldugu kimi qeleme almışdı: "Xocalıda qətl etdikləri 100 adamı yan-yana düzerek körpü yaratdılar. Mən bu körpüdeki cəsədlərin üzərindən keçerken, ayagimi korpe bir uşağın sinesine basdım.elə bir tit¬redim ki, fotoaparatim, bloknotum, qələmim yerə düşərək qana boyandı. Özümü tamamilə itirdim. Bədənim tir tir titre¬di." ... Vəhşiliyi yaşayan və sonra Beyruta yerləşən Erməni jurnalist Daud Kheyriyan, Hücumçu "the Sake of Cross" (Xaçın Xatiri Üçün) adlı kitabında bu sətirləri yazır; " ...Gaflan deyilən və ölülərin yandırılmasıyla vəzifəli Erməni qrup, Xocalının 1 kilometr qərbində bir yerə 2 Mart günü 100 Azərbaycanlı ölüsünü gətirib yığdı. Son yük maşınıda 10 yaşında bir qız uşağı gördüm. Başından və əlindən yaralı idi. üzü göyərmişdi. Soyuğa, aclığa və yaralarına baxmayaraq hələ yaşayırdı. Çox az nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu qucaqlamışdı. O sırada Tigranyan adlı bir əsgər onu tutduğu kimi o biri cəsədlərin üstünə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mən sanki yanmaqda olan ölü bədənlər arasından bir qışqırıq eşitdim.Edə biləcəyəim bir şey yox idi. Mən Şuşaya döndüm. Onlar Xaçın xatiri üçün döyüşə davam etdilər

Комментариев нет:

Отправить комментарий