пятница, 17 февраля 2012 г.

TARIX QORUĞLARI

Bakı. İchəri Şəhər. Bakı Azərbaycan qədim mədəniyyət, ticarət və siyasi mərkəzlərindən biridir. Onun əlverişli coğrafi mövgeyi bu şəhərin lap qədim zamandan Qərblə Şərqi, Cənubla Şimalı birləşdirən ticarət yollarının qovuşduğu mühüm yaşayış məntəqəsinə çevirmişdir. Orta əsr Şırvan dövlət zamanı xüsusilə inkişaf etmiş Bakı ölkənin baş elm, mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuşdur. Bakının Qız Qalası, Şırvanşaxlar sarayı kompleksi, qala divarları kimi orta əsr memarlıq nümunələri YUNESCO-nun Dünya mədəni irsi siyahısına salınmışdır. Orta əsrlərdə Bakıda zərgərlik, badii tikmə, silahqayırma, daş üzrə oyma sənətləri xüsusilə inkişaf etmişdir. Gəncə Böyük Azərbaycan şairi Nizaminin vətəni qədim Gəncə şəhəri tarix boyu Şərqin tanınmış elm, mədəniyyət, incəsənət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Gəncə şəhəri Azərbaycanın tarixində həmişə mühüm rol oynamış, neçə-neçə dövlətin paytaxtı olmuşdur. Məhz burada 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdur. Gəncə həmdə qədim zamanlardan mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Burada ucaldılan memarlıq abidələri onun sakinlərinin yüksək inşaat mədəniyyətinə malik olmaları haqqında xəbər verir. Gəncədə istehsal olunan xalça, metal, zərgərlik nümunələri təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə, Yaxın və Orta Şərqdə məşhur idi. Qobustan Qobustan torpağı arxeoloji abidələrlə zəngindir. Bu günə qədər burada 30 ədəd kurqan və 20-yə yaxın ibtidai insanın düşərgəsi aşkar edilib. Onlar iri ölçülü əhəng daşlarından
hazırlanmışdır. Qədim əcdad larımızın həkk etdiyi rəsmlər Böyükdaş, Kiçikdaş, Cinqırdağ və Yazılı təpəsində rast gəlinir. Burada ibtidai insanlar, heyvanlar, döyüş səhnələri, ayin xarakterli rəqslər, öküzlərin döyüşü, silahlı avarçəkənlərlə dolu olan qayıqlar, əllərində nizə tutmuş döyüşçülər, dəvə karvanları, günəş və ulduz təsvirlərivardır. Ümumilikdə qoruqda qayaüstü təsvir aşkar edilmişdir. Ən qədim rəsmin tarixi 10 000 ilə yaxındır. Daş kitabələr içərisində üç qayaq üzərində yerləşmış iri yastı daş vardır. Ona kiçicik daş parçası ilə döyəcləyəndə bundan müxtəlif səslər eşitməl olur. Bu el arasında “qavaldaş” adlanan daşdır. Onun vasitəsilə alınan ritmlər tam-tamın səslərinə bənzəyir. Dünya şöhrətli alim və səyyah Tur Xeyerdal qoruq barəsində bu sözləri söyləmişdir: “Qobustan Azərbaycanın təkrarsız xəzinəsidir”. Xeyerdal burada təsvir olunmuş iki tipli qayıqlara xüsusi diqqət vermişdir. Bunlardan biri altı yastı olan, digərinin altı isə əyintilidir. Əyintili qayıqlar qamışdan hazırlanıb dünyada mövcüd olan heç birə nümunəyə bənzəlmir. Lahic Lahic Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən biridir. Lahıcın yaranma tarixi indiyə qədər alimlər arasında mübahisələr doğurur və onun çox qədim zamanlarda yaranmasına işarə verir. Məhəllələr prinsipi əsasında inşa olunmuş Lahic özünün yüksək şəhərsalma mədəniyyəti ilə bu gün də insanları heyran edir. Şəhərdə bir çox sənət növləri: metalişləmə, ağac emalı, dəri istehsalı və digər inkişaf etmişdir. Lakin Lahıcda bunların heç biri misgərlik sənəti kimi inkişaf etmişdidir. Demək olar ki, orta əsrlərdə Lahıcın kişi əhalisinin əksəriyyəti məhz bu sənətlə məşğul olub nəfis məişət əşyaları, müxtəlif qab-qacaq və s. istehsal edirdilər. Lahic misgərlərinin məmulatı bütün şərq ölkələrində yayılmışdır. Indinin özündə də Lahıc ustalarının əl işləri bir sıra dünya muzeyinin və şəxsi kolleksiyaların bəzəyidir. Şəki Şəki şəhərinin yaranma tarixi eramızdan əvvəlki dövrlərə təsadüf edir. Tarix boyu bu şəhər özünün müxtəlif sahələrdə şan-şöhrət qazanmış ustaları ilə məşhur idi. Şəkidə şəbəkə bədii tikmə, gəc üzrə oyma, dulusçuluq, metalişləmə, divar boyakarlığı xüsusilə yüksək inkişaf etmişdir. Şəhərin əsrlər boyu özünəməxsus memarlığı və dekorativ bəzək üslubu mövcud olmuşdur. Bunun ən parlaq nümunəsi XVIII əsrdə inşa olunmuş Şəki xanlarının sarayıdır. Sarayın bədii tərtibatında müxtəlif sənətkarlar çalışmış və onlar misilsiz bir sənət əsəri yaratmışdır. Şəkidə həm də ipəkçilik sənəti də yüksək inkişaf etmişdir. Yerli ustaların hazırladıqları məlumatlar ölkənin hüdudlarını aşaraq Avropa və Asiyanın bir çox yerlərində şöhrət qazanmışdır.

Комментариев нет:

Отправить комментарий