пятница, 17 февраля 2012 г.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası — Azərbaycan Respublikası tərkibində muxtar respublika. Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Ərazisi 5462,5 km², 1 yanvar 2007-ci il vəziyyətinə görə əhalisinin sayı 379,473 nəfərdir. 11 sentyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının (NMR) 400 000-ci sakini doğulmuşdur.Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32 faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000 metrdən daha artıq yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə
mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağı dır (3120 m).1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Naxçıvan MR Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir.Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdur.Hazırda Muxtar Respublikada 297 kitabxana, 265 klub müəssisəsi, 16 muzey, 1 rəsm qalereyası, 2 dövlət teatrı, 6 mədəniyyət və istirahət parkı, 25 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir.1970-ci ildə aparılmış siyahıya almaya əsasən Naxçıvan Muxtar Vilayətinin əhalisi 202.187 nəfər olmuşdur. 27 yanvar – 4 fevral 1999-cu il tarixində Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıya alınmasının yekunlarına əsasən Naxçıvan Muxtar Respublikasının əhalisi 354.072 nəfər (350.806 nəfər azərbaycanlı, 2.282 nəfər kürd, 517 nəfər rus, 215 nəfər türk, 140 nəfər ukraynalı, 51 nəfər tatar, 17 nəfər erməni, 11 nəfəri ləzgi, 2 nəfər gürcü, 1 nəfər talış, 30 nəfər isə digər millətlərin nümayəndəsi olmaqla) olmuşdur.Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır. Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə – "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edirlər. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür. Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II minilliyin ortalarına (1539) aid olduğunu göstərir. Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə sasanilərə məxsus zərbxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş pullar kəsilmişdir.VII yüzilliyin I yarısında Naxçıvan Bizans imperatoru İraklinin hücumuna məruz qalmışdır. 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmə Naxçıvanı zəbt etmişdir. Şəhər inzibati cəhətdən xilafətin 3-cü əmirliyinə daxil edilmişdir. Bu dövrdə feodal zülmünə, həmçinin yadellilərin əsarətinə qarşı bir sıra çıxışlar olmuşdur. IX yüzilliyin əvvəllərindən ərəblərə qarşı xürrəmilər adlı xalq hərəkatı başlamışdır. Xürrəmilərin əsas dayaq nöqtələrindən və hərbi düşərgələrindən biri Naxçıvan şəhəri idi. IX-X yüzilliklərdə Naxçıvan Sacilər və Salarilər dövlətlərinin tərkibində olmuşdur.
XI əsrin ortalarından Naxçıvan Səlcuq sultanlarının ixtiyarına verildi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Arslan 1064-cü ildə Naxçıvanı ələ keçirmişdir. Sultan Alp Arslan zamanında Azərbaycan bölgəsindəki digər krallıqlar tamamilə itkisiz hala gətirilmiş və bu üzdən Alp Arslana Ebulfəth ünvanı verilmişdir. Alp Arslan oğlu Məlikşahı və vəziri Nizam ül-Mülkü öz yerinə qoyub Naxçıvanı tərk etmişdi. Məlikşahın hakimiyyəti isə, Azərbaycanın türkləşməsinin son səhifəsini tamamlayır. 1092-ci ildə Məlikşahın ölümündən sonra Səlcuq imperiyası bir neçə müstəqil dövlətlərə parçalandı. Lakin buna baxmayaraq Naxçıvan şəhəri müəyyən müddət Səlcuq sultanlarından asılı vəziyyətdə qalmışdı. Səlcuqların Azərbaycan üzrə canişini Naxçıvanda yərləşirdi.Gəncədəki Səlcuqlu dövlətinin bir valisi olan Şəmsəddin Eldənizin 1136-cı ildə bölgəyə hakim olması ilə Atabəylər dönəmi, daha doğrusu Eldənizlər dövrü başlamışdır. XII yüzilliyin ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə Naxçıvan Atabəylər dövlətlərinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Naxçıvan şəhəri XII yüzilliyin 30-cu illərinin sonundan 1175-ci ilədək bu dövlətin paytaxtı olmuşdur.
Naxçıvan həm də iqtisadi və hərbi əhəmiyyətə malik olan şəhər idi. Eldənizlərin ilk və əsas iqamətgahlarından olan Naxçıvan şəhəri xeyli inkişaf etmişdi. Naxçıvanda qiymətli memarlıq abidələri – qalalar, saray, məscid, türbə və s. tikilirdi. Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvan hakimi onun arvadı Zahidə xatun idi. Dövlətin xəzinəsi Əlincə qalasında saxlanırdı.
Naxçıvanda olan Fransız səyyahı Vilhelm de Rubruk monqol istilasına qədər Naxçıvanın böyük bir dövlətin paytaxtı, iri və gözəl şəhər olduğunu qeyd edirdi. Şəhər 1221-ci ildə Çingiz xan ordularının hücumuna məruz qalmış, xeyli dağıntılar olmuşdur.
Monqolların hücumundan sonra Naxçıvan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqiburinin hakimiyyətinə tabe olur. Lakin şəhər monqolların hücumları zamanı daha böyük təhlükəyə məruz qalır. Hülakü xan zamanında Naxçıvana gələn türkmənlər ilə daha qədimdən burada yaşayan türklər qaynayıb-qarışmışlar. Naxçıvan Elxanilərdən sonra XIV əsrin ikinci yarısından etibarən Çobanilərin, Cucilərin, Cəlairlərin, Müzəffərlərin hücumlarına məruz qalmışdır. 1386-cı ildə Teymurləngin qoşunları Naxçıvana gəlmişlər. Bu hücumda Naxçıvanın təsərrüfat həyatına və maddi mədəniyyətinə ziyan dəymişdir. XV əsr Qaraqoyunluların hakimiyyəti zamanında Naxçıvan daha da inkişaf etmişdi.XIII yüzillikdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi dərviş təriqəti yarandı. Həmin yüzilliyin sonunda belə dərviş ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində olmuşdu. Ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. XV yüzilliyin ikinci yarısında Ərdəbil feodal hakimliyinin əhəmiyyəti xeyli artdı. Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər. Səfəviyyə təriqəti Şeyx Cüneyd zamanında (1447-1460) tamamilə siyasi bir mahiyyət kəsb etmişdir.
Səfəvi xanədanlığının siyasi yüksəlişi 1501-ci ildə Şeyx İsmayılın Naxçıvanda Ağqoyunlu ordusunu məğlub etməsi ilə başlanır. Şərur düzündə qızılbaşların Ağqoyunluların üzərindəki qələbəsindən sonra Naxçıvan səfəvilərin hakimiyyətinə keçdi. Səfəvi təriqətinin şeyxi şah İsmayılın güclənməsinin ən önəmli səbəbi onun qızılbaş türk tayfalarına güvənməsi ilə əlaqədardır. Təəssüf ki, tariximiz iki türk dövlətinin: Səfəvi və Osmanlı türk dövlətlərinin qarşı-qarşıya gəldiyini göstərən hadisələrlə doludur. Buna nümunə olaraq, Çaldıran Meydan Müharibəsi (1514) göstərilə bilər. Bu durum Əfşar xanədanlığının quruluşuna qədər davam etmişdir.Adından da göründüyü kimi,
Nadir şah Əfşar, əfşarlı türkmənlərinin Kırlu oymağına mənsubdur. 1729-cu ildə II Təhmasibi Səfəvi taxtına çıxaran Nadir şah daha sonra onu da uzaqlaşdıraraq Əfşar xanədanlığını qurmuşdu. O, 1736-cı ildə Səfəvi sülaləsi nümayəndələrinin formal idarə üsuluna son qoyaraq özünü İranın şahı elan etdi. Nadir keçmiş inzibati bölgüləri-bəylərbəylikləri ləğv etdi. Cüxur – Səd – Naxçwan bəylərbəyliyi də ləğv edilərək Azərbaycan adı altında vahid inzibati bölgüyə daxil edildi.
III Əhməd və I Mahmud zamanlarında Azərbaycanın Osmanlı torpaqlarına qatılması dövlətin aparıcı siyasətinə çevrilmiş, ancaq Rusiyanın bu ərazilərə yiyələnmək istəyi və Nadir şahın bacarıqlı fəaliyəti Osmanlı dövlətinin bunu gerçəkləşdirməsinə əngəl olmuşdur. Daha sonra, Azərbaycanın idarəçiliyi yeni bir türkmən boyu olan Qacarların əlinə keçmişdir (1779).1747-ci ildə Nadir Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda iyirmiyə qədər müstəqil feodal dövlətlər – xanlıqlar yarandı. Azərbaycan xanlıqları qüzey və güneydə iki qrupa bölünürdü:
Qüzeydə: Şəki, Quba, Gəncə, Bakı, Dərbənd, Naxçıvan, Şirvan, Talış, İrəvan, Salyan, Qarabağ, Cavad.
Güneydə: Təbriz, Urmiya, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Marağa, Maku. XVIII əsrin ortalarında kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın xanı elan etmişdir. Naxçıvan xanlığına Naxçıvan, Şərur, Ordubad, Mehri, Qafan və başqa əyalətlər daxil idi. 1787-ci ildə Naxçıvanın xanı Kalbalı xan oldu. Xanlıqlar dövründə Naxçıvanda bir qədər dirçəliş baş verdi.
Birinci Rusiya – İran müharibəsi (1805-1813) illərində Naxçıvan xanlığı Gülüstan müqaviləsinə görə İranın hakimiyyəti altında qalmışdı.
İkinci Rusiya – İran müharibəsi (1826-1828) gedişində – 1827-ci ildə rus ordusu Naxçıvanı tutmuşdu. Naxçıvan xanlığının zorla Rusiyaya birləşdirilməsi 1828-ci ildə Rusiya və İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə başa çatdırılmışdı. Naxçıvan 1841-ci ildə qəza mərkəzi oldu. Onun ərazisi 1841-ci ildən Gürcüstan – İmeretiya, 1850-ci ildən isə əslən Azərbaycanlıların idarəçiliyində olan İrəvan quberniyasının tərkibinə daxil idi.
Azərbaycanın digər torpaqları kimi Naxçıvan da rusların hakimiyyəti altına keçdikdən sonra ermənilərin həmin torpaqlarda yerləşdirilməsinə başlanmışdır. Bilindiyi kimi, bu bölgələrdə erməni əhalisi azlıqda qaldığından 1828-ci ildə Güney Azərbaycandan, Təbriz və çevrəsindən, 1829-1830-cu illərdə Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan dairəsində yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər.1917-ci il fevral – burjua inqilabından sonra, aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmiş, uzun mübahisədən sonra Məhəlli federasiyası yaradılması ideyası qəbul olunmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş və bu hökumət Türkiyə tərəfindən dərhal tanınmışdı.
1917-ci ilin yayında Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmışdı.
1918-ci ilin əvvəllərində erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətdilər. Bakı daşnakların və eserlərin əlində olduğu bir şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız Türkiyədən ala bilərdi. Xəlil bəyin başçılığı ilə türk qoşunları Naxçıvanın köməyinə gəldi.
1918-ci ilin noyabrında Araz Türk Respublikası yarandı. Paytaxtı Naxçıvan şəhəri olan bu Respublikanın ərazisi 16.000 km2 -ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərar – Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.
Türkiyənin Birinci Dünya Müharibəsində məğlubiyyəti Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunlarının Azərbaycandan, o cümlədən Naxçıvandan çıxarılmasına səbəb oldu. Türkiyənin özündə də vəziyyətin qeyri-sabitliyi, rusların neft və sənaye mərkəzi olan Bakını işğal etməyə cəhd göstərməsi, Avropa ölkələrinin Rus təhdidini görə bilməməsi üzündən Azərbaycan 1920-ci il aprel ayının 28-də ruslar tərəfindən işğal edildi.Naxçıvan Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Àli orqan olan Naxçıvan İnqilab Komitəsi seçildi. İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış Moskva və Qars müqavilələrinə əsasən Naxçıvan ölkəsinin üçüncü bir dövlətə güzəştə gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara alınmışdı. Naxçıvanın ərazisinin qorunmasında Moskva və Qars müqavilələrinin mühüm əhəmiyyəti olmuşdur. Sovetlər Birliyi dövründə Naxçıvanın bir sıra ərazisi Ermənistana verilmiş, qonşu Türkiyə Respublikası ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qarşısı alınmışdır.
Naxçıvan 1921-ci il martin 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. SSRİ-nin dağılma prosesi 1980-cı illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartdı. Müstəqillik hərəkatını boğmaq üçün 19 Yanvar 1990-cı ildə Sovet Ordusu hissələri Bakıya girərək qanlı qırğın törətdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal etdi, sərhəd boyu intensiv hücuma keçdi. Yüzlərlə Azərbaycanlı şəhid oldu. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qarar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapırdı. Bu dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən işğal təhlükəsi gözləyirdi. 1990-cı il iyulun 22-də Heydər Əliyev siyasi təqib ucbatından Moskvadan Naxçıvana gəldi. Fəal siyasətə qayıdan Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Аli Məclisinə sədr seçildi.
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamenti tarixdə ilk dəfə olaraq milli dövlətçilik ənənəsinin bərpası istiqamətində addımlar atdı. Üç rəngli dövlət bayrağı qəbul olundu. Bayraq və digər müstəqillik atributları barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Аli Soveti qarşısında məsələ qaldırıldı. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan MR-in yaşaması üçün İran və Türkiyə ilə ələqələrin yaxşılaşmasına xüsusi diqqət yetirildi. 1992-ci ildə Azərbaycana bağlı Naxçıvan MR ilə Türkiyə və İran arasında protokollar imzalandı, Araz çayı üzərindən körpülər salındı.
Naxçıvan MR-in təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görüldü. İlk dəfə olaraq Ermənistanla atəşkəsə nail olundu.Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi 384,5 min nəfərdir (2007). Hakim din islam, yerli və rəsmi dil Azərbaycan dili, paytaxtı Naxçıvan şəhəri, ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş ilk konstitusiyası əsasında hazırlanıb, 1998-ci il aprelin 28-də muxtar respublikanın Ali Məclisində qəbul edilərək həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilib və 1999-cu il yanvarın 8-dən qüvvəyə minib. Konstitusiyanın 1-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının parlamenti – Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır və majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 45 nəfər deputatdan ibarətdir. İldə iki sessiya keçirir; Azərbaycan Respublikasının prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir və Ali Məclisdə 5 il müddətinə seçilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Baş naziri Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə, Nazirlər Kabinetinin tərkibini isə baş nazirin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq və təyin edir. Nazirlər Kabineti muxtar respublikanın büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim edir və büdcənin, iqtisadi-sosial proqramların yerinə yetirilməsini təmin edir, nazirliklərə və digər icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul edir.
Muxtar respublikada məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasınən 109-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının prezidenti təyin edir.Naxçıvan Muxtar Respublikasının ərazisi 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünüb; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbə, 160 kənd inzibati ərazi dairəsi var.
Muxtar respublikanın şəhər və rayon ərazi vahidlərini icra hakimiyyətləri idarə edir. Kənd və qəsəbələrdə isə icra nümayəndələri fəaliyyət göstərir. İcra hakimiyyətlərinin başçılarını Ali Məclis sədrinin təqdimatı ilə Azərbaycan prezidenti təyin edir. Yerli idarəetmə orqanları – bələdiyyələr də mövcuddur.Naxçıvanın mineral resurlarla zəngin olması onun iqtisadiyyatının əsas aparıcı faktorudur. Duzdağ, Nehrəm və Püsyanın yer təkində bir – birilə birləşən daş duz yataqları çoxdan məşhurdur. Araz zonasının duzdaşıyan hövzəsinin uzunluğu 300 km-ə, eni 15 – 20 km-ə və qalınlığı onlarca metrə çatır. Naxçıvanda duz ehtiyatı bir neçə milyard tondan çoxdur. Naxçıvan MR-da Şərqi Arpaçay hövzəsində fosforit təzahürləri məlumdur. Fosforitdaşıyan və yaşları 300 milyon ilə çatan süxurlar gilli şistlərdən, əhəngdaşlarından, kvarsitlər və qum daşlarından ibarətdir. Bundan başqa Naxçıvanda qızıl, molibden, dolomit ehtiyatları var. Azərbaycandakı mineral su ehtiyatlarının 60%-i Naxçıvanın payına düşür. Lakin Naxçıvanın iqtisadiyyatının əsas hissəsi kənd təsərrüfatına əsaslanıb. Torpaqların 90%-i özəlləşdirilib. Taxıl, tütün, meyvə-tərəvəz, pambıq əkilməsi geniş yayılıb. Naxçıvan kontinental iqlimdə yerləşdiyindən buranın ərazısı quraqlıq torpaqlardan ibarətdir. Naxçıvanda demək olar ki, bütün əkilən torpaqlar süni suvarmaya məruz qalır. Suvarılan suyun əsas mənbəyi Araz çayıdır. Naxçıvanda avtomobil zavodu da fəaliyyətdədir. Tikintisi 2008-ci ildə başlayan bu zavodun açılışı 2010-cu ilin yanvarın 11-də olub. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücündədir. Bundan başqa Naxçıvanın çox böyük turizm potensialı var. Bu sahənin inkişafı üçün Naxçıvana investisiya yatırılmasına böyük ehtiyac var.Muxtar respublikanın əlverişli iqlim-torpaq şəraiti burada kənd təsərrüfatının inkişaf etdirilməsinə imkan verir. Əhalininəksər hissəsinin kənddə yaşayaraq aqrar sahə ilə məşğul olması iqtisadiyyatın bu sahəsinin inkişafına xüsusi diqqət yetirilməsinə səbəb olmuşdur. Əhali əsasən taxılçılıq, tərəvəzçilik, meyvəçilik, kartofçuluq və heyvandarlıqla məşğul olur.
Kənd təsərrüfatının inkişafı məqsədilə Naxçıvanda torpaq islahatı başa çatdırılmışdır. Aqrar islahatlar nəticəsində muxtar respublikanın ümumi torpaq sahəsinin 10,5 faizi xüsusi mülkiyyətə, 56,3 faizi bələdiyyə mülkiyyətinə verilmiş, 33,2 faizi dövlət mülkiyyətində saxlanılmışdır. 536,3 min hektarlıq ümumi torpaq sahəsinin 176,9 min hektarı, yaxud 33 faizi kənd təsərrüfatı üçün yararlıdır. Kənd təsərrüfatına yararlı torpaqların 14,5 min hektarı və ya 8,2 faizi həyətyanı sahələrin payına düşür.
Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 56,4 min hektarı və ya 31,9 faizi suvarılan torpaqlardır. Bu baxımdan meliorasiya-irriqasiya işlərinin düzgün təşkilinin aqrar sahənin inkişafında xüsusi rolu vardır. Muxtar respublika ərazisindən Araz, Arpaçay, Naxçıvançay, Gilançay, Əlincəçay və Cəhriçay çayları axır və bu çaylar üzərində Araz, Arpaçay, Heydər Əliyev, Sirab, Uzunoba, Bənəniyar su anbarları tikilib istifadəyə verilmişdir. Bundan başqa muxtar respublikada işlək vəziyyətdə olan 82 nasos stansiyasından, 589 subartezian quyusu və 277 kəhrizdən suvarma əkinçiliyində geniş istifadə olunur.
Həyata keçirilmiş tədbirlər nəticəsində isə kənd təsərrüfatı məhsulları istehsalının həcmi ildən-ilə artır. 2007-ci ildə muxtar respublikada 74 min 369 ton taxıl, 4539 ton dənli-paxlalılar, 2703 ton dən üçün qarğıdalı, 57,8 ton tərəvəz, 38 min 453 ton bostan məhsulları, 19 min 373 ton şəkər çuğunduru istehsal olunmuşdur.
Bağçılıq muxtar respublikada xüsusi ənənələrə malik sahələrdəndir. Azərbaycanın bu bölgəsinin ekoloji cəhətdən saf və təmiz meyvələri qədim zamanlardan məşhurdur. 2007-ci ildə muxtar respublika üzrə 37 min 92 ton müxtəlif çeşidlərdə meyvə, 13 min 678 ton üzüm istehsal olunmuşdur.
Kənd təsərrüfatında məhsul istehsalçılarına köməklik göstərmək, onların müasir texnika və gübrə ilə təchizatının səviyyəsini yüksəltmək məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
Bitkiçiliklə yanaşı heyvandarlığın da inkişafı diqqətdən kənarda qalmır. Muxtar respublikanın düzənlik yerlərində əsasən ətlik, ətlik-südlük və yunluq, dağlıq ərazilərdə ətlik-yunluq heyvandarlıqla məşğul olunur. Balbas cinsli qoyunlar yetişdirilir. Azərbaycanda balbas qoyun cinsinin vətəni Naxçıvan hesab edilir.
Muxtar respublikadakı mal-qara və quşlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaq və profilaktiki peyvəndləmə tədbirləri aparmaq məqsədilə Dövlət Baytarlıq Xidməti yaradılmışdır. Bundan başqa, heyvanların cins tərkibini yaxşılaşdırmaq və yüksək məhsuldar qaramal yetişdirmək üçün süni mayalama üsulu tətbiq olunur.
Heyvandarlığın inkişafında müşahidə olunan inkişaf heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərmişdir. 2007-ci ildə 16 min ton ət, 70 min ton süd, 52 min ədəd yumurta, 873 ton yun istehsal olunmuşdur.
Naxçıvanda perspektivli sahələrdən biri də arıçılıqdır. 2007-ci ildə muxtar respublikada 23 min 927 arı ailəsi mövcud olmuş və 334 ton bal istehsal olunmuşdur. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bu məhsulları emal edən yeni istehsal müəssisələrinin qurulmasına əlverişli şərait yaradılmışdır. Son illərdə un dəyirmanları, ət-süd məhsulları, meyvə şirələri və digər bu kimi məhsul istehsalı ilə məşğul olan müəssisələrin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının satış problemlərini aradan qaldırmışdır.Avtomobil nəqliyyatı muxtar respublika daxilində sərnişin və yük daşınmalarında istifadə olunan əsas nəqliyyat növüdür. Muxtar respublikanın əksər kəndləri və rayon mərkəzləri marşrut avtobusları ilə təmin edilmişdir.
Qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, sərnişin və yük daşınmasında da avtomobil nəqliyyatının rolu böyükdür. Belə ki, Türkiyə Respublikasının "Iqdırlı Turizm" və "Can Iqdır" firmaları ilə bağlanmış müqavilələrə əsasən Türkiyənin Istanbul, Ankara, Izmir, Antalya və digər böyük şəhərlərinə sərnişin daşıma xidməti göstərilməkdədir. Iran Islam Respublikasının "Didari Seyri Giti" və "Nil Çeşmi Qostar" nəqliyyat şirkətləri ilə Naxçıvan-Təbriz-Tehran, Naxçıvan-Urmiya və əks istiqamətlərdə marşrutlar üzrə sərnişin daşıma üçün müqavilələr bağlanmışdır.
Azərbaycanın əsas ərazisi ilə gediş-gəlişi asanlaşdırmaq məqsədilə 2007-ci ilin sonlarından etibarən Iran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə müntəzəm avtobus reysləri işləyir.
Avtomobil nəqliyyatının inkişafı mövcud yolların vəziyyətindən xeyli dərəcədə asılıdır. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti 1473 kilometr avtomobil yoluna qulluq edir. Bu yolların 274 kilometri respublika əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır. Avtomobil yollarının müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
Naxçıvanın Türkiyə və Iran Islam Respublikası istisna olunmaqla digər ölkələrlə nəqliyyat əlaqələri isə blokada ilə əlaqədar olaraq əsasən hava nəqliyyatı vasitəsilə mümkündür. 2004-cü ildə istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir standartlara uyğun tikilmişdir. Hazırda bu hava limanından Azərbaycanın Bakı və Gəncə şəhərlərinə təyyarələr yola salınır. Eyni zamanda Naxçıvan-Moskva, Bakı-Naxçıvan-İstambul və əks istiqamətlərdə uçan təyyarələr vasitəsilə beynəlxalq sərnişin daşıma xidmətləri göstərilir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-Yerevan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Iran Islam Respublikasının Təbriz şəhəri istiqamətində qol ayrılır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində muxtar respublikanı Azərbaycanla bağlayan dəmir yolu xətti 1992-ci ilin əvvəllərindən tamamilə kəsilmişdir. Haliyədə Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün Iran Islam Respublikası ilə müqavilə bağlanmışdır.
1995-ci illə müqayisədə 2007-ci ildə muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 11,2 dəfə, sərnişin daşımaları isə 1,9 dəfə artmışdır.Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir. Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilmişdir. Orta Arazboyu düzənlikdə yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlim tipi hökm sürür. Bu iqlim tipi Muxtar Respublikada 1000-1200 m yüksəkliyə qədər olan ərazini əhatə etməklə, az və zəif nəmlənmə şəraiti ilə, sərt və qarlı qışı ilə səciyyələnir. Burada günəşli saatların illik miqdarı 2600-2800 saat, günəş radiasiyası isə 140-160 kkal/ sm 2 –dir. Muxtar Respublikada təbii şəraitin mürəkkəbliyi Arazboyu düzənlikdə və dağətəyi zonada iqlimin sərt və quraq keçməsi ilə nəticələnmişdir. Yəni Arazboyu düzənlik hər tərəfdən dağlarla əhatə olunduğundan regionun digər ərazilərindən fərqli olaraq burada iqlim tipi kəskin kontinentallığı ilə seçilir. Əraziyə daxil olan hava kütləsi düzənlik üzərində uzun müddət qala bilir. Bunun nəticəsində temperaturun yayda həddən çox yüksəlməsinə, quraqlığın yaranmasına və qışda isə havaların kəskin soyumasına, güclü şaxtaların yaranmasına gətirib çıxarır. Çoxillik müşahidələrdən aydın olmuşdur ki, Arazboyu düzənlikdə temperatur yayda 40-43°C, qışda isə –32°C-yə qədərdir. Arazboyu düzənlikdə havanın orta illik temperaturu 12-14°C, ilin ən soyuq ayının (yanvar) orta aylıq temperaturu mənfi 6-10°C, ən isti ayın (iyul) orta aylıq temperaturu isə 24-28°C-dir. Yuxarıda deyilənlərdən aydın olur ki, Arazboyu düzənlik zonada istər orta aylıq (yanvar, iyul) və istərsə də havanın minimum və maksimum temperaturu arasında fərq çox kəskindir. Burada iqlimin kontinentallıq əmsalı 80-dən çoxdur. Müşahidə edilən temperatur amplitudası 70 dərəcədən artıqdır. Termik şəraitin isti və soyuq dövrlərdə belə kəskin dəyişməsi, səth örtüyünün formalaşmasına, kontinental qurşağa xas olan torpaq və bitki örtüyünün yaranmasına səbəb olmuşdur. Naxçıvan MR ərazisində yağıntılar qeyri-bərabər paylanmışdır. Bu fərq düzənlik və dağlıq ərazilərdə özünü daha aydın göstərir. Belə ki, Arazboyu və dağ ətəyi maili düzənlikdə yağıntılar daha az, yüksəklik artdıqca isə bu göstərici qismən çoxalır. Arazboyu maili düzənlikdə orta illik yağıntının paylanması da eyni dərəcədə deyildir. Orta illik yağıntının miqdarı Culfa da 215 mm, Dərvişlərdə 220 mm, Naxçıvanda 251 mm, Ordubadda 276 mm, Qıvraqda isə 210 mm-ə bərabərdir. Göründüyü kimi, maili düzənliyin ayrı-ayrı hissələrində ən az yağıntı Qıvraqda ən çox yağıntı isə Ordubadda müşahidə olunur. Yağıntıların miqdarı ancaq şaquli istiqamətdə deyl, həm də üfüqi istiqamətdə yəni qərbdən şərqə doğru da dəyişir. Belə ki, Arazboyu düzənliyin qərb hissəsində təxminən 900 m mütləq yüksəklikdə düşən 250 mm orta illik yağıntı ərazinin şərqində 700 m mütləq yüksəklikdə başqa sözlə düzənliyin Dəstə və Ordubad düzlərində müşahidə edilir. Termik rejimin yüksəkliyinin təsirinin nəticəsi olaraq Arazboyu düzənlik ərazidə mümkün buxarlanma 1200-1400 mm arasında tərəddüd edir. İsti dövrün mümkün buxarlanması illik mümkün buxarlanmanın əsas hissəsini təşkil edərək 60-70 %-ə çatır. Bu isə Qafqaz regionunda ən yüksək göstəricidir. Naxçıvan MR-in iqliminə təsir edən amillərin biri də küləkdir. Burada müşahidə edilən küləklərin əksəriyyəti yerli küləklərdir. Onların istiqaməti çox hallarda mürəkkəb relyef quruluşundan asılı olur. Bəzən isə əraziyə müxtəlif tip hava kütlələrinin daxil olması nəticəsində bu ümumi qanunauyğunluq pozulur. Yanvar ayında Arazboyu düzənlikdə şimal küləkləri 20-30% təşkil edir. İyun-avqust aylarında qərb və cənub-qərb küləkləri 30-70%-ə şimal-şərq və şərq küləkləri isə 0-4%-ə çatır. 15 Küləklərin istiqaməti Arazboyu düzənlikdə dəyişkəndir. Ərazidə ən güclü küləklər (xüsusilə iyul –avqust aylarında) şərq küləkləri ən zəif küləklər isə şimal küləkləridir. Arazboyu düzənlikdə ilin soyuq dövründə küləklərin sürəti 1-2 m/san, iyul-avqust aylarında isə 3-5 m/san təşkil edir.Naxçıvan MR geomorfoloji quruluşu A. Antonov, B. Budaqov, M. Müseyibov, S. Babayev və b. tərəfindən öyrənilmişdir. Naxçıvan MR-sı öz geomorfoloji quruluşuna görə əsasən gətirmə konuslarından və Araz çayı yatağına yaxın zolaqda isə çay terraslarından yaranmış relyefdən ibarətdir. Bu qurşaq bütöv bir halda olmayıb, Muxtar Respublika daxilində bir neçə yerdə Dərələyəz və Zəngəzur dağlarının meredian istiqamətində uzanan qolları və yüksəklikləri vasitəsilə bir sıra maili düzənliklərə ayrılır. Həmin düzənliklərdə Naxçıvan MR-in suvarmaya əsaslanan əsas əkin sahələri yerləşir və bu düzənlik Naxçıvan MR-in əsas kənd təsərrüfatı məhsullarının istehsal mənbəyi sayılır. Naxçıvan MR-in ərazisi bir sıra maili düzənliklərdən ibarətdir. Onlar bir-birindən bir çox xüsusiyyətlərinə görə fərqlənirlər.
Sədərək maili düzənliyi:Muxtar Respublikanın şimal qərbində yerləşən Sədərək düzü cənubdan Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir. Düzənliyin orta yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında, ikincisi isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür.
Münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır.
Şərur maili düzənliyi:Şərur maili düzənliyi Arpaçayın gətirmə konusundan ibarətdir. Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar – Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780-850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar- Qıvraq kimi daha kiçik maili düzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir.
Böyükdüz maili düzənliyi: Şərur düzündən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında Böyükdüz düzənliyi yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır.
Kəngərli maili düzənliyi: Kəngərli maili düzənliyi (platosu) Böyükdüz maili düzənliyinin şimalqərbində yerləşir. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur.
Naxçıvan maili düzənliyi: Naxçıvan maili düzənliyi Muxtar Respublikanın ən böyük düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən CəhriDuzdağ tirəsi, cənub-qərbdən Araz çayı , cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçıvan maili düzənliyi əsasən Naxçıvan çayın və onun qollarının gətirmə konusu çöküntülərindən əmələ gəlmişdir. Naxçıvan düzünün mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km 2 –dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir.
Sust maili düzənliyi: Sust maili düzənliyi dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil olunmuşdur. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas 13 hissəsini əhatə edir. Düzənliyin şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə sel gətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır.
Culfa maili düzənliyi: Arazboyu düzənlikdə Əlincə çayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edir. Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi ərazidə suvarma suyunun çatışmaması və düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır.
Yaycı düzənliyi:Bu düzənlik Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10-12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720-960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur.
Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Ordubad maili düzənliyi: Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial–prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə suxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların və selovlların gətirdiyi allüvial–prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.Naxçıvan Muxtar Respublikasında olan təsərrüfatlardakı əkin yerlərini suvarmaq məqsədi ilə irilixırdalı otuza qədər su hövzələri vardır. Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Agentliyinə məxsus təbii və süni yolla yaradılmış göllərin təsnifatı aşağıdakı kimidir.
1) Göygöl-təbii olaraq okean səviyyəsindən 3065m. yüksəklikdədir. Su tutumu 9,75 min m³, sahəsi 15 hektar (bir tərəfində qar olduğu halda, qarşı tərəfdə bənövşə ətirli çəmənlikdən ibarətdir). iyun-iyul ayında su səthinin temperaturu 1-5 Cº-dir.(2006-cı ildə)
2) Salvartı-təbii olaraq okean səviyyəsindən 2849m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 3,2 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 5-10 Cº-dir. (2006-cı ildə)
3) Qanlı göl-suni olaraq tikilərək 1965-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2420m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,10 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 10-12 Cº-dir. (2006-cı ildə)
4) Batabat gölü I-suni olaraq tikilərək 1951-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2113m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 8-10 Cº-dir. (2006-cı ildə)
5) Batabat gölü II-suni olaraq tikilərək 1953-cü ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2110m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,7 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 10-11 Cº-dir. (2006-cı ildə)
6) Batabat gölü III-suni olaraq tikilərək 1955-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2109m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 12 Cº-dir. (2006-cı ildə)
7) Araz dəryaçası- 1971-ci ildə Araz çayı üzərində tikilmiş Araz SES (gücü 20 MQW) nəticəsində suni sürətdə yaradılmışdır. Okean səviyyəsindən 777m. yüksəklikdədir. Su tutumu 1,350 milyon m³, iyun-iyul ayında su səthinin temperaturu 20-25 Cº-dir. (2006-cı ildə)
8) Arpaçay dəryaçası-1977-ci ildə Arpaçayı üzərində tikilmiş bənd nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 959m. yüksəklikdədir. Su tutumu 140-150 milyon m³, sahəsi 6,30 kvadrat kilometrdir. (Sağ və sol suvarma kanalları istismara verilmişdir.) iyun-iyul ayında su səthinin temperaturu 18 Cº-dir. (2006-cı ildə)
9) H. Əliyev adına Vayxır dəryaçası-1999-cu ildə Naxçıvan çayının üstündə qurulmuş bənd nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 1147m. yüksəklikdədir. Su tutumu 100 milyon m³, sahəsi 4,54 kvadrat kilometrdir. (Sol sahil suvarma kanalı istismara verilmişdir.) iyun-iyul ayında su səthinin temperaturu 18 Cº-dir. (2006-cı ildə)
10) Bənəniyar gölü- 1987-ci ildə tikilmiş, Əlincə çayı ilə doldurulur. Okean səviyyəsindən 1200m. yüksəklikdədir. Su tutumu 19 milyon m³, sahəsi 6 min hektardır. iyun-iyul ayında su səthinin temperaturu 19-20 Cº-dir. (2006-cı ildə)
11) Uzunoba gölü-1961-ci ildə tikilmiş, Naxçıvan çayının suyu ilə doldurulur. Okean səviyyəsindən 1000m. yüksəklikdədir. Su tutumu 8,5 milyon m³, sahəsi 1,2 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 22-25 Cº-dir. (2006-cı ildə) 20
12) Sirab gölü- 1979-cu ildə tikilmiş, Sirab çayının (Vayxır dəryaçasının sol kanalı ilə) suları ilə doldurulur. Okean səviyyəsindən 1077m. yüksəklikdədir. Su tutumu 11,6 milyon m³, sahəsi 1,54 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 22-23 Cº-dir. (2006-cı ildə)
13) Nehrəm gölü-1965-ci ildən tikilmiş Əlincə çayından doldurulur. Okean səviyyəsindən 900m. yüksəklikdədir. Su tutumu 6 milyon m³, sahəsi 0,85 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 26-28 Cº-dir. (2006-cı ildə)
14) Xok gölü I-1997-cı ildə tikilmiş bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 800m. yüksəklikdədir. Su tutumu 3 milyon m³, sahəsi 35 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 20- 25 Cº-dir. (2006-cı ildə)
15) Xok gölü II-1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 750m. yüksəklikdədir. Su tutumu 400 min m³, sahəsi 8,8 hektardır. Yay aylarında göldə su quruyur. (2006-cı ildə)
16) Çalxanqala gölü-1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 1100 metr yüksəklikdədir. Su tutumu 500 min m³, sahəsi 2,5 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə)
17) Qahab gölü-1984-cü ildə tikilmiş, Qahab çayından sel suları ilə doldurulur. (Vayxır dəryaçasının sol kanalı ilə doldurulması da nəzərdə tutulmuşdur) Okean səviyyəsindən 1043m. yüksəklikdədir. Su tutumu 1 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə)
18) Məzrə gölü-1984-cü ildən tikilmişdir. Naxçıvan çayından (Vayxır dəryaçasının sol kanalı ilə) doldurulur. Okean səviyyəsindən 1675m. yüksəklikdədir. Su tutumu 1milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. iyun-iyul ayında su səthinin temperaturu 22 Cº-dir. (2006-cı ildə)
19) Payız gölü -1982-ci ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 600 min m³, sahəsi 20 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 16-18 Cº-dir. (2006-cı ildə)
20) Cəhri gölü-I-1979-cu ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 800 min m³, sahəsi 12 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 16-18 Cº-dir. (2006-cı ildə)
21) Cəhri gölü-II-1980-cı ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean səviyyəsindən 910 metr yüksəklikdədir. Su tutumu 1,2 milyon m³, sahəsi 18 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 19 Cº-dir. (2006-cı ildə)
22) Cəhri gölü-III-1981-ci ildən tikilmişdir. Cəhri çayından təbii surətdə doldurulur. Okean səviyyəsindən 915 metr yüksəklikdədir. Su tutumu 600 min m³, sahəsi 12 hektardır. iyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə)Naxçıvan Muxtar Respublikasında səth sularının əsasını çaylar və göllər təşkil edir. Muxtar Respublika səth sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər ərazilərindən geridə qalır. Belə ki, ərazidə Araz çayı itisna olmaqla səth suları il ərzində 0,61 km 3 təşkil edir. Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbə olan zonada çay şəbəkəsi olduqca zəifdir. Ondan şərqdə isə Zəngəzur dağlarından axan çaylar nisbətən sıx şəbəkə təşkil etsə də həmin çaylar az suludur. Professor S. H. Rüstəmovun hesablamalarına görə ərazinin əsas çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km 2 -dir. Naxçıvan MR-in çaylarında axımın il ərzində paylanması fəsillər üzrə müxtəlifdir. Muxtar Respublikanın çaylarının əsas qida mənbəyini təşkil edən qar iyunun axırınadək, bəzən isə iyuladək tədricən əriyərək çayların səviyyəsini sabit saxlayır. Buna görə də çaylar apreldən iyunun axrlarınadək bolsulu olur. Çayların az sulu vaxtı iyul-sentyabr aylarına düşür ki, bu dövrdə də onların əsas qida mənbəyini yeraltı sular təşkil edir. Çay suları təsərrüfatda mühüm əhəmiyyətə malikdir. Quraq iqlimə malik olan Naxçıvan diyarında əkinçiliyi suvarmasız təsəvvür etmək qeyri mümkündür. Bununla əlaqədar olaraq çay sularından istifadə etmək üçün Muxtar Respublikada suvarma sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, mühüm əhəmiyyət kəsb edən çaylar üzərində müxtəlif həcmdə su anbarları və sututarlar yaradılmış, kanallar çəkilmiş, su nasos stansiyaları tikilib istifadəyə verilmişdir. Nisbətən yaxşı inkişaf etmiş çay şəbəkəsi, Naxçıvançaydan şərqə olan regionu, yaxud Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından axan çayları əhatə edir. Onun inkişafına mürəkkəb kompleks fizikicoğrafi amillər təsir göstərir ki, bu da öz növbəsində çay hövzələrinin yüksəklik vəziyyəti ilə əlaqədardır. Yüksəkliyin çoxalması ilə çay şəbəkəsinin sıxlığı da artır. Aşağı Arazboyu zonada isə çay şəbəkəsinin sıxlığının azalması müşahidə edilir və 0,20 – 0,40 km / km 2 təşkil edir. Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6-10 km, 24-nünki 11-25 km, 7-ninki 26-50 km, 3-nünki (Naxçıvançay, Əlincəçay, Gilançay) 51-100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır (S. Y. Babayev, 1999) Azərbaycanın digər əraziləri kimi, Naxçıvan MR-in müasir hidroqrafik şəbəkəsi də uzun dövr ərzində əmələ gəlmiş və bir sıra dəyişikliklərə məruz qalmışdır. Düyülümçay, Vələndçay, Əylisçay və digər hövzələrdə qədim çay dərələri qalıqlarının tapılması, hidroqrafik dəyişməyə parlaq misaldır. Hidroqrafik şəbəkə təbii proseslərin və insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində dəyişir. Su ehtiyatlarından səmərəli istifadə məqsədilə çay sistemləri, çayların və göllərin su rejimi xalq təsərrüfatına lazım olan istiqamətə yönəldilir. Burada çayların aşağı axınlarında tikilmiş bir çox su qovşaqlarının, su anbarlarının yaradılması böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər su təchizatının yaxşılaşdırılmasını, əkin sahələrinin artırılmasını və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsini təmin etməklə yanaşı, hidroqrafik şəbəkənin də xarakterinə ciddi təsir göstərir. Arazboyu düzənliklərdə və qismən də dağətəyi ərazilərdə çay şəbəkəsinin sıxlığının azalmasına təsir göstərən amillər burada atmosfer çöküntülərinin az düşməsi və onların torpağa tez hopması və eləcə də mümkün buxarlanmanın çox olmasıdır. Axım davamiyyətinə görə Naxçıvan MR-də çayların üç qrupa bölmək olar (S. H. Rüstəmova görə).
1. Daimi fəaliyyətdə olan çaylar – axım il ərzində mövcuddur.
2. Quruyan çaylar – axım yazda qarların əriməsi və yağışlar zamanı, həm də qismən yeraltı sular hesabına olur. 17
3. Müvəqqəti çaylar – axım yalnız güclü yağışlar zamanı olur.
Bu çaylar arasında əsas fərq onların yeraltı sularla qidalanmasıdır. Birinci qrup çayların yeraltı sulardan qidalanması sabitdir, ikinci qrupda 1-2 ay olur, üçüncü qrupda isə yox dərəcəsindədir. Muxtar Respublikada çayların su toplayıcılarının yüksəklik vəziyyəti qidalanma şəraitini və axımın əmələ gəlməsini müəyyən edir və onun dəyişməsindən asılı olaraq çaylar bir qrupdan digərinə keçir. Su toplayıcıların yüksəklik vəziyyəti prinsipindən asılı olaraq, ərazinin çaylarını iki qrupa bölmək olar:
1. Yüksək sutoplayıcı çaylar – su ayırıcı xəttin ən böyük yüksəkliyi bu çaylarda 2500–3000 metrdən artıq olur.
2. Alçaq su toplayıcı çaylar – su ayırıcı xəttin ən böyük yüksəkliyi 2500 m-dən azdır. Relyef və geoloji şəraitdən asılı olaraq, çay dərələri eninə və uzununa müxtəlif profillərə malirkdir. Çay dərələrinin plan görünüşləri nadir hallarda düz xətli profilləri xatırladır, əksər hallarda isə əyrintilidir. Naxçıvan MR ərazisində axımın il ərzində paylanmasını üç fazaya ayırmaq olar:
I faza: Payız-qış fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su sərfləri nisbətən davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr ərzində çaylarda illik axımın 10-15%-ə qədəri axır.
II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini əhatə edir. Qarların əriməsindən və yağışların yağmasından əmələ gələn daşqınlar baş verir. Martın ikinci yarısında temperaturun artması nəticəsində çaylarda suyun miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3-5 daşqın müşahidə edilir. May – iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60-70%-i), sonra isə azalmağa başlayır.
III faza: Yayın az sulu dövrünü (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan yağışlar nəticəsində şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı illik axım həcminin 10-15%-ni təşkil edir.
Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar. Çay suları ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 km 3 –ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km 3 təşkil edir. 1) Araz çayı-hövzəsi 1.072 km, sahəsi 102.000 km², üzərində 1971-ci ildən tikilmiş Araz dəryaçası vardır. Kür çayının qoludur (Mənbəyi 3.000 m yüksəklikdən başlanır).
2) Arpa çayı-hövzəsi 126 km, sahəsi 2.630 km², üzərində 1977-ci ildən istifadəyə verilmiş Arpaçay dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.100 m yüksəklikdən başlanır).
3) Naxçıvan çayı-hövzəsi 81 km, sahəsi 1.630 km², üzərində 1999-cu ildən istifadəyə verilmiş Vayxır dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.150 m yüksəklikdən başlanır).
4) Əlincə çayı-hövzəsi 62 km, sahəsi 599 km². Araz çayının qoludur (Mənbəyi 2.800 m yüksəklikdən başlanır).
5) Gilan çayı-hövzəsi 53 km, sahəsi 426 km². Araz çayının qoludur (Mənbəyi 2.700 m yüksəklikdən başlanır).
6) Bağırsaqdərə çayı-hövzəsi 33 km, sahəsi 117 km². Araz çayının qoludur (Mənbəyi 1.086 m yüksəklikdən başlanır).
7) Düyülün çayı- hövzəsi 30 km, sahəsi 124 km². Araz çayının qoludur (Mənbəyi 2.400 m yüksəklikdən başlanır).
8) Vənənd çayı-hövzəsi 29 km, sahəsi 91 km². Araz çayının qoludur (Mənbəyi 3.400 m yüksəklikdən başlanır). 18
9) Axura (Qabaxlı) çayı- hövzəsi 25 km, sahəsi 112 km². Arpa çayının qoludur (Mənbəyi 2.460 m yüksəklikdən başlanır).
10) Əyilis çayı- hövzəsi 24 km, sahəsi 58 km². Araz çayının qoludur (Mənbəyi 3.100 m yüksəklikdən başlanır).
11) Ordubad çayı-hövzəsi 24 km, sahəsi 42 km². Araz çayının qoludur (Mənbəyi 3.200 m yüksəklikdən başlanır).
12) Parağa çayı-hövzəsi 21 km, sahəsi 49 km². Gilan çayının qoludur (Mənbəyi 3.580 m yüksəklikdən başlanır).
13) Kükü çayı-hövzəsi 20 km, sahəsi 105 km². Naxçıvan çayının qoludur. (Mənbəyi 3120 m yüksəklikdən başlanır).
14) Salvartı çayı-hövzəsi 10 km, sahəsi 19 km². Naxçıvan çayının qoludur (Mənbəyi 2.849 m yüksəklikdən başlanır).
15) Kotam çayı- hövzəsi 8 km, sahəsi 22 km². Araz çayının qoludur (Mənbəyi 1.640 m yüksəklikdən başlanır).
16) Kilit çayı- hövzəsi 7 km, sahəsi 13 km². Araz çayının qoludur (Mənbəyi 2.340 m yüksəklikdən başlanır).
17) Ayçınqıl çayı- hövzəsi 7 km, Vənənd çayının qoludur (Mənbəyi 3.362 m hündürlükdən başlayır).
18) Pəzməri şəlaləsi- Ordubad rayonu ərazisindəki rayon mərkəzindən 37 km şimal-qərbdə (Ordubad-Unus yolunun kənarında) okean səviyyəsindən 2.161 metr hündürlükdədir. Pəzməri şəlaləsi Azərbaycanda ən hündür şəlalə olmaqla 16 metr hündürlükdən tökülərək orta illik su sərfi 1,34 m³/san-dir. Yerli əhali şəlaləyə "Qaplan şəlaləsi" adını vermişlər. Pəzməri şəlaləsi yay aylarında mənzərəli görünür. Ərazi turistlər üçün istirahət yeri olmaqla təbii zənginliklərə malikdir.Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Muxtar Respublikanın Arazboyu düzənlik və dağətəyi hissəsi yarımsəhralar zonasına aiddir. Bu ərazi 1.200 m yüksəkliyə qədər olan ərazini əhatə edərək, şimal –qərbdən, cənub – şərqə doğru uzanır. Yarımsəhralar zonası Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərində xüsusilə daha geniş, cənub-şərq qurtaracağında – Ordubad düzlərində isə dar bir sahəni əhatə edir. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülkü quyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişik nanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Bu zonada yarımsəhra senozlarının bitkiləri payızda 2-3 yarus əmələ gətirir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий