среда, 22 февраля 2012 г.

Astara

Astara – Azərbaycanda rayon. Astara rayonu Azərbaycanın cənub hissəsində yerləşir. Cənubdan və qərbdən İranla həmsərhəddir.Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Tarixi faktlar təsdiq edir ki, Astara şəhəri Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astara şəhərinin adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xatirələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir. Qədim dünyanın görkəmli riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90-160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II – əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K.Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkmiş və Astaranın adı yunanca "Astarata" kimi qeyd olunmuşdur. Qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir. İngilis taciri Antoni Cenkinson İngiltərə ilə Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədi ilə 1959-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında "Rusiya-Tatarıstan təsviri" adlı əsərini nəşr etdirmiş və həmin əsərdə dərc edilmiş xatirədə Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını vermişdir. O, bu xatirədə Astaranın yunanca "Stara" kimi göstərmişdir. Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub – qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara – ribat mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur. Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberqer (1394-1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venetsiya kimi sənətkarlar mərkəzlərinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur. Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları, XIV əsrin əvvələrində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M.Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək, öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində "Zərbe Astara" (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hal " hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir. Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti
və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1671) Astarada olmuş, astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan səyyah yazır ki, Astara vilayəti Xəzər dənizi sahilində yerləşir. Burada adam yoğunluğunda üzüm tənəkləri vardır. Bu faktı vaxtı ilə qədim tarixçi Strabon da xəbər vermişdir. Strabonun verdiyi bu xəbərə görə o vaxtlar Hikaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur. Tanınmış Macar şərqşünas və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi "Türk elləri" adlı kitabın böyük bir fəsli Azərbaycana həsr olunmuş, Astarada gəzib dolaşdığını bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir. Tanınmış fransız alimi, arxeloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: "Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsusiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır. Hazırda Astara Azərbaycandan Ərdəbil – İrana karvanların və dənizdən yolların gəmilərin çıxış məskənidir". Məşhur fransız səyyahı, yazıçı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 90 kənd var.Şimalda Lənkəran və Lerik rayonları, cənubda İran İslam Respublikası, qərbdə İran İslam Respublikası və Talış dağları, şərqdə Xəzər dənizi həmsərhəddir.Ərazisi haqqında daha geniş statistik məlumat Ümumi ərazi 616,00 km² Məhsuldar torpaqların ümumi sahəsi 176,00 km² Kənd təsərrüfatına yararsız torpaqların sahəsi 0,00 km² Heyvandarlıq üçün otlaqların sahəsi 22,00 km² Əkilmiş torpaqların ümumi sahəsi 66,00 km² Meyvə bağlarının ümumi sahəsi 14,00 km² Relyefi qərbdə dağlıq (Talış silsilələri), şimal-şərqdə düzənlikdir (Lənkəran ovalığı). Dağlıq hissədə bəzi zirvələrin hündürlüyü 2000 m-ə yaxındır. Xəzər sahilində dar zolaqda Antropogen, dağlıq və dağətəyi yerlərdə isə Paleogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar (Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah bulaqları və s.) var. Ərazidən Təngərud çayı, İran İslam Respublikası ilə dövlət sərhədi boyu isə Astara çayı axır. Qleyli-podzollu sarı, qonur dağ-meşə, çimli dağ-çəmən və s. tipli torpaqlar yayılmışdır. Rayon ərazisinin çox hissəsi (37,4 min ha) meşələrlə örtülüdür. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s. bitir. Hirkan Milli Parkının çox hissəsi Astara rayonundadır. Azərbaycanda ən çox yağıntı Lənkəran ovalığının cənubunda, Astara ərazisində müşahidə olunur. Burada illik yağıntının miqdarı 1600 mm-dən çoxdur. Orta sıxlıq km2-də 90,3 nəfərdir. Kənd əhalisi 75,4%-dir. Əhalisi haqqında daha geniş statistik məlumat Əhalinin ümumi sayı 89486 Şəhər əhalisinin sayı, [%] 21.7308 Kənd əhalisinin sayı, [%] 78.2692 Əhalinin orta sıxlığı 145.269481 Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 48.9998 Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 51.0002 Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 12.5796 Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 42.7653 Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 50.5196 Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 16.6953 Ali təhsilli əhalinin sayı, [%] 6.9486 Orta təhsilli əhalinin sayı, [%] 54.9829 Məskunlaşmış qaçqınların sayı 0 Məskunlaşmış məcburi köçkünlərin sayı 50 1999-cu il 27 yanvar-4 fevral tarixləri arasında aparılmış siyahıya almanın yekunlarına əsasən Astara rayonunun 84.319 nəfər (93,03%-i azərbaycanlı, 6,75%-i talış, 0,28%-i digər millətlər olmaqla) əhalisi olmuşdur.Astara rayonu : 1939-cu il siyahıya alması Etnik quplar əhalinin Sayı[5] (Nəfər) Talışlar 23.047 (79,6%) Azərbaycanlılar 4.478 (15,5%) Ruslar 1.195 (4,1%) Ermənilər 38 (0,1%) Ləzgilər 17 (0,1%) Yəhudilər 12 (0,1%) Avarlar 3 (0,1%) Bütün rayon üzrə 28.963 (100%) Azərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir. Azərbaycanda istifadə olunan sitrus meyvələrinin çoxunun Astara rayonu verir. Astara rayonu İran İslam respublikası ilə sərhəddə yerləşməsi iki tərəfli ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Rayonda 3 Çay fabriki, 2 Konserv zavodu, Balıq zavodu, Kərpic zavodu, Çınqıl karxanası, Beynəlxalq Qaz Kompressor Stansiyası. Modul tipli Elektrik Stansiyası, 12 düyü və 4 un dəyirmanı və başqa müəssisələr vardır. Köhnə təsərüfat formaları dağıldıqdan sonra rayonda torpaq islahatı aparılmış, torpaqlar payçılara verilmiş və yeni təsərüffat qurumları yaradılmışdır. Hazırda rayonda ayrı-ayrı sahələr üzrə 68 kəndli (fermer) təsərüfatı yaradılmış, bunlar da müxtəlif növ kənd təsərüfatı məhsullarının istehsalı ilə məşğul olurlar. Rayonda 17,6 min ha əkinə yararlı torpaq sahəsi vardır. Astara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bu qədim tarixə malik olan maddi – mədəniyyət nümunələri haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmış, xalqın inancında və yaddaşında indi də qalmaqdadır. Həmin abidələrdən 102 ədədi Respublika Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüş daşınmaz tarix və Mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü"nə daxil edilib uçota alınmış və rəsmi inventar nömrəsi verilmişdir. Dərəcəsinə görə həmin abidələrdən ölkə əhəmiyyətli 26 arxeloji, yerli əhəmiyyətli 48 memarlıq abidəsi, 2 ədəd bağ – park monumental xatirə abidəsi, 21 yerli əhəmiyyətli arxeloji abidə, 5 ədəd dekorativ – tətbiqi sənət nümunəsi, xalq daş – heykəltaraşlıq nümunəsinə ayrılmışdır. Bu abidələrdən ən qədim nümunələri olan – e.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu", bizim e.ə. V-I əsrlərə aid Rıvadila kəndindəki "Xolobin daş qutu nekropolu", tunc və antik dövrə aid Siyaku kəndindəki I və II – Siyaku yaşayış yerləri, tunc dövrünə aid "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binabəy kəndindəki "Binəbəy kurqanları", dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu" və s. göstərmək olar. Rayonun İranla sərhəd kəndləri olan və hazırda əhali yaşamayan Anbaran, Baxçalar, Armudu, Çayağzı, Unuz, Təngöv, Növüştərü, Dilmədi, Siyov və başqa qədim yaşayış məntəqələrində yüzlərlə arxeloji cəhətdən tədqiq olunmamış maddi- mədəniyyət nümunələri vardır. Astara rayonunda ən maraqlı abidə hazırda Tarix – Diyarşünaslıq muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun mütəxəsisləri muzeyə rəsmi rəy təqdim etmişlər. Astara rayon Tarix – Diyarşünaslıq muzeyində 8 mindən çox eksponat vardır. Muzeydə daş, dəmir, tunc dövrlərinə aid eksponatlara rast gəlmək olar. Əsasən IX – XII əsrlərə aid mis sikkələr Şirvanşahlara, Abbasi xəlifələrinə aid digər sikkələr muzeyin bəzəyidir. Daş parçası üzərində Maral təsvirinin 2000 – 3500 il yaşı vardır. Astara memarlıq abidələri ilə zəngindir. Bunlardan Şahağac kəndindəki XII – əsrə aid türbə, Burzubənd kəndindəki Şeyx Məhəmməd Zalani türbəsi diqqəti cəlb edir. Şindan qalası Bio kəndi yaxınlığındakı Qala – Kafu, Alaşa kəndinin qərbində yerləşən Divankə qalası, Təngərüd kəndindəki Yekdəst qalası, Hamuşam kəndində gəlin qayaları mədəni irsimizdən qalan yadigarlardandır. Şindan qalası və Qala – Kafu Astaranın dağlıq ərazisinin ən uca zirvəsində yerləşir. Şindan qalası daş və kərpicdən hörülmüşdür. Qalaya şimal tərəfdən ancaq bir yol vardır. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsüsi yerlər maraq doğurur. Qalanın dəniz səviyyəsindən 2000 metrə yüksəklikdə olması onun yadelli işğalçılardan mühafizə məqsədi ilə tikildiyini söyləməyə əsas verir. Yerli xalqda olan inanca görə şindan qalası Babəkin qalalarından biridir. Ona görə də bu gün Astarada "Şindan" qalasının adı ilə bağlı mehmanxana, ticarət mərkəzi, rəqs qrupu, musiqi ansamblı, el aşığı qrupu və sair vardır. Azərbaycanın qədim guşələrindən biri kimi Astara əsrlər boyu müharibə meydanı olmuşdur. Heç də təsadüfi deyildir ki, 1638-ci ildə Astarada olmuş məşhur alman səyyahı Adam Oleari yazırdı: "Astaralılar həmişə silahı hazır saxlayırlar". Rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir. Astarada IX-XIII əsrlərin yadigarı, Azərbaycan xalqının qədim mədəniyyətini və tarixini özündə əks etdirən Şeyx Məhəmməd Zalani, Şeyx Məhəmməd Dilimi, Şeyx Nəsrullah, Baba Rəsul, Baba Cəbrayıl, Baba Misi, Baba Məhəmməd, Seyid Camal, Sultan Əhməd İbn Kərim, Seyid Kərim, Qırx Övliya, Xudavənd Xatun, Gəzəndaş və başqa onlarla ziyəratgahlar, pirlər, ocaqlar vardır. Maşxan kəndindəki Seymd Əhmədin məzar daşının XIV əsrə aid olması tanınmış tarixçi Məşədi Xanım Nemətova tərəfindən 1956-cı ildə tədqiq edilmişdir. O, məzar daşının üzərində bu ifadələrin yazılmasını müəyyən etmişdir. "Fələyin dərzisi elə bir köynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin".Rayonun ictimai-siyasi qəzeti olan "Astara" 1932-ci ildən nəşr olunur. Hazırda qəzetin təsisçiləri Astara Rayon İcra Hakimiyyəti və redaksiyanın əmək kollektividir. Qəzetin baş redaktoru Sakitağa Kərimovdur. Qəzet Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində lisenziya almışdır. Qəzet ayda 2 dəfə nəşr olunur. Tirajı 500 nüsxədir. Azərbaycan Yazıçılar Birliyinin jurnalı olan "Alov" 2000-ci ildən nəşr olunur və rayonda yalılır. Jurnalın baş redaktoru Yazıçılar Birliyinin üzvü, Astara rayonunun Şuvi kənd sakini Tarif Əsgərdir. Jurnal vaxtaşırı 500-ə qədər tirajla nəşr olunur.2-ci dünya müharibəsində iştirak etmiş Astara rayon sakinləri -Əskərov Ədalət Qədəboli oğlu, Əliyev Ömər Osman oğlu, Əliyev Sadıq Məhəmməd oğlu, Osmanov Qədir Məhəmməd oğlu, İsayev Mirhəsən Gülhəsən oğlu. Sovet İttifaqı Qəhrəmanları – akademik Ziya Musa oğlu Bünyadov, Mirzə Ağamurad oğlu Cəbiyev, İlya Ananyeviç Kaverin. Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulan "Şöhrət" ordenlərinin hər üç dərəcəsini alanlar – Ağahəsən Mamulu oğlu Nəhmətov, Rəhmət Məmməd oğlu Hatəmov. Sosialist Əməyi Qəhrəmanı – Böyükxanım Abdulla qızı Əliyeva Azərbaycanın Milli Qəhrəmanı – Yalçın Canhəsən oğlu Nəsirov. Rayondan 3 general çıxmışdır: Azərbaycan SSR daxili işlər naziri işləmiş mərhum Aydın İsrafil oğlu Məmmədov, Azərbaycan Respublikası Polis Akademiyasının rəisi Rəsul İslam oğlu Rəsulov, Azərbaycan Respublikası Müdafiə Nazirliyində İnformasiya şöbəsinin rəisi Vaqif Süleyman oğlu Rəsulov. Hazırda Milli Məclisin üzvləri: AMEA-nın akademiki Südeyf Bəşir oğlu İmamverdiyev, tarix elmləri doktoru, professor, "Şöhrət" ordenli İskəndər Həsən oğlu Quliyev. Lənkəran Dövlət Universitetinin prorektoru, elmlər doktoru, professor Maqsud Məmmədov, elmlər doktoru Əliağa Baxşiyev, BDU-nin professoru Mİrzə Rəhimov, Xudaverdi Qəmbərov, Sabir Cümşüdov, Tofiq Məmmədov, Gəncəli Gənciyev, Novruzəli Məmmədov, Calal Cümşüdov, Bakı Slavyan Universitetinin professoru İlyas Həmidov, Respublika Məhkəmə Tibb Ekspertizası İnstitutunun yaradıcısı və direktoru olmuş mərhum hüquq elmləri doktoru professor Firudin Davıdov, fəlsəfə elmləri doktoru, professor Kazım Əzimov, Respublikanın əməkdar elm xadimi, "Şöhrət" ordenli Seyfulla Əsədullayev, elmlər doktoru, professor Hüseyn Mədətov, tarix elmləri doktoru, professor Mirhüseyn Mirhadıyev, Dövlət Pedaqoji Universitetinin professoru Əlif Məmmədov, ARDNŞ-nin Qaz Departamentinin rəisi, texnika elmləri namizədi, "Tərəqqi" medallı Vasif İzzət oğlu Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I idarəsinin rəisi İbrahim Hacıyev, Daxili İşlər Nazirliyində idarə rəisi Kamal İmamverdiyev və başqaları rayonun fəxridirlər. Azərbaycan Respublikasının əməkdar müəllimləri Zemfira Məmmədova, Sabir Kişiyev, Aftandil İmaməliyev, Şabala Əliyev, əməkdar mədəniyyət işçisi Cəbrayıl Əliyev, əməkdar rabitə işçisi Əlövsət Kərimov,prezident təqaüdçüsü və əməkdar rabitə işçisi Osmanov Cəbrayıl, əməkdar heyvandar Həsən İbrahimov və başqaları rayonu respublikada tanıtmışlar. Astaranın və Azərbaycanın idman şöhrətini dünyaya yayan idmançılardan – Helsenki Olimpiadasının iştirakçısı, atlet Xandadaş Mədətov, sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu, 8 dəfə SSRİ çempionu, 8 il fasiləsiz sərbəst güləş üzrə SSRİ yığma komandasının kapitanı olmuş Aslan Ağayev, gənclər arasında boks üzrə Avropa çempionu Nurlan Məmmədov, bürünc mükafatçısı Fərid Əsədullayev, Respublikanın əməkdar məşqçisi, tanınmış güləşçi Tofiq Həmidov, Respublikanın sərbəst güləş üzrə dördqat çempionu, Rusiya Federasiyasının çempionu, Beynəlxalq yarışların qalibi, dekabr 2004-cü ildə Yaponiyanın Tokio şəhərində keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin çempionu Teymur Əliyev, gənclər arasında sərbəst güləş üzrə Avropa çempionatının gümüş mükafatçısı Nadir Həmidov, Avropa qitəsi üzrə beynəlxalq dərəcəli hakim Gülağa Qüdrətov və başqalarını qeyd etmək olar. Əslən Astaralı olan şair Söhrab Tahir, Əhəd Muxtar, Fatma Həsənqızı, Kamran Nəzirli, publisist Şakir Yaqubov, bəstəkar Oktay Kazımi, əməkdar artist Adil Məlikov, müğənnilərdən Vəliağa Tağıyev, Nazənin və başqaları rayonun fəxrləridirlər. Astaralı şairlərdən Mehman Qaraxanoğlu, Adil Yaqub, Tarif Əskər, mərhum Novruz İbadoğlu, Respublika Yazıçılar Birliyinin, Əfqan Şəfiyev YUNESKO-nun (İKOM) – Beynəlxalq muzeylər şurasının həqiqi üzvüdürlər. Astaranın yazarları olan Mərasim Hacızadə, Seyran Şiriyev, Fərman Zöhraboğlu, Arif Əliyev, İbrahimxəlil Fərziyev, Gülnar Əsədli, Cavanşir Salayev, Şahverən Cavab və başqaları bir neçə kitabın müəllifləridirlər.

Комментариев нет:

Отправить комментарий