среда, 15 февраля 2012 г.
Muğam Mərkəzi [Haqqında & Məlumat]
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.2009-cu ilin dekabr ayının 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Açılışda Prezident İlham ƏliyevÇ xanımı Mehriban Əliyeva və digər dövlət rəsmiləri iştirak etmışdir.Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir.Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub.Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu.Klub, 80 nəfərlik restoran.Dərs otaqları, səsyazma studiyası vardır. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilmişdir. Tarın qolunu xatırladan dəhlizdə Azərbaycanın görkəmli muğam ifaçılarının büstləri və “Ud” restoranı yaradılmışdır. Ümumilikdə Beynəlxalq Muğam Mərkəzinin binası Bakının abu-havası ilə uyğunlaşır və şəhərimizə gözəllik qatır.Muğam Azərbaycan övladının qanına körpəlikdən keçir. Unutmayaq ki, Analarımızın körpəlikdə hər gün bizə oxuduqlari laylalar məhz muğam üstündə qurulub. Ona görə də bir Azərbaycan övladı kimi daima, hər yerdə Azərbaycan muğamını təbliğ etməli və onu qorumalıyıq.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий