среда, 22 февраля 2012 г.

Ağcabədi

Ağcabədi — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi
yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır.Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müsəffəl tarix dəftərii sənədində Bərdə Livasına tabe olan Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir.Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747-1748-ci ildə Bayot qalasını tikdirmişdir. XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsədə onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hisssəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2, əhalisi 117500 nəfərdir. Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir. Ümumi ərazi, [kv.km] 1760.00 Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 815.29 Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 298.28 Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 600.29 Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 553.75 Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8815.29 Şoran torpaqların ümumi sahəsi, [kv.km] 79.35 Relyefi Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental – Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur. Təbiəti Rayonun şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ərazisində şor sulu göl var. Boz-çəmən, boz, çəmən-boz torpaqları yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahələrinə təsadüf olunur. Bitkiləri çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri vardır. Heyvanları: ceyran, canavar, çöldonuzu, çaqqal, tülkü, bataqlıq qunduzu, porsuq, boz dovşan, Kiçik Asiya qum siçanı və s. Quşları: turac, göyərçin, qaraqarın bağrıqara, qırqovul və s. Ağgöl Milli Parkı Ağcabədi rayonu ərazisindədir. Burada 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınmışdır. Ağcabədi rayonun meşə sahəsi az olması ilə səciyyələnir. Rayon ərazisində meşə təsərrüfatının ümümi sahəsi 5933 hektar, meşə ilə örtülü sahə 1355 hektardır. İqlimi İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 – 1,7 C, avqustda isə 25-30 C-dir. İllik yağıntı 300-500 mm-dir. İqtisadi xarakteristikası Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. 2009-cu ildə rayonda 1769 hektar sahədə pambıq əkilmiş, 2645 ton məhsul yığılmışdır. 2010-cu ildə isə pambıq əkini 2425 hektar və həmin sahələrdən yığılan məhsul isə 2896 ton olmuşdur. Göründüyü kimi əvvəlki illə müqayisədə əkin sahəsi 656 hektar, məhsul istehsalı isə 251 ton artmışdır. Rayonda 2 pambıq tədarükü müəssisəsi Ağcabədi Pambıq “ASC “və” CTS Aqro” MMC fəaliyyət göstərir. Rayonda yağ-pendir zavodları, istehsal kombinatı vardır. Bundan başqa "Pambıq" ATSC, avtomobil təmiri zavodu müəssisələri var. Rayona qaz çakilməsi işlərinə 2008-ci ildə başlanılıb. 2013-cü ilədək Ağcabədi şəhəri də daxil olmaqla rayonun bütün yaşayış məntəqələrinə qaz çəkiləcəkdir. [5] Ağcabədidə 2009-cu ildə ət istehsalı 9024 ton, süd istehsalı 48432 ton, yumurta istehsalı 11902 min ədəd, yun istehsalı 975 ton olmuşdur. 2009-cu ildə taxıl əkini sahəsi 27383 hektar, cəmi məhsul 84712.4 ton, hər hektarın məhsuldarlığı 30.8 sentner olmuşdur. Bundan əlavə, 80 hektar dən üçün qarğıdalı əkilmiş, 470.2 ton məhsul götürülmüşdür. Cəmi 85182.6 ton məhsul istehsal edilmişdir. [redaktə]Mədəniyyət, təhsil və səhiyyə müəssisələri Rayonda 62 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 39 uşaq bağçası, 8 musiqi məktəbi, 20 mədəniyyət evi, 43 klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 74 kitabxana, 12 xəstəxana, vərəm dispanseri, sanitar-epidemiologiya stansiyası, 22 feldşer-mama məntəqəsi var. Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir. [redaktə]Maddi-mədəni irsi Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır. Tarixi abidələr Eneolit dövrünün qalıqları: qəbiristanlıq təpə kurqanı və yaşayış yeri, Kiçik yaşayış yeri (Boyad kəndi), Yastıtəpə yaşayış yeri (Hindarx kəndi), Əhənglitəpə, Keşaltıtəpə, Cəfərqulutəpə, Hüsülütəpə (Hacılar kəndi), Kamiltəpə yaşayış yeri, Şaxtəpə yaşayış yeri (Yeni Qaradolaq kəndi), Sutəpə yaşayış yeri, Canavartəpə (Taynaq kəndi), I və II Mirvaritəpə, Qətiltəpə, Əbiltəpə I və Əbiltəpə II, Məhəmmədtəpə (İmamqulubəyli kəndi), Ağtəpə (Taynaq kəndi). Tunc dövrünün qalıqları: Kültəpə, Sarıbaştəpə, Üçtəpə, Şaxtəpə (Ağcabədi şəhəri), Qışaltıtəpə, Qəbiristanlıq təpə, Qalatəpə (Boyad kəndi), Yolaşantəpə (Gələbədin kəndi), Qazantəpə kurqanı, Görüştəpə kurqanı, Qəbiristanlıq təpə kurqanı, Qasımtəpə kurqanı, Quştəpə kurqanı, Adsız kurqanlar, Hüseynbəy kurqanı (Hindarx kəndi), Sümüklü təpə (Cəfərbəyli kəndi), Yantəpə yaşayış yeri, Sutəpə yaşayış yeri (Taynaq kəndi), Böyüktəpə yaşayış yeri (Biləğan kəndi), Gültəpə (Qaraxanlı kəndi). Antik dövrün qalıqları: yaşayış yeri (e.ə.V-II minilliklər, Təzəkənd kəndi), yaşayış yeri (e.ə. I minillik, Arazbar kəndi), yaşayış yeri (e.ə. I minillik, Qiyaməddin kəndi), yaşayış yeri (Hüsülü kəndi), Səngərtəpə yaşayış yeri (Sarıcalı kəndi), Törətəpə yaşayış yeri (Şənlik kəndi). Orta əsrlərin qalıqları: böyük qəbiristanlıq (Hacılar kəndi). Yerli əhəmiyyətli arxeoloji abidələr: Solaxaytəpə kurqanı (XVIII əsrin 40-cı illəri, Boyad kəndi), Xımılı təpələri yaşayış yeri (İmanqulubəyli kəndi). Cümə məscidi –Ağcabədi şəhəri, XX əsr, Qarabağ küçəsi Həmidə xanım Məmmədquluzadənin ev muzeyi – Kəhrizli kəndi Tarix və diyarşünaslıq muzeyi –Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti Heydər Əliyev muzeyi – Ağcabədi şəhəri H.Əliyev prospekti Rəsm qalereyası – Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti 20 yanvar faciəsi, Şəhidlər Xiyabanı xatirə abidə kompleksi – Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti Məscid –Hindarx qəsəbəsi, 1907-ci il Yerli media Ağcabədi rayonunda AzTV-1 Dövlət televiziyasının, Spase telekanalının müxbir postları yerləşir. Rayonda 1932-ci ildən "Aran" qəzeti nəşr olunur.

Комментариев нет:

Отправить комментарий